Məhkəmə qərarları › İş №3(010)-5803/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5803/2023

04.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5803/2023 04.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsinin sahə rəisi X6, zərərçəkmiş şəxs X1 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxx 1964-cü ildə Gürcüstan Respublikası Bolnisi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsi tərəfindən təqdim olunmuş 04 dekabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən, o cümlədən Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin təhqiqatçısı, polis mayoru Məmməd Əliyevin «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 03 noyabr 2023-cü il tarixli qərarından görünür ki, vətəndaş X1 25 oktyabr 2023-cü il tarixdə saat təxminən 10:00 radələrində yaşadığı evdə yatdığı zaman qaynanası Rəhimənin onu yuxudan oyatdığını, onunla mübahisə etməyə başladığını, daha sonra əri Şəxs əlində olan taxta ilə baş nahiyyəsindən vurduğu barədə müraciəti 25 oktyabr 2023-cü ildə Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsinə daxil olmuş və “cinayətlər haqqında ərizələr və məlumatların uçotu” kitabında 1137 sayı ilə qeydiyyata alınmışdır. Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək əməlindən peşman olduğunu bildirmişdir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X3 bildirmişdir ki, o, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. 25 oktyabr 2023-cü ildə saat təxminən 10:00 radələrində yaşadığı evdə olan zaman yatmışdır. Bu zaman qaynanası X4 onu yuxudan oyatmış və uşaqlarını evə buraxmadığı üçün aralarında mübahisə düşmüşdür. Axşam əri Şəxs evə qayıdarkən onunla mübahisə edərək əlində olan taxta ilə başına vurmuşdur. Göstərilənlərə əsasən Şəxs qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı yuxarıda qeyd olunan ifadələrlə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. 25 oktyabr 2023-cü il tarixli 973 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, X2başın təpə nahiyəsinin qançırı, sağ əlin arxa səthinin sıyrığı müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2023-cü il tarixdə və şəraitdə törənə bilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəli təyin edilmir. Xəsarətin xarakterinə və lokalizasiyasına görə özü tərəfindən özünə yetirilməsi nəticəsində, eləcə də yıxılma zamanı alınması inkar olunur”. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin maddə ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən « Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, münaqişənin ailə-məişət mübahisəsi zəminində baş verməsi iş üzrə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar