Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5735/2023 11.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə Şəxs Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 499.1.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasındakı filialı müvəqqəti saxlancın tələblərinə, şərtlərinə zidd olaraq gömrük orqanının müəyyən etdiyi müddətdə malları müvafiq gömrük proseduru altında yerləşdirməmişdir. Belə ki, rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-/3-1-030401/2023 saylı xx.xx.2023-cü il tarixli raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan ŞTQ, Əmircan qəsəbəsi ünvanında qeydiyyatda olan Şəxs MMC-nin (VÖEN: **********) ünvanına Rusiya Federasiyasından 55983944 nömrəli vaqonda daxil olmuş “Qara metaldan mal daşınması üçün altlıqlar və analoji platformalar” adlı yükü **********2912 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2023-cü il tarixədək müddətə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “X1 Sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, **********2912 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların müvəqqəti idxal müddətinin son tarixi xx.xx.2023-cü il tarixi müəyyən edilmişdir. Lakin, müvəqqəti idxal müddətinin xx.xx.2023-cü il tarixində bitməsinə baxmayaraq **********2912 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların müvəqqəti idxal müddəti bitməmiş Şəxs MMC tərəfindən həmin malların Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması, müvəqqəti idxal müddətinin uzadılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, **********2912 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsində qeyd edilən “Qara metaldan mal daşınması üçün altlıqlar və analoji platformalar” adlı yükün müvəqqəti idxal müddəti xx.xx.2023-cü il tarixində bitsə də, həmin malların müvəqqəti idxal müddətinin uzadılması ilə bağlı Şəxs MMC tərəfindən müvəqqəti idxal müddəti bitdikdən 13 (on üç) gün sonra, yəni xx.xx.2023-cü il tarixdə Bakı Baş Gömrük İdarəsinə 3-33- 1100/1-030515/2023 qeydiyyat nömrəli müraciət göndərilmişdir. Bu barədə Şəxs Azərbaycan Respublikasındakı filialı barəsində Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti leytenantı X3 tərəfindən 17 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 499.1.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Şəxs Azərbaycan Respublikasındakı filialının və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbini bildirməmişlər. 17 noyabr 2023-cü il tarixli, № 0100-02915/23 saylı protokoldan görünür ki, “ATEF Şirkətlər Qrupu" MMC-də idxal-ixrac şöbəsinin müdiri vəzifəsində işləyən Azərbaycan Respublikasının vətəndaşı X2 izahatı alınmış, o izahatında vaqon çatışmazlığı səbəbindən sözügedən yüklərin Rusiya Federasiyasına geri qaytarılmasının mümkün olmadığını, bu səbəbdən də malların müvəqqəti idxal müddətinin pozulduğunu, həmin malların müvəqqəti idxal müddətini uzatmaq niyyətində olduqlarını, **********2912 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş malların müvəqqəti idxal müddətinin uzadılması ilə bağlı Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixdə Bakı Baş Gömrük İdarəsinə müraciət edildiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Şəxs Azərbaycan Respublikasındakı filialının və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 499.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni: həmin Məcəllənin 499.1.1-ci maddəsinə əsasən on beş günədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya qaytarılmasına görə - fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 25, 26, 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs (VÖEN: **********) Azərbaycan Respublikasındakı filialıAzərbaycan Respublikasının İXM-nin 499.1.1-ci maddəsində maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 600 (altı yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-5735/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5735/2023
11.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver