Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5856/2022 27.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinin İcra məmuru, X2, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X5 iştirakları ilə, Şəxs, 06 avqust 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 27 dekabr 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs Bakı şəhər Suraxanı Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, MTT(010)-25/2021 nömrəli icra sənədini üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. İnzibati xəta törədilməsi haqqında protokol tərtib etmiş icra məmuru X3 məhkəmədə bildirdi ki, aralarında görüş yeri ilə əlaqədar mübahisə var. Borclu gəlib evdən uşağın götürülməsini istəyir, tələbkar isə başqa yerdə görüş istəyir, evlərinə getdiyində mübahisə olduğunu deyir. 5 dəfə icra şöbəsinə çağırmışdır. 15 dekabrda tələbkarın hüzuru var idi deyə gələ bilməmişdi. Bu gün də görüş olmalı idi. Lakin borclu uşağın xəstə olduğunu bildirib gətirməyib. İcra şöbəsində də aralarında mübahisə olmuşdu. 1 saata yaxın rəisin yanında müzakirə etmişdilər. 2 dəfə akt tərtib edilmişdir. Bir sözlə problemləri uşaqla görüş yerini təyin etməkdir. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında Şəxs izahatında bildirmişdir ki, uşaq xəstədir deyə bu gün gətirməmişdir. Hər dəfə uşaqla gəlib gözləmək olmur. Uşaq narahat olur. Yay aylarında hər dəfə metronun yanına görüşmək üçün aparmışdır. Odur ki, protokol əsassız tərtib olunmuşdur və məhkəmədən protokolun xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X10 izahatında bildirmişdir ki, onlar hər dəfə vaxtında gəlmişdirlər. Qarşı tərəf bəhanələr gətirərək gəlmirdi. Uşağın beyindaxili təzyiqi var. Xanım həmişə uşağı gətirir, orada soyuqda qalır. Uşaq narahat olur. Qarşı tərəf hər dəfə şikayət edir ki, icra olunmur. Xanımdan tələb edir ki, uşağı götürüb Q.Qarayev metrosuna gətirsin. Qarşı tərəflə münaqişələri yoxdur, tələbkar özü boşandıqdan sonra hər kəslə düşmən olmuşdur. İnzibati xətanın tərkib əlamətləri olmadığına görə borclu barəsində icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X1 izahatında bildirmişdir ki, dekabrın əvvəli qarşı tərəflə icra şöbəsində mübahisə yarandı. Ona orada vəkil ilə birlikdə təzyiq edirdilər. Qapılarına gedəndə də həmişə problem yaranır. Alimenti gələn ilin dekabrına kimi ödəmişdir, amma uşağını avqustun 1-dən, yəni 7 aydır ki, görmür. Boşanmaqdan qabaq da, ata evinə getmişdi, uşağı onda da görə bilmirdi. Ondan sonra apellyasiya məhkəmələri olmuş, bu səbəbə görə yenə görə bilməmişdir. Borclu öz ünvanından gəlib götürülməsini tələb etsə də, orada özünə qarşı təyziq göstərilmiş, hətta xəsarət də almışdır. Hazırda telefonlara da cavab vermir. Tələbkar qeyd edir ki, borclu Şəxs uşağı Qara Qarayev adına metrostansiyasının yaxınlığına gətirməlidir. Yaya kimi gətirirdi. Yayda münaqişə oldu. İstirahətə Türkiyəyə getmişdir. “Dedi uşaqla daha görüşməyəcəksən.” O, icra şöbəsində görüşə də razıdır. Odur ki, borclunun inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və onun müdafiəçisini, tələbkarı və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, oğlunun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Suraxanı Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, MTT(010)-25/2021 nömrəli icra sənədinə əsasən, ərizəçi X4 müvəqqəti təminat tədbiri barədə ərizəsi qismən təmin edilmiş, ərizəçi X4 xx.xx.2020-ci il təvəllüdlü X7 ilə şəxsi görüş formasında ünsiyyət vaxtı sərbəst şəkildə hər həftənin bazar günü saat 16:00dan 19:00-dək müyyən edilməsi qərara alınmışdır. 27 dekabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhər Suraxanı Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, MTT(010)-25/2021 nömrəli icra sənədinə dair icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə borclu Şəxs Bakı şəhər Suraxanı Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, MTT(010)-25/2021 nömrəli icra sənədi üzrə yaranmış öhdəliyi üzrə protokolda göstərilən əməlinin sözügedən icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Belə ki, ilk olaraq qeyd olunmalıdır ki, qeyd olunan 16 noyabr 2021-ci il tarixli icra sənədində borclu Şəxs üzərinə xüsusi bir yerdə, o cümlədən Q.Qarayev metrostansiyasının yaxınlığında tələbkar K.Əliyevə uşaqla görüş təşkil etmək vəzifəsi qoyulmamış həmin məqam da tələbkar tərəfindən mübahisələndirməmişdir. Hal-hazırda qeyd olunan vəzifə borclu ilə əlaqədar mövcud deyildir. İcra məmurunun izahatından müəyyən olunur ki, icra şöəsində təşkil olunan görüşlərdə borclu uşaqla birlikdə iştirak edir, görüşlərdə qərəzli şəkildə yayınmır. Bununla da Şəxs Bakı şəhər Suraxanı Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, MTT(010)-25/2021 nömrəli icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-5856/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5856/2022
27.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver