Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-5760/2022 29.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, X1, 25 mart 1993-cü ildə Bakı şəhərindı anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay FİN 5QGBNAQ, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Azərbaycan Respublikası İXM-nin 509.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi X4 qəbul etdiyi inzibati tənbeh vermə haqqında 21 yanvar 2022-ci il tarixli, 10000/0041 nömrəli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 18 yanvar 2022-ci il tarixdə X1 Azərbaycan Respublikası İXM-nin 509.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 10000-0067/21 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi X4 qəbul etdiyi inzibati tənbeh vermə haqqında 21 yanvar 2022-ci il tarixli, 10000/0041 nömrəli qərarla X3 Azərbaycan Respublikası İXM-nin 509.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 600 manat məbləğində inzibati cərimə olunmuşdur. 19 dekabr 2022-ci il tarixdə X3 şikayət ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi X4 qəbul etdiyi inzibati tənbeh vermə haqqında 21 yanvar 2022-ci il tarixli, 10000/0041 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri tədqiq edərək, məhkəmə hesab edir ki, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət və ya protest - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Azərbaycan Respublikası İXM-nin 129.1 və 129.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən «İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər». İş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi X4 qəbul etdiyi inzibati tənbeh vermə haqqında 21 yanvar 2022-ci il tarixli, 10000/0041 nömrəli qərarında göstərilən xəta "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ünvanında törədilmişdir. “AZEMİS” Elektron Məhkəmə sistemindən çıxarışda "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hüquqi ünvanı kimi “ünvan 2alda məhkəmə hesab edir ki, X1 şikayəti geri qaytarılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, X2 inzibati məsuliyyətə cəlb olunmasına dair barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan inzibati xətanın törədildiyi yer üzrə birinci instansiya məhkəməsinə şikayət etmək hüququnun olduğu izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-132 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayəti geri qaytarılsın. X2 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan inzibati xətanın törədildiyi yer üzrə birinci instansiya məhkəməsinə şikayət etmək hüququnun olduğu izah edilsin Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardaddan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-5760/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-5760/2022
29.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver