Məhkəmə qərarları › İş №3(010)-5672/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5672/2022

12.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5672/2022 12.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məsləhətçi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru, X1 iştirakı ilə, Şəxs, xx xxx 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Şirvan şəhəri, S.Vurğun küçəsi, 4 nömrəli evin 19 nömrəli mənzilində qeydiyyatda olmaqla ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, 11 dekabr 2022-ci il tarixdə, saat 02 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində Heydər Əliyev adına olan parkda bir nəfər qadınla səs-küy salaraq ictimai qaydanı mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə məhəl qoymamış, şəxsiyyəti müəyyən edilməsi üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə aparılması məqsədilə xidməti avtomobilə əyləşdirilərkən isə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçilərinə müqavimət göstərərək, onlarla etik normalara uyğun olmayan tərzdə kobud rəftar etmişdir. Bununla da Şəxs ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 12 dekabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək göstərdi ki, 11 dekabr 2022-ci il tarixdə, saat 02 radələrində yanında tanışı olan Səbinə adlı xanım ilə ucadan danışaraq güldükləri üçün polis əməkdaşı onlara yaxınlaşaraq özlərini təqdim etməyi bildirmişdir. O, həmin vaxt içkili olduğundan polis əməkdaşına tabesizlik göstərmiş, sakitliyə riayət etməyərək polis əməkdaşı ilə kobud rəftar etmiş, özünü yalandan jurnalist olaraq təqdim etmiş və polis əməkdaşlarının savadsız olduqlarını bildirmişdir. Buna görə də, polis bölməsinə gətirilmiş və orada izahatı alındıqdan sonra barəsində inzibati protokol tərtib etmişdir. Sonda Şəxs etdiyi əməldən səmimi peşman olduğunu bildirdi və məhkəmədən barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru, X2 məhkəmədə göstərdi ki, 11 dekabr 2022-ci il tarixdə, saat 02 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində Heydər Əliyev adına olan parkda Şəxs yanında olan bir nəfər xanımla ucadan danışaraq səs-küy saldıqları üçün ərazidə xidmət aparan polis əməkdaşı onlara yaxınlaşaraq sakitçiliyə riayət etmələrini tələb etmişdir. Bu zaman Şəxs polis əməkdaşının qanuni tələbinə məhəl qoymamış, polis əməkdaşı ilə kobud rəftar edərək, polis əməkdaşlarını təhqir etmiş, özünü yalandan jurnalist olaraq təqdim etmiş və polis əməkdaşlarının savadsız olduqlarını bildirmişdir. Buna görə də, Şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə gətirilmiş, tibbi müayinədən keçirilmiş və tibbi müayinə protokoluna əsasən onun həmin vaxt orta alkoqol sərxoşluğu vəziyyətində olduğu müəyyən edilmişdir. Polis Bölməsində verdiyi yazılı izahatında Şəxs inzibati xətanı törətdiyini etiraf edərək, əməlindən səmimi peşman olduğunu, içkili olduğuna görə belə bir əmələ yol verdiyini qeyd etmişdir. Buna görə də Şəxs izahatını alındıqdan sonra onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. İş materiallarında olan 12 dekabr 2022-ci il tarixli raportdan görünür ki, 11 dekabr 2022-ci il tarixdə, saat 02 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində Heydər Əliyev adına olan parkda Şəxs yanında olan bir nəfər xanımla ucadan danışaraq səs-küy saldıqları üçün ərazidə xidmət aparan polis əməkdaşı onlara yaxınlaşaraq sakitçiliyə riayət etmələrini tələb etmişdir. Bu zaman Şəxs polis əməkdaşının qanuni tələbinə məhəl qoymamış, polis əməkdaşı ilə kobud rəftar edərək, polis əməkdaşlarını təhqir etmiş, özünü yalandan jurnalist olaraq təqdim etmiş və polis əməkdaşlarının savadsız olduqlarını bildirmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, cavanlığını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarında olan tutma protokolundan görünür ki, Şəxs 11 dekabr 2022-ci il tarixdə, saat 05:00-da inzibati qaydada tutulmuş, 12 dekabr 2022-ci il tarixdə 05:00-da azad edilmişdir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və inzibati qaydada tutulmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə, həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 200 (iki yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar