Məhkəmə qərarları › İş №3(010)-5810/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5810/2025

25.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5810/2025 25.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Vəkil iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə Azərbaycan Respublikası ƏƏSMN yanında X5 Xidmətinin Bakı şəhər idarəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli protokol baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, X3 müraciəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Şəxs ünvanına xx.xx.2025-ci il tarixli, 3-17-5/2-93014/2025 nömrəli məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində DƏMX-nin Bakı şəhər idarəsinə tam, düzgün və vaxtında təqdim olunması tələb olunmuş, lakin şirkəti tərəfindən tələb olunan sənədlər araşdırmaya təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası ƏƏSMN yanında X5 Xidmətinin nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, vətəndaşın müraciəti ilə əlaqədar olaraq sözügedən Şəxs MMC-yə Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən müvafiq sorğu göndərilməsinə baxmayaraq, şikayətçinin əmək fəaliyyəti ilə bağlı hər hansı sənəd təqdim edilmədiyi üçün protokol tərtib edilib Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. "xxxx" sürətli poçt vasitəsi ilə sorğu göndərilmiş, buna dair sənəd materiallara əlavə edilmişdir. Həmçinin, Apellyasiya Məhkəməsini belə bir mövqeyi var ki, ƏƏSMN-nin avtomatlaşdırılmış elektron vasitələri ilə göndərilmiş sənədlər birbaşa olaraq elektron sistem vasitəsi ilə göndərilməsi öz təsdiqini tapır. Bu sorğu məktubu inzibati xəta haqqında icraatın müddəalarına şamil olunmur, yəni İXM-Nin 57-ci maddəsi ilə həll olunmur, inzibati icraat haqqında qanunla tənzimlənir. Bu da öz təsdiqini 62-ci maddənin 2-ci hissəsində tapır. Orada qeyd olunub ki, əgər 5 gün ərzində poçt vasitəsi ilə göndərilibsə çatmış hesab edilir, elektron qaydada göndərilibsə, 3 gün ərzində çatmış hesab olunur. Apellyasiya Məhkəməsinin qərarını məlumat üçün təqdim etdi. Bütün məsələ inzibati icraat haqqında qanunla tənzimlənir, inzibati xəta icraatı deyil. Protokolun təmin edilməsini xahiş etdi. Barəsində inzibati xəta üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Vəkil elektron məhkəmə sistemi vasitəsilə etirazla müraciət edərək, Şəxs (VÖEN **********) barəsində AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin tərtib etdiyi inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokola 3(010)-5810/2025 saylı işlə əlaqədar öz mövqeni bildirərək,ilk növbədə onu bildirək ki, Şəxs Respublikada iri vergi ödəyicisi olmaqla fəaliyyətini Azərbaycan Qanunvericiliyinin tələbləri çərçivəsində qurmuş hüquqi şəxsdir və yanacaq məhsullarının satışı işi ilə məşğuldur. Cəmiyyət Azərbaycan yanacaq satışı bazarında özünə xüsusi yer əldə edə bilmiş, yüksək xidmət göstərilməsi istiqamətində müəyyən imicə malik olmaqla çoxsaylı müştəri kontinqenti yaratmışdır. Müəssisədə yüzlərlə işçi çalışır və özünə məxsus müasir tipli yanacaq doldurma stansiyaları quraşdırılmışdır. Şəxs ilə işçi (operatorxəzinədar) X6 ilə aramızda xx.xx.2022-ci il tarixli əmək müqaviləsi mövcud olmuş və onun xəstəliyi ilə əlaqədar xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək müddət ərzində müqalicədə olduğundan əmək fəaliyyətinə fasilə verilmiş və X7 XV002WR0 saylı və XV00033C5 saylı Sığortaolunanın xəstəlik vərəqəsinə əsaəsnh ona bülleten pulu hesablanmışdır. Mövcud qaydalara görə əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı vətəndaşın 12 günlük işdə olma müddəti üzrə ona hesablanmalı vəsaitin 7 iş günlük məbləği müəssisə tərəfindən, qalan beş günlük işdə olma vəsaiti isə DSMF tərəfindən ödənilməlidir. Şirkətin mühasibatlığı işçinin 7 günlük iş günü üzrə ödənməli olan pul vəsaitini xx.xx.2025-ci il tarixdə xəstəlik vərəqəsi təqdim olunan kimi hesablayaraq ödəniş etmişdir. Bu isə öz növbəsində o deməkdir ki, işçinin təminat proseduru və bunun rəsmiləşdirilmə mexanizmi qanun pozuntusu olmadan həyata keçrilmişdir. 5 iş günlük ödəniş pulu isə DSMF tərəfindən hesablanaraq ödənməsi yubandığından vətəndaş AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin şirkətin məsləhəti ilə müraciət etmiş və gecikmənin səbəbini öyrənmək istəmişdir. Hazırkı protokolu tərtib edən təşkilat isə müraciətin məğzinin əksinə olaraq işə götürəni məsuliyyətə cəlb etmək məqsədli davranmaqla tələm tələsik protokol tərtib edərək qanunu pozmuş və əsassız məsuliyyətlilik səhnəsi formalaşdırmışdır. Ona görə də, cəmiyyətin mövqeyində hər hansı qanun pozuntusuna və yaxud inzibati xəta tərkibli davranışa əsas və buna ciddi lüzum olmamalıdır. Protokolu tərtib etmiş təşkilatın tərtib etdiyi protokola gəldikdə isə Bakı şəhər İdarəsinin səlahiyyətliləri cəmiyyətin binasına gəlmədən, rəsmi görüşmə aparmadan, yalnız birtərəfli qaydada rəmiləşmə etməklə hüquq şəxsin özünün barəsində də protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişlər. Ünvanına heç bir bildiriş daxil olmamış və icraatdan xəbərsiz olmuşuq. Yalnız xx.xx.2025-ci il tarixdə poçt vasitəsilə daxil olmuş məktubu aldıqdan sonra dərhal şirkətdən rəsmi müraciət olunmuş və sənədlər orqana çatdırılmışdır. Lakin AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsininin səlahiyyətliləri buna əhəmiyyət verməyərək tərtib olunmuş protokolu məhkəməyə göndərmişlər. Halbu ki, müəssisənin yerləşdiyi ərazi üzrə internetin olmadığı dövrlərdə elektron poçt vasitəsi ilə göndərildiyi qeyd olunan bildiriş barədə şirkət məlumatlı olmamış və poçt vasitəsilə daxil olan məktuba dərhal reaksiya verilsə də, nəticədə təşkilatın mənfi mövqeyi ilə rastlaşılmışdır. AR İXM-nin 539.3-cü maddəsinə əsasən Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam. düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. İşin əhəmiyyətli hallarından müəyyən olunur ki, belə bir materialların istənilməsindən xəbərdar olmamışıq və ünvanımıza poçt bildirişi daxil olmamışdır. İşçiyə ödənilməli olan vəsaitin müəyyən hissəsi icra olunsa da, fondun icrası yubandığı üçün işçi müraciət etmiş və Şirkətdən şikayətçi olmamışdır. Halbu ki, şirkətin belə bir qəsdi olmamış və işçi rəsmən şirkətdən şikayətçi deyildir. Barəsində tərtib olunmuş protokol tərtib olunarkən təqdim olunmuş sənədlər dəqiq və düzgün araşdırılmamışdır. Protokol iştirakları olmadan tərtib edilmiş və bu barədə çağırış edilməmişdir. Belə olan halda işin həqiqi tərəfləri inspektor tərəfindən düzgün dəyərləndirilməyərək inzibati xəta üzrə tənbeh verilməsi ilə nəticələnən prosedur formalaşdırılmışdır ki, həmin protokol tərəfimizdən mübahisələndirilir. Halbuki, AR İXM-nin 2, 6, 9-cu maddələrin məzmununda qeyd olunur ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarının və azadlıqlarının, onların sağlamlığını, əhalinin sanitariya-epidenıioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Hüquqi şəxsin heç bir qəsdi olmamışdır. İnzibati xəta törətmək üçün buna meyilli şəxs deyildir. Bu günədək heç bir xətası qeydə alınmamışdır. İş materiallarından da müəyyən olunur ki, müraciət məktubunun göndərilməsi xx.xx.2025-ci il tarix kimi rəsmiləşdirilmişdir və güya həmin tarixdə elektron vasitələrlə göndərilmişdir. Lakin şirkət barəsində tərtib olunmuş AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin tərtib etdiyi inzibati xəta haqqnda xx.xx.2025ci il tarixli, MN ******* saylı protokolda qeyd olunur ki. 3-17-5 2-93014/2025 saylı 13.10. 2025-ci il tarixli sorğu məktubuna uyğun sənədlər şirkət tərəfindən təqdım olunmadığından xx.xx.2025-ci tarixdə barəsində protokol tərtib olunmuşdur. Belə olan halda əməldə inzibati xəta tərkibi mövcud olmamışdır. Belə ki, əgər məktubun göndərilməsini ayın xx.xx.2025-ci il tarixdən hesablanmalı olsa, xidmət tərəfindən müəyyən olunan yeddi günlük müddət keçməmiş hesab olunur və protokol düzgün tərtib edilməmişdir. Beləliklə də, şirkətin hüquqları kobud surətdə pozularaq, əsassız yerə inzibati məsuliyyətə cəlb olunma barədə rəsmiləşmə edilmişdir. Ona görə də xx.xx.2025-ci il tarixli, MN ******* saylı saylı protokola baxılaraq inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi Vəkil çıxış edərək bildirmişdir ki, şikayətçi Səmədov Musa 24 günlük bülletendə olub, bülletendən qayıtdıqda isə öz hesabına müalicə üçün çıxıb. 24 gün 12 iş günü, yəni 12 növbə edir. Bu 12 iş gününün pulunu Şəxs MMC, 5 gününün pulunu isə dövlət ödəyir. Şəxs MMC öz öhdəliyinə düşən 7 günün ödənişini edib, vətəndaş da 5 gün ödənilməmiş məbləğə görə şikayət edərək bülleten pulunun köçmədiyi bildirib. Əmək Müfəttişliyi də onların şirkətinə sorğu verərək nə məsələ olduğunu soruşub. Əmək Müfəttişliyinin sistemində görünür ki, şəxsə 7 günlük növbənin pulu Şəxs MMC tərəfindən ödənilib. Müfəttişlik elektron sistem ilə məktub göndərdiyini deyib kənara çəkilir, ancaq onlar sorğunu elektron göndərib, protokolu isə poçt vasitəsi ilə göndərib. 30-u günü məktubu almışlar, ayın 1-i sənədləri təqdim etməyə gedəndə artıq gec olduğunu demişlər. Protokol 19 noyabr tərtib olunub, onları çağırmamışlar və gəlmədiklərini bildirmişlər. Sonradan protokolun surətini məktubla birlikdə göndəriblər, onlar da sənədləri apardıqda gec olduğunu deyib qəbul etməyib. Onları inzibati xəta ilə cərimələmək fikirləri varsa, ədalətli qərar qəbul etmək üçün sənədləri qəbul etməlidirlər. Bununla bağlı araşdırmışdır ki, elektron formada da Şirkəti cavab verib ki, “sizin müraciət etdiyiniz dövrlərdə komputerdə internet bağlantısı olmadığı üçün göndərilmiş elektron sorğu gəlməyib”. Ancaq məktub ilə göndərildikdə Şirkətinin nümayəndələri dərhal getmişdir. Şəxs vətəndaşın pulunu hesablayıb, qeyd edilən tarixdən əvvəl ödəniş edilib. Sadəcə bülletenə çıxdıqda həkimin işdən azad olma barədə verdiyi sənəd yarıbayarı – müəssisə və dövlət tərəfindən ödənilir. Şəxs ödənişi edib, müraciət etmiş şəxs özü də bildirib ki, Şirkətilə bağlı şikayəti yoxdur, onun problemi dövlətin vermədiyi pula görədir. Onlar ilk dəfə poçtla göndərmirlər, sonradan isə poçtla göndərirlər, artıq məlumatı elektron göndərdiklərini əsas götürərək Şirkəti cərimə edirlər. Əmək Müfəttişliyi yoxlanışa gedə bilmədiyi üçün vətəndaşdan müraciət aldıqları an cərimə edirlər, araşdırma aparmırlar. Ünvana məktub göndərilən kimi nümayəndələr getmişdir. Hazırda vətəndaş ilə heç bir mübahisələri yoxdur, şəxs bülletenə çıxıb, sonra məzuniyyətə çıxıb. Onun bülletendə olduğu pulu da vaxtından əvvəl ödəmişlər. Şəxs 12 gün işləyib, həmin 12 günün 7 gününü vaxtından əvvəl Şirkəti ödəmişdir, qalan 5 günü isə dövlət ödəniş etməlidir. Vətəndaş da ödəniş olmadığı üçün müraciət edib. Ssözügedən protokolda sorğu məktubunun nömrəsi, tarixi göstərilməlidir, vətəndaşın müraciəti ilə bağlı məktubdur, ancaq müfəttiş bu məktubun çıxış nömrəsi və tarixini qeyd etməmişdir, həmin məktubu, məktubun göndərilməsinə dair reyestri təqdim etdi. Elektron məktubun tarixi 10 oktyabrdır, protokolda isə 13 oktyabrdır. Bunlar eyni məsələ ilə bağlıdır. Sistemə tez yerləşdirilib, ancaq eyni məsələdir. Bu məktubu başqa müfəttiş tərtib edib göndərib, sonra isə işdən çıxıb, bu iş başqa müfəttişin icraatına keçib. Şəxs-dən ora heç bir nümayəndə getməmiş, imtina edilmişdir. İXM-nin 539-cu maddəsinə əsasən ilk xəbərdarlıq məktubu göndərilir, əgər nəsə edilmirsə, bu zaman icra edilir. İcraata sənədlər təqdim edilmədiyi vaxt başlanılır. Həmin vaxt internet 1 ay olmamış, sorğu verilmiş, cavab yubanmışdır. Müəssisənin direktoru ayın son günü məktubu almış, növbəti ayın 1-i getmişdir, onu başa düşüb yola vermək olardı. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati xəta haqqında MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, X1 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2ci hissəsinə əsasən Şəxs xx.xx.2025-ci il tarixli, 3-17-5/2-93014/2025 nömrəli məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində DƏMX-nin BŞİ-nə tam, düzgün və vaxtında təqdim olunması tələb olunmuş, lakin məktubun çatdırılmasına baxmayaraq ŞİRKƏTİ-dən tələb olunan sənədlər xx.xx.2025-ci il tarixədək təqdim edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən Şəxsnə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-5/2-93014/2025 nömrəli məktubun məzmunundan görünür ki, X3 əmək hüquqlarının pozulması və əmək qabiliyyətini müvəqqəti itirməsi ilə bağlı müavinətinin ödənilməməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinə daxil olmuş müraciətinə tərəfimizdən baxılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən Şəxsnə elektron sistem “ASİS” elektron sistemi vasitəsilə tərəfindən Şəxsnə ünvanlanmış X3 əmək hüquqlarının pozulması və əmək qabiliyyətini müvəqqəti itirməsi ilə bağlı müavinətinin ödənilməməsi barədə sorğunun göndərildiyi sənədin tarixi xx.xx.2025-ci ildir. X1 xx.xx.2025-ci il tarixli 3-17-5/1-S-62011/2025 nömrəli müraciət əsasında Şəxsnə xx.xx.2025-ci il tarixli, 3-17-5/2-93014/2025 nömrəli məktub ilə lazımi sənədlərin 7 iş günü ərzində X5 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməsi tələb edilmiş və məktubun qeydiyyat tarixi xx.xx.2025-ci il, qeydiyyat nömrəsi isə 93014/2025-dir. X2 tərəfindən demx.gov.az saytının əlaqə nömrəsinə göndərilmiş sms məzmununda vətəndaş qeyd etmişdir ki: “Mən, X6 Şəxsndə işləyirəm, əvvəl göndərdiyim müraciəti şikayət kimi yox, sorğu kimi yazmışam, sentyabr ayında bülleten pulunu almışam, Şəxsndən və DSMF-dən ödənişləri almışam, heç bir şikayətim yoxdur”. Şəxs haqq-hesab cədvəlinin statusundan görünür ki, xx.xx.2025-ci il tarixdə təsdiq edilmiş və xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 14 təqvim gününə düşən 2 iş günü ərzində əmək qabiliyyətinin itirilməsinə görə 32,86 manat, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tarixədək 14 təqvim gününə düşən 5 iş günü ərzində əmək qabiliyyətinin itirilməsinə görə 82,14 manat ödənilmişdir Paşa Bank tərəfindən verilmiş əmək haqqı üzrə çıxarışdan görünür ki, X4 xəstəliyə görə 115 manat, komissiya 0,92 manat, ümumilikdə 115,92 manat ödənilmişdir. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1- 1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” AR Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarında qeyd olunur ki, “Lakin o da nəzərə alınmalıdır ki, İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsi imperativ norma kimi ifadə edilməmişdir. Bu baxımdan, vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır (İnzibati Xətalar Məcəlləsinin 31.2 və 31.3-cü maddələri). Həmçinin, həmin Məcəllənin 75-ci maddəsinə müvafiq olaraq, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi; inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir (Məcəllənin 84.1-ci maddəsi). Bu baxımdan, məhkəmələr inzibati xəta haqqında işin mühüm əhəmiyyət kəsb edən bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla müvafiq xətaya görə həm hüquqi, həm də vəzifəli şəxsin inzibati tənbeh edilməsinin məqsədəmüvafiqliyi məsələsini inzibati xətalar qanunvericiliyinin vəzifələri və prinsipləri, həmçinin inzibati tənbehin məqsədləri baxımından həll etməlidir. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hüquqi şəxslərin inzibati xətaya görə məsuliyyətə cəlb edilib-edilməməsi məsələsinin həlli zamanı məhkəmələr tərəfindən hüquqi şəxsin baş vermiş inzibati xətanın qarşısının alınması üçün imkanlarının olub-olmaması, onun tərəfindən nəzarətin lazımi qaydada həyata keçirilibkeçirilməməsi müəyyən edilməlidir. Əks yanaşma hüquqi şəxslərə münasibətdə obyektiv təqsirləndirmə halı yaratmış olar.” Məhkəmə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətindən daxil olmuş MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli protokolu və iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməmişdir. Barəsində inzibati xəta üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Vəkil bildirir ki, Bakı şəhər İdarəsinin səlahiyyətliləri cəmiyyətin binasına gəlmədən, rəsmi görüşmə aparmadan, yalnız birtərəfli qaydada rəmiləşmə etməklə hüquq şəxsin özünün barəsində də protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişlər. Ünvanına heç bir bildiriş daxil olmamış və icraatdan xəbərsiz olmuşuq. Yalnız xx.xx.2025-ci il tarixdə poçt vasitəsilə daxil olmuş məktubu aldıqdan sonra dərhal şirkətdən rəsmi müraciət olunmuş və sənədlər orqana çatdırılmışdır. Lakin AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsininin səlahiyyətliləri buna əhəmiyyət verməyərək tərtib olunmuş protokolu məhkəməyə göndərmişlər. Halbu ki, müəssisənin yerləşdiyi ərazi üzrə internetin olmadığı dövrlərdə elektron poçt vasitəsi ilə göndərildiyi qeyd olunan bildiriş barədə şirkət məlumatlı olmamış və poçt vasitəsilə daxil olan məktuba dərhal reaksiya verilsə də, nəticədə təşkilatın mənfi mövqeyi ilə rastlaşılmışdır. İşçiyə ödənilməli olan vəsaitin müəyyən hissəsi icra olunsa da, fondun icrası yubandığı üçün işçi müraciət etmiş və Şirkətdən şikayətçi olmamışdır. Halbu ki, şirkətin belə bir qəsdi olmamış və işçi rəsmən şirkətdən şikayətçi deyildir. Barəsində tərtib olunmuş protokol tərtib olunarkən təqdim olunmuş sənədlər dəqiq və düzgün araşdırılmamışdır. Protokol iştirakları olmadan tərtib edilmiş və bu barədə çağırış edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən Şəxsnə elektron sistem “ASİS” elektron sistemi vasitəsilə tərəfindən Şəxsnə ünvanlanmış X3 əmək hüquqlarının pozulması və əmək qabiliyyətini müvəqqəti itirməsi ilə bağlı müavinətinin ödənilməməsi barədə sorğunun göndərildiyi sənədin tarixi xx.xx.2025-ci il olaraq qeyd edilmişdir İnzibati xəta haqqında protokolda isə göstərilir ki, X3 müraciəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Şəxs ünvanına xx.xx.2025-ci il tarixli, 3-17-5/2-93014/2025 nömrəli məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində DƏMX-nin Bakı şəhər idarəsinə təqdim olunması tələb olunmuşdur. Şəxsnə “ASİS” elektron sistemi vasitəsilə ünvanlanmış xx.xx.2025-ci tarixli məktubu çatdırılması ilə əlaqədar məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi tərəfindən məhkəmə iclasında təqdim edilmiş elektron sistemindən olan məktubun Şəxs elektron kabinetinə yerləşdirilməsinə dair çıxarışda həmin məktubun alınıb-alınmaması barədə hər hansı bir qeyd və yaxud təsdiq göstərilməmişdir. Şəxs ünvanına xx.xx.2025-ci il tarixli, 3-17-5/2-93014/2025 nömrəli məktubun "xxxx" vasitəsilə çatdırılması məsələsinə gəldikdə isə , məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən qeyd olunan məktubun çatdırılması ilə əlaqədar reyestri və onun xüsusi izlənmə kodları – SSkodları ilə əlaqədar siyahısını təqdim etsə belə, SSkod üzrə məktubun çatdırılması və ünvançı Şəxs tərəfindən qəbul edilməsi ilə bağlı hər hansı mötəbər sübut – sistemdən çıxarış, "xxxx" MMC-in sayıtnda məktubun xüsusi izlənmə kodu - SSkodu ilə izlənməyə və çatdırılmasına dair çıxarış təqdim edilməmişdir. Bundan əlavə Şəxs tərəfindn məhkəmə iclasına təqdim edilmiş3-17-5/2-93014/2025 nömrəli məktubun məktubun gec daxil olması ilə bağlı sorğuna dair məktuba əsasən Şəxs bildirmişdir ki, qeyd edilən məktubda ə bildirişdə 02.12..2025-ci il saat 11:30da Zoom-da görüş tətbiq edilmişdir. Lakin məktub xx.xx.2025-ci il tarixində saat 13:20-də çatdırlmış, bidiriş xx.xx.2025-ci il tarixdə saat 14:13:02-də sistemə daxil edilmişdir. Bu səbəbədən qeyd olunan görüşdə iştirakları mümkün olmamışdır. xx.xx.2025—ci il tarixdə 142 çağrı mərkəzi ilə gecikmə ilə bağlı sorgu yönləndirilmiş, xx.xx.2025-ci il tarixdə sorğu cavablandıraraq gecikmə ilə bağlı mayl yazmaqları olduqları bildirmişdir. İş materiallarından da müəyyən olunur ki, müraciət məktubunun göndərilməsi xx.xx.2025ci il tarix kimi rəsmiləşdirilmişdir və güya həmin tarixdə elektron vasitələrlə göndərilmişdir. Lakin şirkət barəsində tərtib olunmuş AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin tərtib etdiyi inzibati xəta haqqnda xx.xx.2025ci il tarixli, MN ******* saylı protokolda qeyd olunur ki. 3-17-5 2-93014/2025 saylı xx.xx.2025-ci il tarixli sorğu məktubuna uyğun sənədlər şirkət tərəfindən təqdım olunmadığından xx.xx.2025-ci tarixdə barəsində protokol tərtib olunmuşdur. Belə olan halda əməldə inzibati xəta tərkibi mövcud olmamışdır. Belə ki, məhkəmə tərəfndən müəyyən edilmişdir ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən istər Şəxsnə “ASİS” elektron sistemi vasitəsilə ünvanlanmış xx.xx.2025-ci tarixli məktubu, istərsə də "xxxx" MMC vasitəsilə Şəxs ünvanına göndərilən Şəxs ünvanına xx.xx.2025-ci il tarixli, 3-17-5/2-93014/2025 nömrəli məktubun çatdırılması barədə və bununla da protokolda göstərilən inzibati orqan tərəfindən verilən sorğunun mövcud olması və qeyd olunan sorğuya cavab vermək öhdəliyi, bunun icra edilməməsi ilə əlaqədar inzibati məsuliyyətinin mövcud olması barədə Şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən məlumatlandırılmamış, nəticə etibarə ilə Şəxs qeyd olunan sorğunu lazımi qaydada və vatında onu icra edə bilməmişdir. Hüquqi şəxsin bu halda hər hansı qəsdi müəyyən edilməmiş, bununla da məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində inzibati protokolda qeyd olunan Azərbaycan Respublikası İnzibati Xətaar Məcəlləsinin 539.3-cü maddəsinin dispozisiyasında göstərilən inzibati xətanın tərkib elementin – xətanın (hərəkətin və ya hərəkətsizliyinin) qəsdən törədilməsi müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmamasına əsasdır və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Bu mövqeyi rəhbər tutaraq məhkəmə qeyd edir ki, hazırda məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol sübutedici qüvvəsi olmayan ittiham yönümlü sənəd olduğundan həmin protokolda göstərilən hallar digər zəruri sübutlarla təsdiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53.1.2, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar