Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-58/2021 05.01.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədliyi, Əsədzadə Aytəkin Aqil oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respblikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Əmircan qəsəbəsində, M.Musayev küçəsi, bazarda yerləşən OBA marketdən ümumi dəyəri 30 manat olan 12 ədəd “Alpen Gold” şokoladını oğurlamışdir. Məhkəmədə izahat vermiş Şəxs törətdiyi inzibati xətanı etiraf etməklə bildirmişdir ki, o, xx.xx.2021-ci il tarixdə Əmircan qəsəbəsində, M.Musayev küçəsi, bazarda yerləşən OBA marketinə getmişdir. Orada rəfin üstündə olan 12 ədəd ”Alpen Gold” şokaladını görüb və yemək istədiyi üçün götürərək cibinə qoymuşdur. Əməlindən peşman olduğunu bildirərək, həbslə bağlı olmayan tənbeh tətbiq edilməsini xahiş etdi. Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin təhqiqatçısı polis kapitanı E.İsmayılov xx.xx.2021-ci il tarixli qərarı ilə vətəndaş X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və tərtib edilmiş inzibati xəta haqqında protokolla sübuta yetir. Şəxs törətdiyi inzibati xətanı etiraf edib səmimi peşimançılıq çəkməsini məsuliyyəti yüngülləşdirən hallar kimi, eləcə də məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq, barəsində ictimai işlər inzibati tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə və Azərbaycan Respublikası İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Əhmədov X2 Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək, ona yüz altmış saat ictimai işlər inzibati tənbeh növü təyin edilsin. Qərarın icrasına nəzarət Şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Suraxanı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-58/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-58/2021
05.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver