Məhkəmə qərarları › İş №3(010)-5854/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5854/2024

18.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5854/2024 18.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim: Əliyev Samir İmamverdi oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X13 qızının katibliyi, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru: X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs, Zərərçəkmiş şəxs: X3 iştirakları ilə, xx xxxxx 1992-ci ildə Şəki rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli,işləməyən, orta təhsilli, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Suraxanı rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Suraxanı rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xataya dair 18 dekabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru X10 protokolu onunla əsaslandırmıdır ki, Şəki Rayon Məhkəməsi tərəfindən 02 may 2024-cü il tarixdə verilmiş 23 yanvar 2024-cü il tarixli 1(075)-66/2024 nömrəli icra vərəqəsinə əsasən Şəxs ilə X3 birgə nikahlarından olan uşaqları xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 tələbkar Şəxs alınaraq borcu X4 verilməsi və borclunun yanında saxlanılması,borclu Şəxs hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X3 xeyrinə ödənilməsi,aliment tutulmasının əvvəli xx.xx.2013-cü il təvəllüdlü X1 və X2 tələbkar Şəxs alınaraq borclu X5 verildiyi vaxtdan hesablanmalıdır. Qeyd olunan icra vərəqəsi icraatına daxil olmuş, icraata başlanılmış və könüllü icra üçün bildiriş göndərilmişdir. Şəxs işləmədiyinə və ailəvəziyyəti çətin olduğu üçün alimenti tam ödəyə bilmir. O müəyyən məbləği ödəsə də, hazırda 2150 manat borcu yaranmışdır. Buna görə də göstərilənləri nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmədə izahat vermiş borclu Şəxs bildirdi ki, könüllü icra barədə bildirişi almış və tanış olmuşdur. Həmçinin icra şöbəsinə gələrək izahat vermiş və uşağların anasına verildiyi tarixdən alimenti ödədiyini,lakin hal hazırda problemləri olduğu üçün borcu gecikdirmişdir.Son ödənişi 31 oktyabr 2024-cü il tarixdə ödəmişdir. Hazırda kirayə maşın götürərək taksi fəaliyyəti ilə məşğul olur.Hazırda borcundan 300 manat ödəyə biləcəyini və qalan borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. Buna görə də qeyd olunanların nəzərə alınaraq ona yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə izahat vermiş zərərçəkmiş X6, izahat verərək, bildirmişdir ki, borclunun son ödənişini 31 oktyabr 2024-cü il tarixdə etdiyini və o tarixdən etibarən qalan borcu ödəmədiyini bildirmişdir.O parnikdə işlədiyini,aylıq məvacibinin 400-450 manat olduğunu,uşaqları saxlamaqda çətinlik çəkdiyini bildirmişdir.Buna görədə qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən 10 may 2018-ci ildə verilmiş 18 aprel 2018-ci il tarixli 1(003)-48/2018 nömrəli icra vərəqəsinə əsasən mülki iddia təmin edilərək, Şəxs ilə X3 birgə nikahlarından olan uşaqları xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 tələbkar Şəxs alınaraq borcu X4 verilməsi və borclunun yanında saxlanılması,borclu Şəxs hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X3 xeyrinə ödənilməsi,aliment tutulmasının əvvəli xx.xx.2013cü il təvəllüdlü X1 və X2 tələbkar Şəxs alınaraq borclu X5 verildiyi vaxtdan hesablanılması qət edilmişdir. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon İcra şöbəsinin 18 dekabr 2024cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, Bakı şəhəri Şəki Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli 1(075)-66/2024 nömrəli icra vərəqəsinə əsasən Şəxs 2150 manat borcu yaranmışdır. Göründüyü kimi Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında» Avropa konnvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, onun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hüquqi cəhətdən dəyərləndirilməsi vacib olan məsələlərdən biri də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmamasıdır. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Homsbi Yunanıstana qarşı» işdə (19 mart 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasın və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışına hüquq" xəyali xarakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1ci bəndində ifadəsini tapmış müddəanın faydalılıq qüvvəsindən məhrum etmiş olur. Məhkəmə həmin fikirlərini «"xxxx" MMC Rusiya Federasiyasına qarşı» işdə (14 iyun 2005-ci il) də təkrarlamış, cavabdehin dövlətin məhkəmə qətnaməsinin icra olunmamasında vəsait çatışmazlığına istinad etməsini əsaslı hesab etməmişdir. "Roseltrans» ASC Rusiya Federasiyasma qarşı" (21 iyul 2005-ci il) işdə məhkəmə belə nəticəyə gəlmişdir ki, ağlabatan müddətdə ədalətli, açıq məhkəmə baxışının keçirilməsini nəzərdə tutan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məhkəmə qətnaməsinin icrasına təminat verməməsini təsəvvür etmək çətindir Məhkəmə, Şəxs cəza təyin edərkən, onun ilk dəfə olaraq inzibati xəta törətdiyini məsuliyyətini yüngülləşdirən hallar kimi və məsuliyyətini ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, barəsində inzibati cərimə tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə onu da nəzərə alır ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı Protokolun (Konvensiyaya və ona dair Birinci Protokola artıq daxil edilənlərdən başqa, bəzi hüquq və azadlıqların təmin olunması haqqında) 1-ci maddəsinə əsasən heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərb. Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Suraxanı rayon мəhkəməsinin hakimi Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar