Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5806/2023 20.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, X1 iştirakı ilə, X1 Bakı şəhəri Suraxanı Rayon Dövlət X16 inzibati xəta haqqında İXP ******* saylı, xx.xx.2023-cü il tarixli protokoldan verdiyi şikayətə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X15 həmin şikayət ilə məhkəməyə müraciət edərək bildirir ki, Suraxanı rayon DYPŞ YNH inspektoru polis kapitanı X5 inzibati xəta haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli protokolunun ləğv edilməsi haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmədə X12 Ağa oğlu şikayətini müdafiə etdi və izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində etibarnamə əsasında idarə etdiyi “Toyota Prius (hibrid)” minik markalı, BB184046 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, H.Əliyev prospekti ilə Hava Limanı istiqamətində hərəkətdə olarkən avtomobildən səs gəldiyini eşitmiş və onun nasaz olduğunu düşünərək yolun soluna avtomobili çəkərək dayanmışdır. Avtomobildə hər şeyin qaydasında olduğuna əmin olduqdan sonra qəza işıqlarını yandırmış, avtomobili yerindən tərpətməyə çalışanda arxadan “Mersedes Benz” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi avtomobilə çırpılmış və onun idarə etdiyi avtomobil dövrə vuraraq “Hyundai İ30” markalı, 77-AR- 538 dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmışdır. Hadisə nəticəsində “Mersedes Benz” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan 3 nəfər şəxs yüngül dərəcəli xəsarət almışdır. Hadisə yerinə gələn polis əməkdaşları hadisənin təfərrüatlarını araşdırmadan inzibati məsuliyyəti onun üzərinə qoymuşlar. Halbuki, dəfələrlə tələb etməyinə baxmayaraq hadisənin videogörüntüləri ona təqdim olunmamış, araşdırılmamış, onun hadisə barədə izahatı, etirazı nəzərə alınmamışdır. Barəsində 13 noyabr 2023-cü il tarixli inzibati protokol tərtib olunaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat cərimə olunmuşdur. Odur ki, Suraxanı rayon DYPŞ YNH inspektoru polis kapitanı X5 inzibati xəta haqqında ******* nömrəli, xx.xx.2023cü il tarixli protokolunun ləğv edilməsi haqqında qərar qəbul edilməsi xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib hesab edir ki, şikayətin qismən təmin olunması üçün əsaslıdır. İş materiallarına əlavə edilmiş: Bakı şəhəri Suraxanı Rayon Dövlət X16 13 noyabr 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən X15 Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati protokol tərtib edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 21 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, , vətəndaş X15 xx.xx.2023-cü il tarixdə idarə etdiyi Toyota Prius markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, H.Əliyev prospekti ilə saatda 90 km surətlə ikinci zolaqda hərəkətdə olan zamanı avtomobildə yaranmış texniki nasazlıq səbəbindən avtomobilin surətini saatda 40-50 km surətə endirərək avtomobili hərəkətdə olduğu yolun birinci zolağına doğru hərəkət etdirərək avtomobili dayandırmış, təxminən 7-8 saniyə sonra avtomobili dördüncü zolağa doğru hərəkət etdirmək üçün avtomobili ikinci zolağa doğru hərəkət etdirən zamanı ikinci zolaqda hərəkətdə olan “Mersedes Benz” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobilin gəlməsini görməmiş və nəticədə “Mersedes Benz” markalı avtomobilin qarşısına qəfil çıxdığı üçün Mersedes Benz markalı avtomobil sol ön hissəsinə çırpılmış və Toyota Prius markalı avtomobil dövrə vuraraq birinci zolaqda hərəkətdə olan “Hundaı İ30” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılması müəyyən edilmiş, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Mersedes Benz markalı avtomobildə olan üç nəfər şəxsin Yüngül dərəcəli xəsarət alması müəyyən edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd olunması, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, material üzrə qəbul edilmiş qərarın surəti X15 Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün Suraxanı RPİ-nin DYPŞ-nə göndərilməsi, qərann sürəti iş üzrə maraqlı tərəflərə göndərilməsi, qərann sürəti prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokurorluğuna göndərilməsi, toplanmış material qanunla nəzərdə tutulan müddətdə saxlanılması üçün Suraxanı RPİ-nin arxivinə verilməsi qərara alınmışdır. X11 izahatı zamanı xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində idarə etdiyi ağ rəngli “Hundai İ30” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri,Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, H.Əliyev prospekti ilə saatda 90 kmsürətlə birinci zolaqda hərəkətdə olan zamanı qaysısında ikinci zolaqda hərəkətdə “Toyota Prius”markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobif qəfil avtomobilin surətini 10-20 km surətəndirərək avtomobili birinci zolağa doğru hərəkət etdirməsini və bu zamanı Elşən Nəzərov idarəetdiyi avtomobilin surətini aşağı salmasını və Toyota Prius markalı avtomobilə yaxın məsafə qalmış Toyota Prius markalı avtomobilin sürücüsü avtomobili qəfil ikinci zolağa doğru idarə edən zamanı ikinci zolaqda hərəkətdə olan Mersedes markalı avtomobilin sol ön təkər hissəsinə çırpılmasını və sonra Toyota Prius markalı avtomobil Elşən Nəzərova məxsus avtomobilin sol hissəsinə çırpılmasını, baş vermiş yol nəqliyyat hadisəsi zamanı Elşən Nəzərov xəsarət almamasını bildirmişdir. MTE və PAB-nin Publik Hüquqi şəxsin Suraxanı rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 929 saylı ekspert rəyində X7 alt dodağın əzilmiş-cırılmış yarası, sol almacıq nahiyəsinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində sərnişini olduğu avtomobjlin digər avtomobillə toqquşması nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “Yüngül” zərəvurmaya aid edilən xəsarətlər alması ekspert rəyində öz təsdiqini tapmışdır. MTE və PAB-nin Publik Hüquqi şəxsin Suraxanı rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 913 saylı ekspert rəyində X4 başın alın nahiyəsinin əzilməsi yarası, sol bazu oynağı nahiyəsinin, sağ bazunun və döş qəfəsinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində sərnişini olduğu avtomobilin digər avtomobillə toqquşması nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “Yüngül” zərəvurmaya aid edilən xəsarətlər alması ekspert rəyində öz təsdiqini tapmışdır. MTE və PAB-nin Publik Hüquqi şəxsin Suraxanı rayon şöbəsinin xx.xx.2023-cü İİ tarixli, 912 saylı ekspert rəyində X3 qaş qövsü nahiyəsinin əzilmiş- cırılmış yarası, so! diz oynağı nahiyəsinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində sərnişini olduğu avtomobilin digər avtomobillə toqquşması nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa "Yüngül” zərəvurmaya aid edilən xəsarətlər alması ekspert rəyində öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə görə bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Göründüyü kimi, toplanmış material üzrə tam, obyektiv və hərtərəfli yoxlama aparılmamış, iş üzrə düzgün hüquqi nəticəyə gəlinməsini təmin edəcək işin faktiki halları araşdırılmamışdır. Belə ki, şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə protokol çıxarılmışdır. Şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş protokol əsasında, səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini, törədildiyi təqdirdə təqsirin mövcud olubolmadığıı müəyyən etmək üçün əlavə sübut toplamadan, o cümlədən videogörüntülər, fotoşəkillər əlavə edilmədən, həmin protokolla kifayətlənib, inzibati tənbeh qərarı çıxarmışdır. Şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X9 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-nin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXM- nin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. İnzibati xətalar məcəlləsinin məqsədi inzibati xəta hadisələrinin qarşısının alınması və şəxsləri inzibati xəta törətməkdən çəkindirmək məqsədi daşıyır. Məhkəmə hesab edir ki, səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Həmin protokoldakı əməlin şəxs tərəfindən törədilməsini təsdiq edən İXM-nin 76-cı maddəsində sadalanmış digər sübut növləri mövcud olmalıdır. Lakin iş üzrə məhkəməyə belə bir sübut səlahiyyətli orqan tərəfindən təqdim edilməmişdir. Çünki məhkəmə hazırkı işə baxılması ilə əlaqədar şəxsin təqsirini müəyyən edən sübutları qərar qəbul etmiş səlahiyyətli orqandan tələb etmiş, lakin məhkəməyə əlavə hər hansı bir sübut təqdim edilməmişdir. Ona görə də əməlin mövcudluğu ilə razılaşmadığı şəraitdə tərtib edilmiş mübahisəli protokol əsasında, digər hər hansı bir sübut olmadığı şəraitdə şəxsin inzibati xəta törətməsində aradan qaldırılmamış şübhələr mövcud olmaqdadır. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Çünki İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Məhkəmə həmçinin hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Dövlət X16 inzibati xəta haqqında İXP ******* saylı, xx.xx.2023-cü il tarixli protokol qəbul edilsə belə, həmin inzibati xətaya dair foto və yaxud video materiallar əlavə edilməmişdir. Həmin uyğunsuzluqların və X15 tərəfindən inzibati xətanın törədilibtörədilməməsinə, təqsirinin olmasına dair şübhələrin aradan qaldırılmasının təmin olunması məqsədi ilə həmin inzibati materialın Bakı şəhəri Suraxanı Rayon Dövlət X19 əlavə araşdırılması zəruridir. Hazırkı vəziyyətdə X10 hərəkətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi mövcud deyildir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması müəyyən edilərsə iş üzrə qərarın ləğv edilməsi haqqında qərar qəbul edir. Bunlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Dövlət Yol Polis X2 Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinməsinə dair İXP ******* saylı, xx.xx.2023-cü il tarixli protokol ləğv edilməli və əlavə araşdırılma aparılması üçün Bakı şəhəri Suraxanı Rayon Dövlət X20 göndərilməklə, şikayət qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 8, 40, 43, 49-51, 53.0.2, 69,114,128-131 və 333.1-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ Şikayət qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Dövlət Yol Polis X2 Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinməsinə dair İXP ******* saylı, xx.xx.2023-cü il tarixli protokol ləğv edilməli və əlavə araşdırılma aparılması üçün Bakı şəhəri Suraxanı Rayon Dövlət X20 göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-5806/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5806/2023
20.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver