Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5774/2025 27.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis şöbəsinin sahə inspektoru, polis kapitanı X2 iştirakları ilə, Şəxs – xx.xx.1998-ci il tarixdə Şəki rayonunda anadan olmuş,, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, “Yango” şirkətində çatdırılmada işləyən,Şəki rayonu, Bolludərə Ə/D Qara torpaq kəndində qeydiyyatda olan, Baki şəhəri, ünvan 1 ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ağayev X3 Nazirliyinin Respublika Narkoloji Mərkəzindən müayinədən keçirilərkən Mərkəzin 7431 saylı ekspert rəyinə əsasən narkotik vasitə istifadəçisi olduğu müəyyən olunmuşdur. Bununla da o, İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cü Polis bölməsinin sahə inspektoru, polis kapitanı X5 məhkəmədə protokola uyğun izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə hadisədə xidmətdə olan zaman polis leytenantı tərəfindən Şəxs saxlanılıb və şəxsiyyətini təstiq edən sənəd soruşulduqda heç bir sənədi olmadığı üçün 30-cu Polis bölməsinə gətirilmişdir. Şəxs könüllü olaraq narkotik vasitədən istifadə etdiyini bildirmiş, bununla bağlı narkoloji ekspertiza keçirilib, rəy ilə təsdiqini tapıb. Əvvəllər heç bir cinayət məsuliyyətinə cəlb edilməyib. Şəxs barəsində İXM-nin 206-cı maddəsi əsasında inzibati xəta haqqında protokol tərtib edilmiş və Suraxanı Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmədə inzibati tənbeh tətbiq edilən şəxs Şəxs Araz oğlu izahatında səmimi olaraq əməlini etiraf etdiyini, o, ilk dəfə istifadə etdiyini, buna görə də peşman olduğunu bildirdi. Daha əvvəl polislə heç bir işi olmamış, heç bir məsuliyyətə cəlb edilməmişdir. Bu iş üzrə cərimə cəzası alması mümkündürsə, bakıdan rayona getmək istəyir. O, 5-6 ildir ki, Bakıda qalır, burada qaldıqda isə pozulur. O, başqa narkotik vasitədən istifadə etmədiyini, analiz götürüləndə ondan narkotik istifadə etdiyi soruşulanda 2016-cı ildə oktyabr ayının 13-də istifadə etdiyini, sonradan təsərrüfatla məşğul olduğunu demişdir. O, uşaq evində böyüdüyünü, tək anasının olduğunu, onunda Bakıya gəldiyi üçün özünün də Bakıya çıxıb gəldiyini bildirdi. Hazırda törətdiyi əmələ münasibəti pisdir. Elədiyi hərəkətdən çox peşmandır. Qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. İnzibati tənbeh tətbiq edilən şəxs Şəxs Araz oğlunun əməli tərtib olunmuş inzibati xəta haqqında protokolla, ekspert rəyi və digər iş materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan 27 noyabr 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən, qərarın təsviri hissəsində qeyd olunanları nəzərə alaraq Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi, qərarın surəti Suraxanı rayon prokurorluğuna və ərizəçiyə göndərilməsi, qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-ci maddəsinə müvafiq inzibati təsir tədbirləri görülməsindən ötrü bölmənin aidiyyəti əməkdaşına verilməsi, toplanmış material saxlanması üçün Suraxanı RPİ-nin 30-cu PŞ-nin dəftərxanasına verilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 X4 - X1 xx.xx.2025-ci il tarixli 1/7431 nömrəli ekspert rəyinə əsasən vətəndaş Şəxs Kannabinoidlərdən və psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin, hal-hazırda Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Şəxs NARKOMANİYA xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materiallarında olan AZA seriyalı 024225 saylı, 26 noyabr 2025-ci il tarixli inzibati qaydada tutma protokoluna əsasən, Şəxs Araz oğlu 26 noyabr 2025-ci il tarixində, saat 23:00-da tutulmuşdur. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və yaşını nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Bundan əlavə İXM-nin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. İXM-nin 37.3-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. İXM-nin 37.5-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 15 (on beş) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin başlanğıcı inzibati qaydada tutulduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən, saat 23:00-dan hesablansın. İnzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi hissəsində qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Qərarın surəti təqdim edildiyi və alındığı gündən 10 (on) gün müddətində qərardadın Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-5774/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5774/2025
27.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver