Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5772/2024 25.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X7 qızının katibliyi, X1, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinin icra məmuru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs rəhbəri Dimitri Kapanadzenin iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Rusiya Federasiyasında doğulmuş, Gürcüstan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs rəhbəri Dimitri Kapanadze barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola dair toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, borclu Şəxs rəhbəri Dimitri Kapanadze Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-644/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədini qərəzli olaraq icra etməmişdir. İcra sənədi üzrə borclunun ödənilməmiş 2200 manat borcu qalmışdır. Məhkəmə iclasında Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru X6 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirdi ki, Şəxs rəhbəri Dimitri Kapanadze Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-644/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə ödənilməmiş qalan 2200 manat borcu tamamilə ödəmişdir. Göstərilənlərə əsasən inzibati xəta haqqında işə xitam verilməsini xahiş etdi. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, tələbkar sonuncu məhkəmə iclasında iştirak etməmişdir, məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak edərək izahatında göstərmişdir ki, onun tələbi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədi üzrə ödənilməmiş qalan bütün borcun ödənilməsidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs rəhbəri Dimitri Kapanadze izahatında göstərdi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-644/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə bütün borcu ödəmişdir. Göstərilənlərə nəzərə alaraq barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-644/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin surətindən görünür ki, Zərərçəkmiş şəxs xeyrinə Şəxs MMC-dən 7400 manat vəsait tutulmalıdır; icraata başlama haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-644/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borcluya təqdim olunmuşdur; Suraxanı rayon İcra şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə borclu Şəxs MMC-nin "xxxx" ASC və”Unibank” ASC-də olan hesablarına inkasso sərəncamı göndərilmişdir; xx.xx.2024-cü il tarixli iltizamın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə Şəxs MMCnin direktoru tərəfindən 1000 manat ödənilmiş, o, hər ayın 29-u 1000 manat ödəməyi öhdəsinə götürmüşdür; Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-3465/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs MMC-nin rəhbəri Dimitri Kapanadze Bakı şəhər Suraxanı rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 2000 (iki min) manat məbləğində inzibati cərimə edilmişdir; Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1817/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, şikayət təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-3465/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır; işə əlavə edilmiş ödəniş qəbzin surətindən görünür ki, 25 dekabr 2024-cü il tarixdə 1700 manat ödəniş olunmuşdur. Məhkəmə inzibati xəta haqqında materialı araşdıraraq hesab edir ki, işə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ bəndinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 234-cü maddəsinə əsasən Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 2014-cü il 18 dekabr tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi və borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 110.1-ci maddəsinə əasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; İnzibati xəta haqqında protokolu, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs rəhbəri Dimitri Kapanadze tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-644/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borc ödənilmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs rəhbəri Dimitri Kapanadze tərəfindən icra sənədi üzrə bütün borc ödəniş edilməsi təmin olunmaqla icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan, Şəxs rəhbəri X2 Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs rəhbəri Dimitri Kapanadzenin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(010)-5772/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5772/2024
25.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver