Məhkəmə qərarları › İş №3(010)-58/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-58/2025

16.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-58/2025 16.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X21 qızının katibliyi, X3nun iştirakı ilə, X9 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X12 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X18 tərəfindən qəbul edilən xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, ƏƏSMN yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X18 tərəfindən 16 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Qərarda göstərilir ki, "xxxx" MMC-nin direktoru X12 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokola və inzibati xəta haqqında işin digər materiallarına əsasən vətəndaş X10 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək "xxxx" MMC-də (Muffin cafe) işlərin yerinə yetirilməsinə cəlb edildiyindən X12 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. X4 3000 (üç min) manat cərimə olunmuşdur. 16 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olmamışdır. Belə ki, X10 "xxxx" MMC-də (Muffin cafe) hər hansı işlərin görülməsinə cəlb edilməmişdir. O, kafedə aşpaz işləyən X5 aşpaz köməkçisi axtarmağı tapşırmış, o isə bir neçə nəfəri işə götürmək üçün çağırmışdır. Onlardan biri də X10 olmuşdur. Anar Mustafayevlə söhbət edildikdən və Anar Mustafayev işlə tanış olduqdan sonra bizi tam qane etməsə də, onu işə götürmək qərarına gəlmişlər. Bu barədə ona bildirmiş və qısa müddət sonra ona xəbər ediləcəyini və onun işə başlayacağını demişlər. Sonradan isə daha uyğun işçi tapdıqlarından Anar Mustafayevlə əmək müqaviləsi bağlamaqdan imtina etmiş və ona bu barədə bildirmişlər. Anar Mustafayev onlarla işləmək üçün rayondan gəlmiş və bir neçə vaxt Bakıda qalmışdır. Bu isə ona əlavə xərclər yaratmışdır. Görünür ki, Anar Mustafayev bu səbəblərdən narazı qaldığından əmək müfəttişliyinə şikayət etmişdir. Məhkəmədə aşpaz işləyən X7 və X10 şahid qismində dindirilərsə şikayət ərizəsində deyilənlər bir daha təsdiqini tapar. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri İXM-də nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qeyd olunmalıdır ki, İXM-in 192-ci maddəsində əmək qanunvericiliyinin pozulmasına (192.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə) görə məsuliyyət müəyyən olunmuşdur ki, həmin inzibati xəta da vəzifəli şəxs tərəfindən törədildiyi halda xətanın törədilmə yeri MMC-nin qeydiyyat ünvanın olduğu yer hesab olunmalıdır. Belə ki, inzibati tənbeh vermə haqqında qərarda əmək müqaviləsinin (kontraktı) bağlanmadığı iddia olunur ki, həmin prosedur da MMC-nin hüquqi ünvanında icra edilir. "xxxx" MMC-nin qeydiyyat ünvanı ünvan 1a iştirak edən X3 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək qeyd etdi ki, X13 Xidmətindən ona göndərilən məktubların ünvana çatmadığı bildirilmişdir. Əslində isə ünvan bəllidir. Anar Mustafayev onlarla işləmək üçün rayondan gəlmiş və bir neçə vaxt Bakıda qalmış, bu isə ona əlavə xərclər yaratdığından Anar ondan pul tələb etmiş, o da pulu vermədiyindən Anar Mustafayev X13 Xidmətinə şikayət etmişdir. X23 kafedə heç bir iş görməyib, sadəcə işin şərtləri barədə danışılıb. X13 Xidmətindən ona zəng gəlmiş, Anar Mustafayevin həmin kafedə işləyib-işləmədiyi soruşulmuş, o isə cavabında Anarın sınaq müddətində olduğunu demiş, X13 Xidmətinin vəzifəli şəxsi tərəfindən sınaq müddəti sözü yanlış başa düşülərək sözügedən qərar qəbul edilmişdir. Yəni X13 Xidməti tərəfindən heç bir araşdırılma aparılmamış, o çağırıb dindirilməmişdir. Göstərilənlərə əsasən o, xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol əsasında tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək "xxxx" MMC-də (Muffin cafe) işlərin yerinə yetirilməsinə cəlb edildiyinə görə X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 3000 manat məbləğində cərimə edilmişdir; X10 tərəfindən verilən notarial qaydada təsdiq olunan xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, ona "xxxx" MMC-də (Muffin cafe) işə götürüləcəyi bildirilərək onu rayondan Bakıya çağırmışlar və çəkəcəyi bütün xərclərin qarşılanacağını bildirmişlər. Bu səbəbdən müəyyən qədər xərc çəkərək Bakıya gəlmiş və müəyyən müddət Bakıda qalmış ancaq onu işə götürməmişlər və o, həmin müəssisədə əmək fəaliyətinə cəlb edilməmişdir. Ona görə də həmin müəssisə barəsində Əmək Müfəttişliyinə şikayətini bildirmişdir. Hazırda "xxxx" MMC-dən və onun direktoru X8 heç bir şikayəti yoxdur; Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışdan məlum olur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 26 sentyabr 2023-cü il tarixdə dövlət qeydiyyatına alınmış, VÖEN-i **********, hüquqi ünvanı AZ 1128, ünvan 2an Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli qərarla X1 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək "xxxx" MMC-də (Muffin cafe) işlərin yerinə yetirilməsinə cəlb edildiyinə görə X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 3000 manat məbləğində cərimə edilmişdir. X3 inzibati cərimənin qanunsuz yazıldığını, Anar Mustafayevin "xxxx" MMC-də (Muffin cafe) heç bir iş görmədiyini, onun işə götürülmədiyini, onunla sadəcə işin şərtləri barədə danışıldığını bildirmişdir. X2 tərəfindən verilən notarial qaydada təsdiq olunan xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, "xxxx" MMC-də (Muffin cafe) işə götürülməmişdir və o, həmin müəssisədə əmək fəaliyətinə cəlb edilməmişdir. Hazırda "xxxx" MMC-dən və onun direktoru X8 heç bir şikayəti yoxdur. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən şikayət qismən əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh haqqında X4nun İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam aydınlaşdırılmamış, qərar qəbul edilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Məhkəmə hesab edir ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-cı maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X9 şikayəti qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Məhkəmə, X9 inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair xahişinə münasibətdə isə qeyd edir ki, hazırkı halda məhkəmə araşdırması zamanı İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməsi hissəsində şikayət təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X9 şikayəti qismən təmin edilsin. X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinə qaytarılsın. Qalan hissədə şikayət təmin edilməsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar