Məhkəmə qərarları › İş №3(010)-582/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-582/2021

29.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-582/2021 29.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şamxal oğlunun və Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinin nümayəndəsi X2 və iştirakı ilə, Şəxs Şamxal oğlunun, 11 dekabr 1985-ci il tarixdə Gürcüstanın Dmanisi rayonunun Daşarxlı kəndində anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, Gürcüstanın Dmanisi rayonunun Daşarxlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan yolu ünvanında nömrəsiz evdə yaşayan, barəsində Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Şamxal oğlu, 29 mart 2021-ci il tarixdə, saat 07 radəlrində, “Opel Astra H” markalı, ** OM *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan yolunda hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə qaydalarını pozduğuna görə Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinin yol patrul xidməti inspektoru tərəfindən saxlanılmış, həmin vaxt spirtli içki qəbul etməsi aşkar şəkildə biruzə verdiyindən sərxoşluq vəziyyəti ACE-Z markalı, İN-629226 nömrəli alkotesterlə yoxlanıldıqda qanında alkoqolun konsentrasiyasının 0.722 promilli olduğu, bununla da Şəxs Şamxal oğlunun nəqliyyat vasitəsini alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyi müəyyən edilmişdir. Buna görə də Bakı şəhər X8 İdarəsinin yol patrul xidməti inspektoru X5 tərəfindən Şəxs Şamxal oğlunun Azərbaycan Respublikası İXM-nin 327.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi haqqında 29 mart 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs Şamxal oğlu inzibati xətaların törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq etməyərək və inzibati xətaların törədilməsində özünü təqsirli bilməyərək göstərdi ki, 29 mart 2021-ci il tarixdə, səhər saat 07 radələrində, “Opel Astra H” minik markalı, ** OM *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan yolunda hərəkətdə olarkən yol patrul xidməti inspektoru tərəfindən saxlanılmış, alkotesterlə onun sərxoşluq vəziyyəti yoxlanılmış və yol patrul xidməti inspektoru ona, alkoqol sərxoşluğu vəziyyətində olduğunu bildirmişdir. O, yol patrul xidməti inspektoruna alkoqol sərxoşluğu vəziyyətində olmadığını bildirdikdə sonuncu ona müvafiq protokolda alkotesterin göstəricisi ilə razı olduğunu, həkim müayinəsinə getməyə ehtiyac olmadığını və s. etirafedici qeydlər edəcəyi təqdirdə heç bir problemin olmayacağını demişdir. Məhz yol patrul xidməti inspektorunun vədinə inandığına görə onun diktəsi ilə müvafiq sənədlərdə etirafedici qeydlərini yazıb öz imzası ilə təsdiq etmişdir. Lakin sonradan Respublika Narkoioji mərkəzinə gedib saat 10:40-da sərxoşluq vəziyyəti ilə bağlı həkim müayinəsindən keçmiş və sərxoşluq vəziyyətinin tibbi müayinəsi protokoluna əsasən sərxoş olmadığı müəyyən edilmişdir. Sonda Şəxs Şamxal oğlu qeyd edilənləri nəzərə alaraq inzibati məsuliyyətdən azad edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinin nümayəndəsi X4 məhkəmədə göstərdi ki, Şəxs Şamxal oğlu 29 mart 2021-ci il tarixdə, səhər saat 07 radələrində, “Opel Astra H” minik markalı, ** OM *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozduğuna görə yol patrul xidməti tərəfindən saxlanılmış, həmin vaxt Şəxs Şamxal oğlunun nəqliyyat vasitəsini alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyi müəyyən edilmişdir. Şəxs Şamxal oğlu inzibati xətaları törətdiyini etiraf etmiş, buna görə də onun barəsində inzibati protokol tərtib edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş inzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş Bakı şəhər X8 İdarəsinin yol patrul xidməti inspektoru X5 bildirdi ki, Şəxs Şamxal oğlu, 29 mart 2021-ci il tarixdə, saat 07 radələrində idarə etdiyi “Opel Astra H” minik markalı, ** OM *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan yolunda yol hərəkəti qaydalarını pozduğuna görə tərəfindən saxlanılmış, həmin vaxt Şəxs Şamxal oğlunun içkili olduğu aşkar şəkildə biruzə verdiyindən onun sərxoşluq vəziyyəti alkotesterlə yoxlanılmışdır. Alkotesterin göstəricilərindən Şəxs Şamxal oğlunun həqiqətən də nəqliyyat vasitəsini alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyi müəyyən edilmişdir. Həmin vaxt Şəxs Şamxal oğlu yazılı şəkildə yol hərəkəti qaydalarını pozduğunu və nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyini etiraf etmişdir. Buna görə də o, Şəxs Şamxal oğlunun Azərbaycan Respublikası İXM-nin 327.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinin nümayəndəsini və şahidi dinləyərək, məhkəmə hesab edir ki, məhkəmənin Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxmaq səlahiyyəti olmadığından hazırki iş üzrə Şəxs Şamxal oğlu tərəfindən Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə münasibətdə qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206– 208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 351-1, 353.5, 361, 363, 363-1, 363-2, 368‒379, 381‒383, 387‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.10, 431, 432.3, 438.2, 438.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 479‒481, 482.1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598 (vəkillərə və auditor xidməti göstərən şəxslərə münasibətdə), 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli, 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin” siyahısının 2 və 2.4-cü bəndlərinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211, 322.0.2, 322.0.4 (taksi minik avtomobilində tütün çəkilməsinə münasibətdə), 322.0.8, 323, 326-1, 327.1 – 327.5, 329 – 331, 332.1 – 332.3, 338.1 – 338.6, 339.1 (fiziki şəxslər barədə), 342.1.1 – 342.1.8, 342.1.11, 342.2, 342.5 – 342.7, 344, 356.1, 469.1 (ümumi istifadədə olan nəqliyyat vasitələri və taksi minik avtomobilləri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə) və 469.3-cü (avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə standart sığorta müqaviləsi növünə münasibətdə) maddələrində (foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar istisna olmaqla), habelə iş üzrə icraat Nazirliyin vəzifəli şəxsləri tərəfindən başlanıldıqda Məcəllənin 322.0.1, 322.0.7, 322.0.9, 322.0.10-cu, 346-cı və 346-1.2 – 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – X8nin yol hərəkətinə nəzarət fəaliyyətinə cəlb edilmiş Baş X8 İdarəsinin, X8 idarələrinin şöbə rəisləri və onların müavinləri, bölmə rəisləri, xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektorları və inspektorları, baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, böyük mühəndisləri və mühəndisləri, ərazi polis orqanlarının X8 şöbələrinin, bölmələrinin, qruplarının baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, inzibati təcrübə üzrə baş inspektorları və inspektorları, böyük mühəndisləri və mühəndisləri, axtarış üzrə baş inspektorları və inspektorları, yol nəqliyyat hadisəsi üzrə baş inspektorları və inspektorları, təbliğat inspektorları, alay komandirləri və onların müavinləri, qərargah rəisləri, bölük komandirləri və onların müavinləri, tağım komandirləri, yol patrul xidməti baş inspektorları və inspektorları baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Göründüyü kimi hazırki iş üzrə törədilmiş inzibati xətalardan biri, yəni Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işə baxmaq rayon (şəhər) məhkəmələrinin, digəri isə yəni Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işə baxmaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X8nin yol hərəkətinə nəzarət fəaliyyətinə cəlb edilmiş Baş X8 İdarəsinin, X8 idarələrinin, ərazi polis orqanlarının X8 şöbələrinin, bölmələrinin, qruplarının səlahiyyətinə aiddir. İş materiallarında olan sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokoldan və ona əlavə edilmiş 29 mart 2021-ci il tarixli test göstəricisindən görünür ki, 29 mart 2021-ci il tarixdə, saat 07:47-də, “Opel Astra H” markalı, ** OM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs Şamxal oğlunun spirtli içki qəbul etməsi özünü aşkar şəkildə biruzə verdiyindən Azərbaycan Respublikası İXM-nin 96-cı maddəsinə əsasən onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün “ACE-Z” markalı, İN-629226 nömrəli xüsusi texniki vasitədən istifadə edilmişdir. Müayinə nəticəsində Şəxs Şamxal oğlunun spirtli içki qəbul etdiyi, qanında alkoqolun konsentrasiyasının 0.772 promilli olduğu müəyyən olunmuşdur. Şəxs Şamxal oğlu həmin protokolda öz imzası ilə spirtli içki pivə içib nəqliyyat vasitəsini idarə etdiyini, həkim müayinəsinə ehtiyac olmadığını, alkotesterin göstricisi ilə razı olduğunu və bir daha spirtli içki qəbul edib nəqliyyat vasitəsini idarə etməyəcəyini qeyd etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraata aprılan şəxs Şəxs Şamxal oğlunun məhkəmə iclasında təqdim etdiyi və iş materiallarına əlavə edilmiş 29 mart 2021-ci il tarixli, 2/8160 saylı sərxoşuluq vəziyyətinin tibbi müayinəsi protokolundan görünür ki, Şəxs Şamxal oğlu saat 10:40-da tibbi müayinə olunarkən ayıq olmuşdur. Beləliklə işdə olan sübutlarla təsdiq olunur ki, 29 mart 2021-ci il tarixdə, saat 07:47də, “Opel Astra H” markalı, ** OM *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Suraxanı rayonu, Hövsan yolu ilə idarə etdiyinə görə Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinin yol patrul xidməti inspektoru tərəfindən saxlanılmış, həmin vaxt spirtli içki qəbul etməsi aşkar şəkildə biruzə verdiyindən sərxoşluq vəziyyəti ACE-Z markalı, İN-629226 nömrəli alkotesterlə yoxlanıldıqda qanında Mamedov X1 nəqliyyat vasitəsini alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyi müəyyən edilmişdir. Şəxs Şamxal oğlu, sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında tərtib edilmiş protokolda öz imzası ilə spirtli içki pivə içib nəqliyyat vasitəsini idarə etdiyini, həkim müayinəsinə ehtiyac olmadığını, alkotesterin göstricisi ilə razı olduğunu və bir daha spirtli içki qəbul edib nəqliyyat vasitəsini idarə etməyəcəyini qeyd etmişdir. Bundan sonra Şəxs Şamxal oğlu sərxoşluq vəziyyətinin tibbi müayinəsi məqsədi ilə həmin tarixdə, saat 10:40da Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə müraciət etmiş və onun ayıq olması barədə 29 mart 2021-ci il tarixli, 2/8160 saylı tibbi müayinə protokolu tərtib edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Şamxal oğlu 29 mart 2021-ci il tarixdə, saat 07:47-də yol patrul xidməti inspektoru tərəfindən saxlanıldıqdan və sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün ACE-Z markalı, İN-629226 nömrəli xüsusi texniki vasitədən istifadə edildikdən sonra tərtib edilmiş sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokolda öz imzası ilə spirtli içki pivə içib nəqliyyat vasitəsini idarə etdiyini, həkim müayinəsinə ehtiyac olmadığını, alkotesterin göstricisi ilə razı olduğunu və bir daha spirtli içki qəbul edib nəqliyyat vasitəsini idarə etməyəcəyini qeyd etdiyi halda, bundan təxminən 03 saat sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə müraciət edib 29 mart 2021-ci il tarixdə, saat 10:40-da ayıq olması barədə tibbi müayinə protokolu alması, Şəxs Şamxal oğlunun nəqliyyat vasitəsini idarə etdiyi an, yəni tibbi müayinə olunduqdan təxminən 03 saat əvvəl alkoqol sərxoşluğu vəziyyətində olmamasına dair sübut hesab edilə bilməz. Bununla da məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Şəxs Şamxal oğlunun Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri tam sübuta yetirilir. Belə olan halda Şəxs Şamxal oğlu Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs Şamxal oğlunun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs Şamxal oğlunun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını və Şəxs Şamxal oğlunun şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, Şəxs Şamxal oğluna cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalı, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə isə Şəxs Şamxal oğlunun əməlinə hüquqi qiymət verilməsi üçün inzibati xəta haqqında material Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Şamxal oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 400 (dörd yüz) manat məbləğində cərimə tətbiq edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə Şəxs Şamxal oğlunun əməlinə hüquqi qiymət verilməsi üçün inzibati xəta haqqında material Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar