Məhkəmə qərarları › İş №3(010)-5776/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5776/2024

16.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5776/2024 16.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ X5 İmamverdi oğlunın sədrliyi, Məhkəmə iclas katibi X3 qızının katibliyi, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə 03 avqust 1997-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Suraxanı rayon polis idarəsinin 30-cu polis şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Suraxanı rayon polis idarəsinin 30-cu polis şöbəsi tərəfindən təqdim olunmuş 16 dekabr 2024-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, 13 dekabr 2024-ci ildə saat 10:33 radələrində, Azərbaycan Respublikası DİN-in 102 ZM-nə ********** saylı məlumata əsasən,Suraxanı rayonu,Hövsan qəs.,Mida y/k yaşayan Zərərçəkmiş şəxs, 055 *** ** ** nömrəsindən zəng edən Vüqar adlı şəxs tərəfindən sözlə hədələnməsi və narahat edilməsi barədə məlumat daxil olmuşdur. Məhkəmədə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin polis kapitanı X2 izahatında göstərdi ki, 13 dekabr 2024-ci ildə saat 10:33 radələrində, Azərbaycan Respublikası DİN-in 102 ZM-nə ********** saylı məlumata əsasən, Suraxanı rayonu,Hövsan qəs.,Mida y/k yaşayan Zərərçəkmiş şəxs, 055 *** ** ** nömrəsindən zəng edən Vüqar adlı şəxs tərəfindən sözlə hədələnməsi və narahat edilməsi barədə məlumat daxil olmuşdur. Həmin nömrənin sahibi Vüqar adlı şəxs müəyyən edildikdən sonra, o şöbəyə dəvət edilmişdir. Şöbədə Vüqar etdiklərini etiraf edərək, bir daha belə hərəkətləri etməyəcəyini bildirdi. Buna görə də göstərilənləri nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmədə izahat vermiş Şəxs bildirdi ki, həmin zamanın dünənki günündə qəbul etdiyi içkinin təsiri altında əvvəllər ünsiyətdə olduğu Zərərçəkmiş şəxs telefonla əlaqə saxlamışdır və ona bir az kobudluq etmişdir. Hazırda etdiyi əməldən peşmandır, bir daha belə bir hərəkət etməyəcək və eyni zamanda onunla heç vaxt yaxınlıq etməyəcəkdir. Buna görə də qeyd olunanlar nəzərə alınaraq, ona yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında Zərərçəkmiş şəxs izahat verərək bidirmişdir ki, 13 dekabr 2024ci il tarixdə Şəxs ona 055 *** ** ** nömrəsindən zəng edərək onu sözlə hədələmiş, ona nalayiq ifadələr işlərək, narahat etməsini bildirməklə, məhkəmədən Şəxs barəsində müvafiq inzibati tənbeh növünün seçilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon polis idarəsinin 30-cu polis şöbəsi tərəfindən tərtib olunmuş 16 dekabr 2024-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, 13 dekabr 2024-ci ildə saat 10:33 radələrində ,DİN-in 102 ZM-nə ********** saylı məlumata əsasən,Suraxanı rayonu,Hövsan qəs.,Mida y/k yaşayan Zərərçəkmiş şəxs, 055 *** ** ** nömrəsindən zəng edən Vüqar adlı şəxs tərəfindən sözlə hədələnməsi və narahat edilməsi barədə məlumat daxil olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 1/11493 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs orta alkoqol sərxoşluğu müəyyən olunmuşdur. Göründüyü kimi Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilr, ona görə də o, həmin maddə ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Şəxs inzibati xəta törətməsindən səmimi peşman olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hal kimi, onun inzibati xətanı sərxoş halda tərətməsini isə ağırlaşdıran hal kimi nəzərə alır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası çərçivəsində tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 100 (yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Suraxanı Rayon Məhkəməsinin hakimi Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar