Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5851/2022 22.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs, zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs 20 noyabr 2022-ci il tarixdə X2 aralarında yaranmış mübahisə zəminində sonuncuya dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Bu barədə Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin polis sahə inspektoru Fərzəliyev Orxan tərəfindən MN seriyalı ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, 20 noyabr 2022-ci il tarixdə, saat 15:30 radələrində birgə yaşadıqları evdə olarkən, qardaşı X3 ilə mübahisə etməyə başlamışlar. Mübahisə zamanı onların hər ikisi yaşadıqları evin özünə məxsus olmasını iddia etmişlər. Bu zaman o, Ehtibar Bağırovun sağ əlinə xəsarət yetirmiş, daha sonra qolunun bükümü ilə sonuncunun boğazından tutaraq yerə yıxmış, sol ayağına təpik vuraraq evi tərk etmişdir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X3 bildirmişdir ki, qardaşı Şəxs narkotik maddələrini qəbul edir. Şəxs mütəmadi olaraq onunla mübahisə edir. Qardaşının onunla mübahisə etməyinin səbəbi mülk davasıdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 15:30-da yaşadığı evin həyətində təmizlik işlərini aparmışdır. Həmin vaxt qardaşı Şəxs ona yaxınlaşıb təmizlik işlərini dayandırmasını tələb etmiş və onunla mübahisə etməyə başlamışdır. Şəxs bıçaqla onun üzərinə hucum edən zaman bıçaqla sağ əlindən vurub xəsarət yetirmişdir. Bundan sonra boğazından tutub boğmağa başlamış, üzündən cırmaq atmış və sol ayağına təpik atmışdır. Bundan sonra yaşadığı evdən çıxıb getmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs ilə barışmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı onun özünün, iş üzrə zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli N 1341-saylı ekspert rəyində göstərilmişdir ki, X1 bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sağ əlin arxa səthinin şişkinliyi və sıyrığı, sağ almacıq nahiyəsinin qançırı, sol diz oynağının sıyrığı. Qeyd edilən xəsarət bərk küt əşyanın(əşyaların, ola bilsin bıçağın dəstəyi ilə) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarətin lokalizasiyasına və xarakterinə görə demək olar ki, həmin xəsarətin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınması inandırıcı deyildir. Beləliklə, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, İXM-nin 157-ci maddəsinin dispozisiyası döyməyə, həmçinin sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə məsuliyyət nəzərdə tutur. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin maddə ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Məhkəmə hesab edir ki, münaqişənin ailə məişət mübahisəsi zəminində baş verməsi iş üzrə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-5851/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5851/2022
22.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver