Məhkəmə qərarları › İş №3(010)-5718/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5718/2022

14.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5718/2022 14.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, Bakı şəhəri Suraxanı rayon Prokurorunun köməkçisi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxx 1985-ci ildə Ermənistan SSR, Vardenis rayonu, Zərkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 4L1ZHC1, evli, satış təmsilçisi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, 13 iyun 2022-ci il tarixdə, saat 11-12 radələrində ünvan 4 ünvanının qarşısında qonşusu X4 nalayiq ifadələrlə söyüb təhqir etməklə xırda xuliqanlıq, yəni ictimai qaydaları kobud surətdə pozan hərəkətlər etmişdir. Şəxs X3 yaşayış sahəsinə sonuncunun iradəsinə zidd olaraq daxil olması və sair qanunsuz hərəkətləri barədə Bakı şəhəri Suraxanı rayon məhkəməsindən Suraxanı rayon prokurorluğuna məlumat daxil olmuşdur. Həmin məlumat əsasında rayon prokurorluğunda araşdırmanın aparılması prokurorluğun müstəntiqi, İİİ dərəcəli hüquqşünas Elvin Quliyevə tapşırılmışdır. Bakı şəhəri Suraxanı rayon Prokurorluğun müstəntiqi Elvin Quliyevin 10 dekabr 2022-ci il tarixli qərarı ilə material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş xırda xuliqanlıq inzibati xəta tərkibi olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraat açılması məsələsinə baxılması üçün rayon prokuroru qarşısında vəsatət qaldırılmışdır. Bakı şəhəri Suraxanı rayon Prokurorunun 14 dekabr 2022-ci il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və həmin qərar baxılması üçün aidiyyəti üzrə Bakı şəhər Suraxanı rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xətaya dair icraatın başlanması haqqında qərarda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək göstərdi ki, 13 iyun 2022-ci il tarixdə qonşusu Şöhrət Əiyeva ilə aralarında mübahisə yaranmış, Şöhrət bu zaman ona qarşı kobud ifadələr işlətmişdir. O da özündən çıxaraq qarşılığında Şöhrət Əiyevanı təhqir etmişdir. Lakin hazırda aralarında heç bir problem yoxdur. Sonda Şəxs etdiyi əməldən səmimi peşman olduğunu bildirərək məhkəmədən barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Bakı şəhəri Suraxanı rayon Prokurorunun köməkçisi X2 rayon prokurorunun qərarını müdafiə edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və prokurorunun köməkçisini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 50 (əlli) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar