Məhkəmə qərarları › İş №3(010)-5795/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-5795/2023

04.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-5795/2023 04.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Kərimov Namiq Həsrət oğlu DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin 26 avqust 2023-cü il tarixli EQ seriyalı 16520182 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğvinə dair X1 şikayətinə baxaraq, MÜƏYYƏN ETDİM: DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin 26 avqust 2023-cü il tarixli EQ seriyalı 16520182 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X2 Azərbaycan Respublikası İXM-nin 328.3-cü maddəsi ilə təqsirli bilinərək 200 manat miqdarında cərimə edilmişdir. X2 həmin qərardan şikayət verib. Şikayətinə müvafiq prosessual müddətin bərpa olunmasına dair ərizə əlavə edilmiş, həmin ərizəyə məhkəmədə baxılaraq 04 dekabr 2023-cü il tarixli qərardadla rədd olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən «Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər». Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər». Göründüyü kimi DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin qərarının qəbul edildiyi vaxtdan 03 aydan çox vaxt keçib. Beləliklə, şikayət qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarında nəzərdə tutulan prosessual müddət buraxıldıqdan xeyli sonra verilib. Odur ki, şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, QƏRARA ALDİM: DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin 26 avqust 2023-cü il tarixli EQ seriyalı 16520182 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğvinə dair X3 şikayəti geri qaytarılsın. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar