Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5811/2025 09.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, DİN Baş X14i İdarəsi qəbul etdiyi xx.xx.2025-ci il tarixli, EQ seriyalı 31429425 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 həmin şikayət ilə məhkəməyə müraciət edərək bildirir ki, inzibati məsuliyyətə cəlb olunmağı barədə Azərbaycan Respublikası DİN Baş X14i EQ 31429425 nömrəli, xx.xx.2025-ci il tarixli qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2-ci qrup Qarabağ qazisidir, 100 manat məbləğində 2 bal cərimə edilmişdir. O, ağır dərmanlar qəbul etdiyini və bu səbəbdən pensiya məbləği ilə cəriməni ödəyə bilmədiyini, etibarnamə əsasında maşını kürəkəninə verdiyini, daha sonra isə etibarnamənin ləğv etdirdiyini, yenə də cərimənin kürəkəni X7 adına gəldiyini, bu səbəbdən barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarın ləğv olunmasını xahiş etmişdir. Qərarından şikayət verilən orqan və şikayətçi məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayətin təmin olunması üçün əsaslıdır. İş materiallarında olan DİN Baş X14i İdarəsi qəbul etdiyi inzibati xəta haqqında iş üzrə xx.xx.2025-ci il tarixli, EQ seriyalı 31429425 saylı qərarı ilə X6 100 manat məbləğində inzibati cərimə olunmuşdur. Həmin qərardan görünür ki, X8 istifadəsində olan Khazar LX Minik markalı, **-VJ-*** dövlət nömrə nişanlı minik avtomobili ilə Gəncə şəhəri, Fəridə şadlıq sarayının qarşısı ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 327.1-1, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı ilə hərəkət etməsi iş materialları ilə öz təsdiqini tapmamış, buna dair nə foto, nə də videogörüntü əlavə edilməmişdir. X1 inzibati qərarlarla bağlı elektron kabinetinə baxış keçirilərək müəyyən edilmişdir ki, mübahisələndirilən qərarla bağlı hər-hansı foto və ya videogörüntü elektron kabinetə yerləşdirilməmiş və buna dair hər-hansı sübut səlahiyyətli orqan tərəfindən təqdim edilməmişdir. İş materiallarına daxil edilmiş fotoşəkil ilə Khazar LX Minik markalı, **-VJ-*** dövlət nömrə nişanlı minik avtomobilinin ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı ilə hərəkət etməsi təsdiqlənmir. Göründüyü kimi, X4 barəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 327.1-1, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı ilə hərəkət etməsinə görə Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsi ilə 100 manat məbləğində cərimə edilməsi haqqında Bakı Şəhər X14 İdarəsinin inzibati tənbeh vermə haqqında EQ seriyalı 31429425 saylı, xx.xx.2025-ci il tarixli qərar üzrə aparılmış araşdırma ilə işin faktiki halları arasında uyğunsuzluqlar yaranmışdır. Belə ki, şəxs inzibati xəta törədilməsi razılaşmamış, kifayət qədər araşdırılmış sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. X3 hazırki qərarla razılaşmamış, bildirmişdir ki, inzibati icraat zamanı bir sıra prosessual pozuntuya yol verilmişdir. Belə ki, şikayətçi hesab edir ki, “Khazar LX” Minik markalı, **-VJ-*** dövlət nömrə nişanlı minik avtomobili ilə Gəncə şəhəri, “Fəridə” şadlıq sarayının qarşısı ilə hərəkətdə olarkən heç bir qanun pozuntusuna yol verməmiş, avtobus zolağına daxil olaraq avtomobil idarə etməmişdir. Bütün bunlara baxmayaraq DİN Baş X14i İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən araşdırma birtərəfli aparılmış, heç bir təqsiri olmadığı halda onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə təqsirli bilinməklə 100 manat məbləğində cərimə olunması haqqında qərar qəbul olunmuşdur. Bildirir ki, Azərbaycan Resplikasının İnzibati Xətalar Məcəlləsinin 121-ci maddəsinə əsasən bəcəllənin 122.7, 122.8 və 124.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır. Hazırkı halda isə İXM-in 122.7, 122.8 və 124.3cü maddələrində nəzərdə tutulmuş hallar müşahidə edilməmişdir. İXM-nin 102.5-ci maddəsinə əsasən inzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. Lakin hazırkı iş üzrə heç bir inzibati araşdırma aparılmasına zərurət olmamışdır. Bundan əlavə İXM-in 102.2-ci maddəsinə görə də inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad bu Məcəllənin 42.2 və 43.2-ci maddələrinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən qəbul edilir. Bu halda belə əgər İXM-in 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta texniki vasitələrin köməyi ilə aşkar edilməsə belə onun vətəndaş kimi tərtib olunmuş protokolla razılaşıb razılaşmamağı, əgər razılaşmasa yerində qərar qəbul edilməli və protokola nə zaman baxılacağı barədə məlumat protokolda yazılmalı idi. Bu da onun barəsində tərtib olunmuş protokola baxılarkən iştirakına süni maneəçilik olmaqla hüquqlarının pozulmasına səbəb olmuşdur. Eyni zamanda İXM-nin 61ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri ona polis əməkdaşları tərəfindən izah olunmamış, əksinə protokola izahat vermək hüququ məhdudlaşdırılaraq onlar tərəfindən hüquqları kobud şəkildə pozulmuşdur. Həmin qərar qanunsuz və əsassızdır. Şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin hazırki haldaki kimi razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş qərar əsasında, səlahiyyətli orqan əməlin şəxs tərəfindən törədilibtörədilməməsini, törədildiyi təqdirdə təqsirin mövcud olub-olmadığını müəyyən etmək üçün əlavə sübut toplamadan kifayətlənib, inzibati tənbeh qərarı çıxarmışdır. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X5 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-nin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXM-nin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. İnzibati xətalar məcəlləsinin məqsədi inzibati xəta hadisələrinin qarşısının alınması və şəxsləri inzibati xəta törətməkdən çəkindirmək məqsədi daşıyır. Məhkəmə hesab edir ki, səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Həmin protokoldakı əməlin şəxs tərəfindən törədilməsini təsdiq edən İXM-nin 76-cı maddəsində sadalanmış digər sübut növləri mövcud olmalıdır. Lakin iş üzrə məhkəməyə belə bir sübut səlahiyyətli orqan tərəfindən təqdim edilməmişdir. Çünki məhkəmə hazırkı işə baxılması ilə əlaqədar şəxsin təqsirini müəyyən edən sübutları qərar qəbul etmiş səlahiyyətli orqandan tələb etmiş, lakin məhkəməyə əlavə hər hansı bir sübut təqdim edilməmişdir. Ona görə də əməlin mövcudluğu ilə razılaşmadığı şəraitdə tərtib edilmiş mübahisəli protokol əsasında, digər hər hansı bir sübut olmadığı şəraitdə şəxsin inzibati xəta törətməsində aradan qaldırılmamış şübhələr mövcud olmaqdadır. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Çünki İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Məhkəmə həmçinin hesab edir ki, hazırkı işə baxılması ilə əlaqədar şəxsin təqsirini müəyyən edən sübutları qərar qəbul etmiş səlahiyyətli orqandan tələb etmiş, lakin məhkəməyə əlavə hər hansı bir sübut təqdim edilməmiş, inzibati qərar qəbul edilmədən əvvəl işin faktiki halları müəyyən edilməmişdir. Həmin uyğunsuzluqların və X6 tərəfindən inzibati xətanın törədilib-törədilməməsinə, təqsirinin olmasına dair şübhələrin aradan qaldırılmasının təmin olunması məqsədi ilə həmin inzibati materialın Bakı şəhəri X14 İdarəsində əlavə araşdırılması zəruridir. Hazırkı vəziyyətdə X4 hərəkətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi mövcud deyildir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması müəyyən edilərsə iş üzrə qərarın ləğv edilməsi haqqında qərar qəbul edir. Bunlara əsasən məhkəmə hesab edir ki, X4 Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilməsinə dair Bakı şəhəri X14 İdarəsinin inzibati tənbeh vermə haqqında EQ seriyalı 31429425 saylı, xx.xx.2025-ci il tarixli qərar ləğv edilməli və əlavə araşdırılma aparılması üçün DİN Baş X14 İdarəsinə göndərilməklə, şikayət qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 8, 40, 43, 49-51, 53.0.2, 69,114,128-131 və 327.1-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ Şikayət qismən təmin edilsin. X4 Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilməsinə dair DİN Baş X14 İdarəsinin inzibati tənbeh vermə haqqında EQ seriyalı 31429425 saylı, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin və əlavə araşdırılma aparılması üçün DİN Baş X14 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-5811/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5811/2025
09.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver