Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5789/2022 20.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 2002-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2sitetinin 2 saylı yataqxanasında yaşayan Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tərtib etdiyi inzibati xəta haqqında protokola baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Suraxanı RPİ 32-ci PB-nin təhqiqatçısı, polis mayoru Məmməd Əliyevin xx.xx.2022ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ilə barəsində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə tədbir görülməsi üçün verilmiş qərarına əsasən xx.xx.2002-ci il təvəllüdlü, Bakı şəhəri, Binəqədi rayonu, Slavyan Universitetinin 2 saylı yataqxanasında yaşayan Şəxs yerini müəyyən edib PB-nə dəvət edərkən, sonuncu polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaqdan imtina etmiş, polis əməkdaşları dəfələrlə sonuncunu nizam-intizama dəvət etsələr də, heç bir halda polisin qanuni tələblərinə tabe olmamışdır. Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli bilərək, izahatında göstərmişdir ki, bir neçə dəfə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları onu polis bölməsinə dəvət etsələr də, oraya getməmiş, sonuncu dəfə polis əməkdaşları ona zəng edərək, harada olduğunu soruşduqda, o, “Azadlıq” metrosu yaxınlığında olduğunu bildirmiş, polis əməkdaşları oraya gəlmiş, lakin o, yenidən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaqdan imtina etmiş, bir müddət sonra polis əməkdaşları nəhayət onu polis bölməsinə aparmışlar. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili X5 ifadəsində bildirmişdir ki, Suraxanı RPİ 32-ci PB-nin təhqiqatçısı, polis mayoru Məmməd Əliyevin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ilə barəsində A.R. İXM-in 510-cu maddəsi ilə tədbir görülməsi üçün verilmiş qərarına əsasən xx.xx.2002-ci il təvəllüdlü, Bakı şəhəri, Binəqədi rayonu, Slavyan Universitetinin 2 saylı yataqxanasında yaşayan Şəxs yerini müəyyən edib PB-nə dəvət edərkən, sonuncu onların qanuni tələblərinə tabe olmaqdan imtina etmiş, dəfələrlə sonuncunu nizamintizama dəvət etsələr də, heç bir halda polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili X1 Babək Şamil oğlu ilə eyni məzmunlu ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Şəxs həmin inzibati xətanı törətməsi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin vəzifəli şəxsi tərəfindən tərtib olunmuş 20 dekabr 2022-ci il tarixli MN ******* saylı İnzibati Xəta haqqında protokolu ilə, həmçinin şahidlərin ifadələri ilə tam sübuta yetdiyindən, o, bu maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Şəxs ikincili katarakta sekundar katarakta semmerinq halqası, intraokulyar linzanın olması, görmə sinirinin atrofiyası, astiqmatizm diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən hal kimi ona ikincili katarakta sekundar katarakta semmerinq halqası, intraokulyar linzanın olması, görmə sinirinin atrofiyası, astiqmatizm diaqnozunun qoyulmasını və ağırlaşdırılan halların olmamasını, onun təqsirinin dərəcəsini nəzərə alıb hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsində nəzrədə tutulan həbs inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-13, 31,32,40,48-50-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 20 dekabr 2022-ci il tarixdən, saat 17:45-dən hesablansın. Şəxs Azərbaycan Respublikası DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavəsitə tabe olan İnzibati həbs olunanların saxlama məntəqəsinə təhvil verilsin. Qərarın surəti Şəxs təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-5789/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5789/2022
20.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver