Məhkəmə qərarları › İş №3(010)-5824/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5824/2023

06.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5824/2023 06.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi Hacıyev Gündüz Nizami oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin sahə inspektoru X3 iştirakı ilə, xx xxxxxx 1994-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli,fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan Ticarət Mərkəzinin yanı, dalan 2 ünvanında yaşayan, 05 dekabr 2023-cü ildə saat 18.00dan etibarən inzibati qaydada tutulmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsindən daxil olmuş 06 dekabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 01 dekabr 2023-cü ildə saat 08:00 radələrində X2 məxsus “Hunday” minik markalı ** HY *** dövlət qeydiyyat nişanlı avtomaşının sol yan şüşəsini sındıraraq içərisində olan 01 ədəd bank kartından 350 manat pul vəsaitini çıxararaq ümumilikdə 500 manat dəyərində maddi ziyan vurmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin sahə inspektoru X5 protokolu müdafiə edərək bildirmişdir ki, ünvan 3 ünvanında yaşayan vətəndaş X4 01 dekabr 2023-cü ildə DİN-nin 102 xidmətinə verdiyi məlumatı əsasında 01 dekabr 2023-cü ildə Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə ərizə ilə müraciət edərək, 01 dekabr 2023-cü il tarixdə saat 08:00 radələrində yaşadığı binanın qarşısında saxladığı özünə məxsus Hunday markalı ** HY *** dövlət qeydiyyat nişanlı avtomaşınına gəldikdə avtomaşının sol yan şüşəsinin sındırılaraq içərisində olan 01 ədəd bank kartından 350 manat pul vəsaitinin çıxarılması və baş vermiş hadisəyə görə ona ümumilikdə 500 manat dəyərində maddi ziyanın dəyməsini qeyd etmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmişdir. Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Əməlindən peşmandır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü polis bölməsinin təhqiqatçısı X6 06 dekabr 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarından görünür ki, ünvan 4 ünvanında yaşayana vətəndaş X1 DİN-nin 102 “Xidməti-Zəng” mərkəzi sisteminə etdiyi müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, hadisəni törətmiş naməlum şəxs və ya şəxslərin əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkib əlamətləri yarandığından müəyyən edilərək barəsində inzibati təsir tədbirlərinin görülməsindən ötrü qəbul edilmiş qərarın surəti aidiyyəti əməkdaşa həvalə edilmişdir. Həmçinin iş materiallarında olan 05 dekabr 2023-cü il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan müəyyən olunur ki, Şəxs 05 dekabr 2023-cü il tarixdə, saat 18:00da inzibati qaydada tutulmuşdur. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz əməlini etiraf etməsi və peşman olması iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 02 (iki) ay müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 05 dekabr 2023-cü il saat 18.00-dan hesablansın. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar