Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5791/2023 15.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızı, məhkəmə iclas katibi İmanov Rəşadət Rəvayət oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X4 iştirakı ilə, 08 sentyabr 1958-ci ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: 0UP50PQ, ünvan 1 ünvanında qeydiyyatda olan X4 Azərbaycan Respublikası İXM-nin 328.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin 26 avqust 2023-cü il tarixli, EQ seriyalı, 16520206 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 26 avqust 2023-cü il tarixli, EQ seriyalı, 16520206 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 200 manat məbləğində inzibati cərimə olunmuşdur. 01 dekabr 2023-cü il tarixdə X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin 26 avqust 2023-cü il tarixli, EQ seriyalı, 16520206 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından verdiyi şikayəti Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X7 göstərdi ki, Yol Polis İdarəsinin EQ 16520206 saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında qərarı ilə ona Azərbaycan Respublikası İXM-nin 328.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə 200 manat miqdarında inzibati cərimə tədbiri tətbiq edilmişdir. Törətdiyi inzibati xətalara görə onun sürücülük vəsiqəsində 10 balı vardır. AR DİN Baş Dövlət Yol Polis İdarəsinin onun adına səhvən tərtib etdiyi qərarlara görə onun balı 20 balı aşmış və sürücülük vəsiqəsi 6 ay müddətinə məhdudlaşdırılmışdır. "xxxx" MMC tərəfindən icarəyə verilən bəzi nəqliyyat vasitələri onun adınadır və həmin nəqliyyat vasitələri icarə müqaviləsinə əsasən icarəyə verilir. "xxxx" MMC-nin 884№-li avtonəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən KİA OPTİMA minik markalı **-LT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 2 gün müddətinə xx.xx.2023-cü il tarixdən xx.xx.2023 cü il tarix saat 21:20-da qaytarılması şərtilə X5 icarəyə verilmişdir. AR DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə protokol tərtib edilən zaman, KİA OPTİMA minik markalı **-LT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini X9 idarə etmişdir. Həmin icarə müqaviləsi AR DİN Baş Dövlət Yol Polis İdarəsinin sistemində görsənmədiyindən X1 törətdiyi inzibati xəta onun adına tərtib edilmişdir. O, bununla bağlı Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə müraciət etmiş və onlar ona bildirmişlər ki, etibarnamə edilən şəxs onlara müraciət etməlidir. Bundan sonra, X9 AR DİN Baş Dövlət Yol Polis İdarəsinə ərizə ilə müraciət etmiş və AR DİN Baş Dövlət Yol Polis İdarəsi ona cavab olaraq bildirdi ki, qərardan şikayət barəsində-inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs tərəfindən verilə bilər. X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin 26 avqust 2023cü il tarixli, EQ seriyalı, 16520206 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X14 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə, Bakı şəhər X14 İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi dinləyərək, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələbləri, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduğuna görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin inzibati xəta haqqında iş üzrə 26 avqust 2023-cü il tarixli, EQ seriyalı, 16520206 nömrəli elektron qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “KİA OPTİMA” minik markalı **-LT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X4 mülkiyyətindədir. İş materiallarında olan X3 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinə yazılmış ərizənin məzmunundan görünür ki, 26 avqust 2023-cü il tarixdə “KİA OPTİMA” minik markalı **-LT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini X9 idarə etmişdir. İş materiallarında olan 18 avqust 2020-ci il tarixli etibarnamənin kserosurətindən görünür ki, X7 mülkiyyətində olan “KİA OPTİMA” minik markalı **-LT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə etibar etmişdir. Etibarnamə 31 dekabr 2027-ci il tarixədək qüvvədədir. Bu etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilər. İş materiallarında olan 23 sentyabr 2023-cü il tarixli avtonəqliyyat vasitəsinin icra müqaviləsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “KİA OPTİMA” minik markalı **-LT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 26 avqust 2023-cü il tarix, saat 14:00-dan 29 avqust 2023-cü il tarixədək X5 icarəyə verilmişdir. İş materiallarından görünür ki, X7 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin 26 avqust 2023-cü il tarixli, EQ seriyalı, 16520206 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 200 manat məbləğində inzibati cərimə olunmuşdur. Qərarın qəbul edilməsinə əsas 26 avqust 2023-cü il tarixdə, saat 22:17-də “KİA OPTİMA” minik markalı **-LT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən yolda müəyyən edilmiş hərəkət sürətini 42 km/saat həddində aşması olmuşdur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X7 məhkəməyə sübutlar təqdim edərək bildirmişdir ki, 26 avqust 2023-cü il tarixdə “KİA OPTİMA” minik markalı **-LT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini X9 idarə etmişdir. Şəxsin inzibati xəta törətməsini sübut etmək vəzifəsi qərar qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşdüyündən, inzibati orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilərək sübutları təqdim etməsi təklif edilmiş, lakin inzibati orqan tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bu cür sübutlar əldə edilmədən şəxs inzibati xətanın törədilməsində təqsirli bilinə bilməz və tənbeh edilə bilməz. İş üzrə sübutlar qərar qəbul etmiş səlahiyyətli orqan tərəfindən toplanılmalıdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X7 təqsirlilik məsələsini mübahisələndirir və özünü təqsirli bilmir. Belə bir vəziyyətdə iş üzrə törədilmiş inzibati xətaya dair əhəmiyyət kəsb edən sübut toplanılmamışdır. Halbuki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalı və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. İXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh İXM-nə uyğun olaraq tətbiq edilir. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. X6 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Hazırki işin faktiki hallarından müəyyən edilir ki, X7 tərəfindən qeyd olunan inzibati xətanın törədilməsi sübut edilmir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, materiallar və digər sənədlər düzgün tərtib olunmamış, təqdim edilmiş materiallar natamam olmuş, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Məhkəmə hesab edir ki, qərarda konkret sübuta istinad edilmədiyindən, sübutsuz vəziyyətdə hadisənin törədilməsində şəxsi təqsirli bilib, sadəcə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin inzibati xəta kimi müəyyən edilmiş maddəsinin dispozisiyasına istinad edilərək şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, işin faktiki hallarından müəyyən edilmişdir ki, 26 avqust 2023-cü il tarixdə “KİA OPTİMA” minik markalı **-LT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini icarə müqaviləsi əsasında X3 idarə etmiş, lakin həmin nəqliyyat vasitəsi X4 mülkiyyətində olduğundan 26 avqust 2023-cü il tarixli, EQ seriyalı, 16520206 nömrəli elektron qərar X4 adına tərtib edilmişdir. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, inzibati xəta haqqında iş üzrə 26 avqust 2023-cü il tarixli, EQ seriyalı, 16520206 nömrəli inzibati tənbeh vermə qərarı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla qəbul edilmişdir. Qeyd edilən həmin prosessual pozuntular işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə olduğundan, son nəticədə qanuni və əsaslı olmayan qərarın qəbul edilməsinə gətirib çıxartmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Buna görə də məhkəmə prosessual qənaət prinsipini əsas tutaraq hesab edir ki, mübahisələndirilən qərarın yenidən məhkəmə tərəfindən ləğv edilməsi və araşdırılması üçün inzibati orqana (vəzifəli şəxsə) göndərilməsi nəticəsiz olacaqdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsinin tələbinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Buna görə də məhkəmə hesab edir ki, X4 əməlində Azərbaycan Respublikası İXMnin 328.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin 26 avqust 2023-cü il tarixli, EQ seriyalı, 16520206 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti təmin edilsin. X4 əməlində Azərbaycan Respublikası İXM-nin 328.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin 26 avqust 2023-cü il tarixli, EQ seriyalı, 16520206 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X12
Məhkəmə qərarları › İş №3(010)-5791/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5791/2023
15.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver