Məhkəmə qərarları › İş №3(010)-5800/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5800/2023

04.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5800/2023 04.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakimi Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X13 qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X1, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PBnin sahə inspektoru, polis mayoru X3 iştirakları ilə, xx.xx.1994-cü ildə Özbəkistan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2n Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə 00:30 radələrində Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsində yerləşən “Atilla” hamamında nalayiq ifadələr işlədərək ictimai qaydanı pozaraq xırda xuliqanlıq inzibati xətasını törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, O, “Atilla” fitnes-spa mərkəzində administrator vəzifəsində işləyir. Osmanova Aynur həmin mərkəzdə masajçı kimi işləyir. Hadisədən əvvəl iki nəfər müştəri var idi ki, onları bir nəfər zəng edib tapşırıb “mənim qonaqlarımdır” demişdi. Axşam 12-in yarısı müştərilərdən birini mərkəzdə masajçı kimi işləyən digər xanım Jaləyə verib ki xidmət etsin. O, Aynura həmin vaxt müştəri verməmişdir. Aynurun ərizəsini polis bölməsində göstərmişlər. Aynur ərizədə qeyd edib ki, guya o, Aynuru vurmuşdur. Polislər “Atilla” fitnes-spa mərkəzində olan kamera görüntülərinə baxıb və görüblər ki, o, Aynuru vurmamışdır. Bütün işçilər də onu vurmadığına şahiddir. Mərkəzin iş qarfiki var, həmin qrafiki pozduğuna görə o, Aynura irad bildirmişdir. Müştərilər masajdan razı qalmadıqları üçün Aynur və Jalə maaşını almaq üçün resepşının önündə olanda o, “müştəri masajdan narazıdır, maaş verilmir, sabah gəlib rəhbərliklə danışarsız” demişdir. Buna görə də, resepşının önündə Aynurla mübahisə olmuşdur, daha doğrusu, Aynur onun üstünə hücum etmişdir. Sonra o aşağıya düşmüşdür. Aynur da aşağıya düşmüşdür. Aynur deyir pilləkəndə mübahisə olub amma Aynur pilləkəndə olanda o aşağıda otaqda olmuşdur, yəni ikisi eyni anda pilləkəndə olmamışdır. Aynur və o aşağıda otaqda olanda “sən xanımsan, bizim söhbətimiz alınmaz” demiş, başqa bir ifadə işlətməmişdir. Müştərilərlə də mübahisə olmuşdur. Sonra Aynur çölə çıxmış, daha sonra o da çölə çıxmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X2 izahatında bildirdi ki, o, “Atilla” fitnes-spa mərkəzində masajçı kimi işləyir. Həsən isə administratordur. Hadisədən əvvəl Həsən deyib ki, hamı getsin Jalə qalsın. Jalə digər masajçıdır. Digər administator Kənan ona bir müştəri vermişdir. Mərkəzdə müştəri ilə dava olmuşdu. Həsən receptionun önündə onun üstünə gələrək “müştəri nə istəyir etməlisən” demişdir. Onda onunla Həsən arasında dava başlamışdır. Həsən ona təpik vurmuş, pilləkəndən itələmişdir. Sonra o aşağıya düşmüş, Həsən aşağıda üstünə hücum etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin sahə inspektoru, polis mayoru X5 izahat verərək göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə 00:30 radələrində Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsində yerləşən “Atilla” hamamında nalayiq ifadələr işlədərək ictimai qaydanı pozaraq xırda xuliqanlıq inzibati xətasını törətmişdir. Faktla bağlı Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, o, “Atilla” fitnes-spa mərkəzində masajçı kimi işləyir. Dekabrın 1-i axşam saat 12-in yarısı çox ağrıyırdı. Həsən isə ona “müştəri gözləyir, ağrısan da get masaj et” demişdir. Həsən müştəridən pul alır və onlara deyir ki, “müştərini razı salın”. Aynur resepşına getmişdi ki, maaşını alsın. Bu zaman Aynurla Həsən arasında mübahisə başlamış, Həsən Aynura təpik vurmuşdur. Onları 10 nəfər ayıra bilmirdi. Kamera resepşının önünü çəkir, pilləkəni isə çəkmir. Onlar müdirlə birlikdə kamera görüntülərinə baxmışlar, Həsənin Aynura vurduğu görüntüləri rəhbərlik tərəfindən silinib. Mərkəzdə 3 administrator var, tək Həsənlə aralarında problem yaranır. Həsənin ona yönləndirdiyi müştəri içkili idi, müştərini masaj edən zaman Həsən gəlib pəncərədən baxırdı. Bu zaman müştəri otaqdan çölə çıxmış və pəncərədən kimin baxdığını soruşmuş, Həsən onun baxdığını demişdir. Bu zaman müştəriylə Həsən arasında dava olmuşdur. Həsən işçilərə qarşı pis davranır, hətta bir işçi Həsənə görə işdən çıxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, o, “Atilla” fitnes-spa mərkəzində kassir kimi işləyir. Aynur və Jalə hadisədən əvvəl maaşlarını almaq üçün resepşının önündə idilər. Bu zaman Həsən müştərinin masajdan narazı qaldığını, Jalənin maaşının verilməməsini demişdir. Aynur və Jalə müdriyyətlə danışmaq istədiklərini dedikdə Həsən onlara sabahkı gün gəlib müdriyyətlə danışmalı olduqlarını bildirmiş, buna görə də, mübahisə baş vermişdir. Aynur və Həsən bir-birlərinə səslərini yüksəltmişlər amma o, Həsənin nalayiq ifadələr işlətdiyini eşitməmişdir. O, Həsənə aşağı düşüb sakitləşməli olduğunu bildirmiş, Həsən aşağı düşmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, o, “Atilla” fitnes-spa mərkəzində administrator kimi işləyir. Hadisə vaxtı o receptionun önündə idi. Aynur və Jalə hadisədən əvvəl maaşlarını almaq üçün resepşının önündə gəlmiş, bu zaman Həsən müştərinin masajdan narazı qaldığını, Aynur və Jalənin maaşının verilməməsini, sabahkı gün gəlib müdriyyətdən maaşlarını götürməli olduqlarını bildirmişdir. Buna görə də, mübahisə baş vermişdir. Aynur və Həsən bir-birlərinə səslərini yüksəltmişlər amma o, Həsənin nalayiq ifadələr işlətdiyini, Aynuru vurduğunu görməmişdir. Həsən aşağı düşdükdən sonra o Aynurla birlikdə aşağı düşmüş, Həsən və Aynur otaqda söhbət etmişlər. Onlar otaqda olanda o və Jalə otağın qapısının yanıda olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirdi ki, o, “Atilla” fitnes-spa mərkəzində ofisiant kimi işləyir. Hadisə vaxtı o aşağıda olub. Yuxarıda baş verən hadisəni görməyib. Aynur və Həsən aşağıda otaqda söhbət edəndə onlar otağın yanında olublar ki, mübahisə baş verməsin. O, Həsənin nalayiq ifadələr işlətdiyini, Aynuru vurduğunu görməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İnzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə 00:30 radələrində Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsində yerləşən “Atilla” hamamında nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Şəxs polis bölməsində verdiyi yazılı izahatından görünür ki, o, törədilməsi ona istinad olunan inzibati xətanı etiraf etməmişdir. İş materiallarına bir ədəd disk əlavə edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, materialı araşdıraraq hesab edir ki, Şəxs AR İXMnin 510-cu maddəsi ilə təqsirliliyi sübuta yetirimədiyindən həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə iş materiallarını tam və hərtərəfli tədqiq edərək belə qənaətə gəlir ki, iş materiallarında olan sənədlərlə Şəxs tərəfindən ictimai qaydanı pozması öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş və inzibati xəta haqqında protokolun tərtib olunmasına əsas olmuş raportda ümumi ifadələrə istinad olunmuş, şəxsin ictimai qaydanı pozmasının nədə ifadə olunması göstərilməmiş və raportda göstərilən halları təsdiq edən heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Məhkəmə iclasında hadisə yerinin videogörüntüsünə baxılmış, həmin görüntüdə ictimai qaydanı pozan hərəkətlər müəyyən olunmamışdır. Bununla yanaşı, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan Şəxs özünü AR İXM-nin 510-cu maddəsi ilə təqsirli bilməmiş, inzibati xəta haqqında protokolu tərtib etmiş və məhkəmə iclasında iştirak edən N.İsmayılov isə öz izahatında AR İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dəlalət edən heç bir hala istinad edə bilməmişdir. Bundan əlavə AR İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın olubolmamasını, inzibati xəta törətmiş şəxsin təqsirini sübut edən mötəbər sübutlar materiala əlavə edilməmiş, işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları məhkəmə iclasında da müəyyən etmək mümkün olmamışdır. Belə ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı pozan hərəkətlər dedikdə isə ictimai və ya şəxsi mənafelərə zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Konstitusiya Məhkəməsinin mövqeyini rəhbər tutan məhkəmə qeyd edir ki, hazırda məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol sübutedici qüvvəsi olmayan ittiham yönümlü sənəd olduğundan həmin protokolda göstərilən hallar şahid ifadələri, hadisənin videogörüntüləri və digər zəruri sübutlarla təsdiq olunmalıdır. Şərh olunan hallara əsaslanaraq məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 510-cu maddəsi ilə təqsirli olması AR İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş və onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunvericiliyin imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, Şəxs tərəfindən AR İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən sübutlar iş materiallarında olmamaqla yanaşı, məhkəmə baxışı zamanı da müəyyən edilmədiyindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 43- 48, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar