Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5711/2025 09.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X29 qızının katibliyi, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru X17, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun vəkili Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxx 1967-ci il tarixdə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, A/YAT 19, 14/15, 7 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Suraxanı rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, borclu Şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1425/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədini icra etmədiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru X28 inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək qeyd etdi ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1425/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən ünvan 2 ünvanında yerləşən X8 mülkiyyətində olan fərdi yaşayış evinin ½ hissəsi əvvəlki mülkiyyətçi Şəxs tərəfindən boşaldılmalı, X21 həmin evə köçürülməlidir. İcra sənədi icraata daxil olduqdan sonra icraata başlanılmış, tərəflərə bu barədə qərar və bildiriş verilmişdir. xx.xx.2025-ci il tarixdə borclunun evi boşaltması üçün icra tədbiri təyin olunmuşdur, lakin tələbkar icra yerində olmadığından təxirə salınmış, xx.xx.2025-ci il tarixdə yenidən icra tədbiri təyin olunmuşdur. Həmin icra tədbiri zamanı müəyyən olunmuşdur ki, evdə icra sənədində göstərilməyən başqa şəxslər, yəni Fərqanə, Elnur adlı şəxslər və digər iki şəxs yaşayır. İcra tədbirini tələbkar orada olmadığına görə həyata keçirmək mümkün olmamışdır. Yenidən icra tədbiri təyin olunmuş, icra tədbiri zamanı ünvanda mübahisə baş vermişdir. Belə ki, həmin evin ½ hissəsini müəyyən etmək mümkün olmadığından mütəxəssis dəvət olunması qərara alınmışdır. Bununla əlaqədar xx.xx.2025-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazı İdarəsinə məktubla müraciət olunmuş və mütəxəssisin iştirakı təmin olunmuşdur. Mütəxəssis müəyyən etmişdir ki, evin ½ hissəsi - yaşayış sahəsi və çəpərdən içəri girilərək evin bütün hissəsidir. Borclunun izahatı alınmışdır və o bildirmişdir ki, evi boşaldaraq tələbkara təhvil verəcək və köçürülməsinə maneəçilik yaratmayacaqdır. xx.xx.2025-ci il tarixə icra tədbiri təyin olunmuşdur. Ünvanda olan zaman borclu bildirmişdir ki, evdən çıxmağa etiraz etmir, amma digər şəxslər evdən çıxmırlar. İcra sənədinin icrasının təmin olunmamasının əsas səbəbi evdə icra sənədində göstərilməyən kənar şəxslərin yaşamasıdır. Borclu icra sənədində cavabdeh qismində nəzərdə tutulduğu üçün icra sənədinin icrasını təmin etməlidir. Beləliklə, Məmmədov X6 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən onun barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs özünü təqsirli bilməyərək izahatında bildirdi ki, o, həmin evdə yaşamır. Tələbkarın həmin evə köçməsinə heç kim etiraz etmir. Həmin ev onun adına olsa da, əslində onun həmin evdə payı yoxdur. Belə ki, evi bir neçə il əvvəl dostunun ailəsi almış, lakin onların sənədlərində problem olduğundan evin sənədləri onun adına qeydiyyata alınmışdır. Evin alqı-satqısı onun etibarnaməsi əsasında həyata keçirilmişdir. O, həmin evdə qeydiyyatda deyil, sonda iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs vəkili X9 izahatında bildirmişdir ki, həmin evin çıxarışından görünür ki, ev əvvəllər ümumi paylı mülkiyyət əsasında Şəxs və X1 ½ hissədə məxsus olmuşdur, ümumi sahəsi 73.9 kvadrat metr olmuşdur və hazırda da həmin ölçü mövcuddur. Həmin evin bir çıxışı vardır və naturada bölünməmişdir. Məhkəmə qətnaməsində göstərilmişdir ki, cavabdeh 44 saylı ünvanda yerləşən evin ½ hissədən çıxarılmalıdır. Yəni 73.9 kvadrat metr yer mövcuddursa, cavabdeh həmin yerdən çıxarılmalıdır. Cavabdeh bildirir ki, evdən çıxmağa etirazı yoxdur. Qətnamədə göstərilmişdir ki, ev boşaldılaraq X14 təhvil verilməlidir. Qətnamədə yazılmayıb ki, Şəxs evi təhvil verməlidir. Şəxs evi 73.9 kvadrat metr hissədə yox, ½ hissədə boşalda bilər. Musa həmin evdə yaşamır. Digər şəxslərin evdən çıxarılmasının isə Şəxs aidiyyəti yoxdur. Həmçinin o, qətnaməyə izah verilməsi üçün məhkəməyə müraciət etmişdir. Hesab edir ki, Şəxs münasibətdə inzibati xəta tərkibi yoxdur və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs (tələbkar) X14 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə inzibati xəta haqqında materiala zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş icra işində olan: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1425/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, iddia təmin edilmişdir. Cavabdeh Şəxs iddiaçı X14 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, AZ1048, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin iddiaçının xüsusi mülkiyyətində olan 1/2 hissəsindən çıxarılmalı; həmin ev boşaldılaraq iddiaçı X14 təhvil verilməli; iddiaçı X21 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Səyavuş Aslan giriş 44 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidir; icraata başlama haqqında xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1425/2025 saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar müvafiq bildirişlə Şəxs təqdim olunmuşdur; iş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)- 1425/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icra olunması üçün bir neçə dəfə icra tədbiri təyin olunmuş və müəyyən səbəblərdən təxirə salınmışdır; xx.xx.2025-ci il tarixli Suraxanı rayon İcra şöbəsinin icra məmuru tərəfindən tərtib olunan aktın surətindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)- 1425/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi icrasını təmin etmək üçün Qaraçuxur qəsəbəsi, Səyavuş Aslan küçəsi, giriş 44 ünvanında olan zaman mənzilə baxış keçirilmiş, borclu və tələbkarın gəlməməsi səbəbindən, eyni zamanda ½ hissənin müəyyən edilməsi üçün mütəxəssisə ehtiyac olduğu üçün icra tədbiri təxirə salınmışdır; xx.xx.2025-ci il tarixli Suraxanı rayon İcra şöbəsinin icra məmuru tərəfindən tərtib olunan aktın surətindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)- 1425/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi icrasını təmin etmək üçün Qaraçuxur qəsəbəsi, Səyavuş Aslan küçəsi, giriş 44 ünvanında olan zaman evdə adları icra sənədində qeyd edilməyən şəxslərin yaşadığı məlum olmuş, həmin şəxslərə evi könüllü boşaldılması təklif edilmiş, lakin onlar imtina etmişlər. Borcludan evi boşaltması tələb olunsa da, o, evi boşaldıb tələbkara təhvil verməmişdir; məhkəmə iclasında borclunun vəkili tərəfindən təqdim olunan xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, ünvan 5 ünvanında X22, X2, X10, X15, X18, X4, X11, X12, X13, X5 qeydiyyatdadırlar; məhkəmə iclasında borclunun vəkili tərəfindən təqdim olunan xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, ünvan 6 ünvanında (yeni qaydalarla Qaraçuxur qəsəbəsi, Səyavuş Aslan küçəsi, giriş 44) X4, X22, X11, X16 qeydiyyatdadırlar; məhkəmə iclasında borclunun vəkili tərəfindən təqdim olunan qətnaməyə izah verilməsi haqqında xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1425/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə izah verilməsi üçün məhkəməyə ərizə təqdim olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, icra məmurunun istinad etdiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin yaranması üçün aşağıdakı hallar müəyyən olunmalıdır: 1) məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; 2) borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; 3) borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; 4) borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. “İcra haqqında” Qanunun : 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 04 sentyabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmə qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. İnzibati xəta haqqında protokolu, izahatları, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarında olan sübutlar Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Beləliklə, məhkəmə xətanın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə təfsir edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, icra sənədinin icrasına mane olan hərəkətlərin törədilməsində Şəxs təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(010)-5711/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5711/2025
09.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver