Məhkəmə qərarları › İş №3(010)-5675/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5675/2022

13.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5675/2022 13.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X4 və icra sənədi üzrə tələbkar X5 iştirakı ilə, Şəxs, xx xxxxxxxx 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 11 sentyabr 2015-ci il tarixli, 2(010)- 7308/2015 nömrəli qətnaməsinə dair icra vərəqəsinə əsasən Şəxs 04 dekabr 2013-cü il təvəllüdlü X2 və 18 noyabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 14 avqust 2015-ci il tarixdən başlayaraq hər uşağa görə hər ay 108 manat sabit pul məbləğində aliment tutularaq X6 ödənilməlidir. Həmçinin, 04 dekabr 2013cü il təvəllüdlü X2 və 18 noyabr 2014-cü il təvəllüdlü X3 03 yaşına çatanadək saxlanılmaları üçün 14 avqust 2015-ci il tarixdən başlayaraq Şəxs hər ay cəmi 50 manat sabit pul məbləğində aliment tutularaq X6 ödənilməlidir. Həmin icra sənədinin icrasını həyata keçirən icra məmuru tərəfindən Şəxs dəfələrlə icra sənədinin icra edilməsi tələb olunsa da, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədini icra etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs göstərdi ki, məhkəmənin qərarına hörmətlə yanaşır, icra sənədlərinin icrasında qərəzli olaraq yayınmır. Sadəcə olaraq, heç yerdə işləmədiyindən maddi imkanı aşağı olduğuna görə icra sənədi üzrə öhdəliyini icra edə bilməmişdir. Həmçinin tələbkar uşaqları görməyinə də icazə vermir. Sonda Şəxs məhkəmədən qeyd edilənləri nəzərə alaraq barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokol tərtib etmiş icra məmuru X8 məhkəmədə bildirdi ki, icra sənədi üzrə müvafiq aydada icraata başlanılmış, borcluya icranı könüllü olaraq təmin etməsi təklif olunmuş və icraata başlamaq haqqında qərarlar bildirişlərlə birlikdə borcluya şəxsən təqdim edilmişdir. Bundan əlavə borclu şöbəyə dəvət olunaraq izahatı alınmış, eyni zamanda icra sənədi üzrə tələbi yerinə yetirməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Lakin borclu qanunla müəyyən edilmiş müddət ərzində həmin icra sənədinin icrasını təmin etməmişdir. Eyni zamanda məcburi icra tədbirləri qismində tələbin borclunun bankda olan pul vəsaitlərinə və sair gəlirlərinə, habelə əmlakına yönəldilməsi məqsədilə müvafiq qurum və təşkilatlara sorğular verilmiş, lakin tələbin yönəldilə biləcək vəsait və ya əmlak aşkar edilməmişdir. Göründüyü kimi borclu bir icra məmuru kimi mənim qanuni tələblərini yerinə yetirməyərək icra sənədini icra etməmişdir. Bu səbəbdən də məhkəmənin qanuni qüvvəyə minmiş qərarı bu günə kimi icra olunmamışdır. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 11 sentyabr 2015-ci il tarixli, 2(010)- 7308/2015 saylı qətnaməsinə dair icra sənədi üzrə tələbkar X9 məhkəmədə bildirdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 11 sentyabr 2015-ci il tarixli, 2(010)-7308/2015 nömrəli qətnaməsinə dair icra vərəqəsinə əsasən Şəxs 04 dekabr 2013-cü il təvəllüdlü X2 və 18 noyabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 14 avqust 2015-ci il tarixdən başlayaraq hər uşağa görə hər ay 108 manat sabit pul məbləğində aliment, həmçinin 04 dekabr 2013-cü il təvəllüdlü X2 və 18 noyabr 2014-cü il təvəllüdlü X3 03 yaşına çatanadək saxlanılmaları üçün 14 avqust 2015-ci il tarixdən başlayaraq Şəxs hər ay cəmi 50 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməlidir. Lakin, borclu müxtəlif bəhanələr gətirərək məhkəmə qətnaməsini icra etməkdən qərəzli olaraq yayınır. Bir valideyin kimi uşaqlarının qayğısına qalmır, onların maddi təlabatlarını qarşılamır. X1, borclu Şəxs barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 11 sentyabr 2015-ci il tarixli, 2(010)-7308/2015 saylı qətnaməsinə dair icra vərəqəsindən görünür ki, Şəxs 04 dekabr 2013-cü il təvəllüdlü X2 və 18 noyabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 14 avqust 2015-ci il tarixdən başlayaraq hər uşağa görə hər ay 108 manat sabit pul məbləğində aliment tutularaq X6 ödənilməlidir. Həmçinin, 04 dekabr 2013-cü il təvəllüdlü X2 və 18 noyabr 2014-cü il təvəllüdlü X3 03 yaşına çatanadək saxlanılmaları üçün 14 avqust 2015-ci il tarixdən başlayaraq Şəxs hər ay cəmi 50 manat sabit pul məbləğində aliment tutularaq X6 ödənilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında 18 mart 2019-cu il tarixli qərardan və tələbin könüllü icrası haqqında eyni tarixli bildirişdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 11 sentyabr 2015-ci il tarixli, 2(010)-7308/2015 nömrəli qətnaməsinə dair icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclu Şəxs icranı dərhal könüllü olaraq təmin etməsi təklif olunmuş, tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmiş, habelə müvafiq olaraq inzibati və cinayət məsuliyyəti barədə xəbərdar olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq olunmuşdur. İş materiallarında olan tələbkar X5 Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə ünvanladığı 13 dekabr 2022-ci il tarixli ərizəsindən görünür ki, borclu Şəxs 13 dekabr 2022-ci il tarixə 7.776 manat aliment borcu vardır. İş materiallarında olan borclu Şəxs barəsində portaldan çıxarışdan görünür ki, borclu Şəxs hal-hazırda taksi fəaliyyəti ilə məşğuldur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət etmir və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş hədd çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs inzibati həbs müddətinin başlanğıcı 13 dekabr 2022-ci il tarixdən, saat 16:40dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar