Məhkəmə qərarları › İş №3(010)-5855/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5855/2024

18.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5855/2024 18.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ X20 İmamverdi oğlunın sədrliyi, Məhkəmə iclas katibi X18 qızının katibliyi, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin sahə inspektoru, polis mayoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs Zərərçəkmiş şəxs: X8, X1 iştirakları ilə, xx xxxxx 1988-ci ildə Naxçıvan Muxtar Respublikası,Sədərək rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Naxçıvan Muxtar Respublikası, Sədərək rayonu,Heydərabad qəsəbə ə/d ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Suraxanı rayon polis idarəsinin 30-cu polis şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Suraxanı rayon polis idarəsinin 30-cu polis şöbəsi tərəfindən təqdim olunmuş 06 dekabr 2024-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2024-cü il tarixdə, Şəxs vətəndaş X12 söyərək təhqir etmişdir və xırda xuliqanlıq tərkibi yaratmışdır. Məhkəmədə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin sahə inspektoru, polis mayoru X10 izahatında göstərdi ki, vətəndaş X13 ilə Şəxs arasında daha əvvəl də mübahisə olmuşdur,lakin bu mübahisə mülki xarakter daşıdığından sonradan aralarında barışıq olmuşdur. X13 Şəxs onun üçün hazırladığı material istədiyi kimi olmadığından, o, ödədiyi 615 manat pulu geri istəyir.Sonradan xx.xx.2024-cü il tarixdə X13 Şəxs işlədiyi sexə gedərək,verdiyi 615 manat pulu geri almaq istəmişdir. Orada video çəkiliş aparmışdır və video yazıdanda göründüyü kimi orada Şəxs onu təhqir etmişdir.Buna görə də göstərilənləri nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmədə izahat vermiş Şəxs bildirdi ki, X19-Qapı sexi var. X5 işlədiyi sexə gələrək ev heyvanları üçün qəfəs düzəltməyini istəmişdir.Onlar qiymətdə razılaşdıqdan sonra X13 215 manat beh vermiş,iş bitdikdən sonra isə qalan pulu ödəmişdir. 08 oktyabr 2024-cü il tarixdə X4 materialı quraşdırmaq üçün aparmasını istəmişdir. Həmin tarixdə materialı istəmədiyini bildirmiş və pulunu geri istəmişdir. X7 təhqir və şantaj etdiyi üçün bu əməli törətmişdir.Törətdiyi əməldən peşmandır.Buna görə də qeyd olunanlar nəzərə alınaraq, ona yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında zərərçəkmiş şəxs X6 izahat verərək bidirmişdir ki(X2 vasitəsilə),O,sığınacaq işlədir.Onun 100 iti, 20 pişiyi var və onlar qüsurludurlar.Heyvanlarına ev düzlətmək üçün Dəmir-Qapı sexinə yaxınlaşmışdır və orada Şəxs ilə 500 manat material və 500 manat əl haqqı olmaqla 1000 manata razılaşmışlar.Həmin gün ona material alması üçün 400 manat vermişdir.Sonradan ona 215 manatda göndərmişdir.Sonradan onun hazırladığı materialı bəyənmədiyi üçün pulunu geri istəmişdir.Sonradan sexə gedərək orda çəkiliş aparmış və video yazıdanda göründüyü kimi orada Şəxs onu təhqir etmişdir və çəkdiyi şəkilləri,video yazıları 30-cu polis şöbəsinə gələrək ora təqdim etmişdir məhkəmədən Şəxs barəsində müvafiq inzibati tənbeh növünün seçilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon polis idarəsinin 30-cu polis şöbəsi tərəfindən tərtib olunmuş 06 dekabr 2024-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2024-cü il tarixdə, Şəxs vətəndaş X12 söyərək təhqir etmişdir və xırda xuliqanlıq tərkibi yaratmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tərcüməçi dəvət edilməsi haqqında qərardan görünür ki,X13 icraatın aparıldığı dili sərbəst bilmədiyi üçün,X11 tərcüməçi qismində Suraxanı RPİ-nin 30-cü Polis şöbəsinə dəvət olunmuşdur. Göründüyü kimi Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilr, ona görə də o, həmin maddə ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Şəxs inzibati xəta törətməsindən səmimi peşman olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşıran hal müəyyən edilməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası çərçivəsində tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Suraxanı rayon məhkəməsinin hakimi Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar