Məhkəmə qərarları › İş №3(010)-5758/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-5758/2022

21.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-5758/2022 21.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlu Nizami rayon DYPŞ-nin Yol patrul xidmətinin vəzifəli şəxsinin 23 noyabr 2022-ci il tarixli inzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğvi ilə bağlı X1 şikayətinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X2 barəsində olan Nizami rayon DYPŞ-nin Yol patrul xidmətinin vəzifəli şəxsinin 23 noyabr 2022-ci il tarixli inzibati tənbeh tətbiq etmə haqqında qərarından şikayət verib. Şikayəti nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən «Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər». Qeyd olunur ki, şikayətçinin bildirdiyi qərar məhkəməyə təqdim edilməyib. Belə olan halda həmin qərarın mövcud olub-olmadığı müəyyən edilmir. Azərbaycan Respublikası İXM-nin 132.1.2-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmadığını yoxlamalıdır. Hesab edirəm ki, yuxarıda göstərilənlər icraatı rədd edən hal kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Q Ə R A R A A L D İ M: Nizami rayon DYPŞ-nin Yol patrul xidmətinin vəzifəli şəxsinin 23 noyabr 2022-ci il tarixli inzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğvi ilə bağlı X2 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Hakim Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar