Məhkəmə qərarları › İş №3(010)-570/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-570/2023

01.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-570/2023 01.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Bakı şəhəri Suraxanı Rayon Prokurorluğunun nümayəndəsi X6 iştirakı ilə, Şəxs X3, ünvan 1 ünvanında qeydiyyatda olan. barəsində Bakı şəhəri Suraxanı rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 06 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsində yerləşən “Retro Mail” Ticarət Mərkəzində firmada mexanik vəzifəsində çalışan X1 eskalator təmiri zamanı yıxılaraq xəsarət almışdır. Şəxs X3 direktoru X15 hadisə baş verən gün hadisənin araşdırılması üçün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumat verməmişdir. Buna görə də Bakı şəhəri Suraxanı rayon Prokuroru, baş ədliyyə müşaviri X13 tərəfindən Şəxs X8 barəsində Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında 15 yanvar 2023-cü il tarixli qərar qəbul edilmiş və həmin qərar baxılması üçün aidiyyəti üzrə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin rəisinin müavini X10 23 yanvar 2023-cü il tarixli qərardadı ilə Şəxs X3 barəsində tərtib edilmiş həmin protokol baxılması üçün aidiyyəti üzrə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Suraxanı rayon Prokurorunun köməkçisi X9 rayon prokurorunun qərarını müdafiə edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs X3 barəsində Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs X4 məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndəsinin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək Bakı şəhəri Suraxanı Rayon Prokurorluğunun nümayəndəsini dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs X3 inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və həmin hüquqi şəxs tərəfindən törədilmiş əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon prokurorluğunun müstəntiqi X7 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 30 dekabr 2022-ci il tarixli qərarından müəyyən olunur ki, araşdırma materialına əlavə edilmiş 14 dekabr 2017ci il tarixli E35/2017-ci il tarixli müqavilədən görünür ki, satıcı quraşdırma işlərini görən işçilərin texniki təhlükəsizlik qaydalarına riayət edilməsinə və onların quraşdırma zamanı təhlükəsizliyinə görə məsuliyyət daşıyır. Araşdırma zamanı meteriala əlavə edilmiş məhkəmə tibbi ekspertizasının 27 dekabr 2022-ci il tarixli 1392 saylı rəyindən görünür ki, Vət.R.A.Nizametdinovun bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: travmatik şok və hemopnevmotoraksla müşayiət olunan qabırğaların çoxsaylı sınıqları, baş beyin silkələnməsi, alm nahiyəsinin səthi əzilmiş yaraları, döş qəfəsinin sıyrıqları. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda qeyd olunan şəraitdə və müddətdə, yəni 06 noyabr 2022-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddirlər. Xəsarətlərin lokalizasiyasma və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin müxtəlif şəraitlərdə, o cümlədən hündürlükdən yıxılma nəticəsində alınmaları inkar olunmur. Araşdırma zamanı materiala əlavə edilmiş məhkəmə texniki təhlükəsizlik ekspertizasının 30 dekabr 2022-ci il tarixli 10/8104 saylı rəyindən görünür ki, «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 11-ci bəndinin tələbləri pozulmuşdur ki, bu da hadisənin səbəbi olmuşdur. Yoxlama materiallarına əsasən eskalatorun quraşdırılması işlərinə rəhbərlik edən X5 «Retro Mail» ticarət mərkəzində eskalator quraşdıran zaman öz fərdi təhlükəsizliyini qorumadığına görə, «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nm 11-ci bəndinin tələbləri onun özü tərəfindən pozulmuşdur. Həmin qərar ilə X2 xx.xx.2022-ci ildə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsində yerləşən «Retro Mail» Ticarət Mərkəzində iş vaxtı öz fərdi təhlükəsizliyini qorumadığından yıxılaraq xəsarət almasında hər hansı şəxsin əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Leon X3 direktoru vəzifəsində xidmət edən X11 istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işə götürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumat verməməsinə görə əməlində Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əlamətləri olduğuna barəsində inzibati icraat başlanılmasmdan ötrü ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-in 555.1-ci maddəsinə əsasən istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta nəticəsində Şəxs X3 maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən maliyyə və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs X3 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 1000 (min) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar