Məhkəmə qərarları › İş №3(010)-5801/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5801/2023

04.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5801/2023 04.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Kərimov Namiq Həsrət oğlunun sədrliyi Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin sahə rəisi X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X2 iştirakı ilə, xx xxxxxx 1988-ci ildə Ermənistan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, 04 dekabr 2023-cü ildə inzibati qaydada tutulmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 04 dekabr 2023-cü ildə saat 10:00 radələrində polis əməkdaşının qanuni tələblərinə tabe olmamış və eləcə də, xırda xuliqanlıq etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin sahə rəisi X7 tərtib etdiyi MN seriyalı ******* nömrəli 04 dekabr 2023-cü il tarixli protokolu müdafiə edərək bildirmişdir ki, 28 dekabr 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 285 nömrəli tam orta məktəbdən icraatına material daxil olmuşdur. Həmin materialın icrası ilə bağlı Şəxs izahatı alınması üçün 02 dekabr 2023-cü il tarixdə ona məxsus olan mobil nömrə ilə telefon əlaqəsi saxlanılaraq dəvət edilmişdir. Şəxs polis bölməsinə gəlsə də heç bir səbəb və əsas göstərmədən izahat verməkdən imtina edərək 33-cü polis bölməsini tərk edib çıxıb getmişdir. 03 dekabr 2023-ci il tarixdə saat 13:21 radələrində Şəxs ona məxsus olan nömrəsinə gizli nömrə ilə və sonradan başqa mobil nömrələrlə zəng vuraraq ona hədəqorxu gələrək, telefonda söyərək təhqir etmişdir. 04 dekabr 2023-cü il tarixdə saat 09:45 radələrində Şəxs izahatını almaq üçün onun yaşadığı ünvanın yaxınlığına getmiş, onunla telefon əlaqəsi saxlamış, Şəxs Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Daş bazarının yanına onu çağırmışdır. O, da ərazidə xidmət aparan 2475 saylı avtopatrul maşını ilə göstərilən ünvana getmişdir. Həmin ünvanda Şəxs əlində lapatka və bıçaqla küçədə onlara hədə-qorxu gələrək polis əməkdaşlarının ünvanına söyüşlər söymüşdür. Onlar Şəxs sakitləşdirmək istəsələr də, onların qanuni tələblərlərinə tabe olmayaraq həmin ünvandan qaçaraq yaşadığı ünvana getmişdir. Bundan sonra bu barədə 33-cü polis bölməsinə məlumat vermiş, bölmədən hadisə yerinə əməliyyat qrupu gəldikdən sonra Şəxs yaşadığı ünvana getmişlər. Şəxs yaşadığı evin qarşısında əlində olan dəmir çəkiclə onlara hücum çəkərək polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Şəxs qanuna dəvət etsələr də, onların qanuni tələblərinə tabe olmadığına görə Şəxs qarşı xüsusi vasitə olan göz yaşardıcı qzadan istifadə olunmuşdur. Bu xəbərdarlıqdan sonra havaya xəbərdarlıq atəşi açılmış və Şəxs saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə gətirilmişdir. Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli bilərək əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X1 Samir Əsəd oğlunun əməlindən peşman olmasını nəzərə alaraq yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs həmin inzibati xətanı törətməsi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü polis bölməsinin vəzifəli şəxsi tərəfindən tərtib olunmuş 04 dekabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolu ilə, iş materiallarına əlavə edilmiş kompakt disklə, Şəxs iş materiallarında olan izahatı, məhkəmə iclasında verdiyi ifadəsi ilə tam sübuta yetirildiyindən, o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əmlak vəziyyətini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Şəxs barəsində təqsirləndirildiyi daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-13, 31,32,40,48-50-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbsdə saxlanılması müddətinin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni 04 dekabr 2023-cü il saat 10:30-dan hesablansın. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar