Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5856/2024 19.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim: Əliyev Samir İmamverdi oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X10 qızının katibliyi, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin böyük icra məmuru: X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə, xx xxx 1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli,işləməyən, orta təhsilli, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi,Zeynal Zeynalov küçəsi,4-cü dalan,ev 12 Z ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Suraxanı rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Suraxanı rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xataya dair 19 dekabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin böyük icra məmuru X6 protokolu onunla əsaslandırmıdır ki, borclu Şəxs Xətai rayon Məhkəməsinin 2(011)- 8598/18 saylı xx.xx.2018-ci il tarixli və 2(011)-5084/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqələrinə əsasən onun qanunu tələblərini icra etmir.Şəxs qərar və bildiriş rəsmi qaydada təqdim olunsada bu günə kimi aliment borcunu tam ödəməmiş,müxtəlif vaxtlarda izahatı alınaraq qərarın icrası barədə xəbərdarlıq olunsada qərarın icrasını tam icra etməmişdir.Onun bu günə olan borcu 9300 manatdır.Hazırda Şəxs borcu tam ödəyə bilmir,borcdan hissə-hissə ödəmək imkanı vardır. Buna görə də göstərilənləri nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmədə izahat vermiş borclu Şəxs bildirdi ki, Xətai rayon Məhkəməsinin 2(011)-8598/18 saylı xx.xx.2018-ci il tarixli və 2(011)-5084/2024 saylı xx.xx.2024-cü il tarixli qərarları üzrə hazırda yaranmış aliment borcunu tam şəkildə ödəyə bilmir. Hər dəfə uşaqlarına bacardığı qədər maddi yardım edir, müəyyən məbləğdə ödəniş etmişdir, hazırda onun 9300 manat aliment borcu vardır, həmin borcu hissə-hissə ödəyə bilər.Buna görə də qeyd olunanların nəzərə alınaraq ona yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli 2(011)-8598/2018 nömrəli icra vərəqəsinə əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(011)-12129/2017 saylı qətnaməsi əsasında cavabdeh Şəxs iddiaçı X1 xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək,hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Şəxs iddiaçı X1 xeyrinə hər ay hər uşağa görə 154(bir yüz əlli dörd) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5084/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən,Şəxs xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay hər uşaq üçün 235(iki yüz otuz beş) manat olmaqla,cəmi 470 (dörd yüz yetmiş) manat məbləğində aliment tutlaraq X2 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Suraxanı rayon icra şöbəsinin icra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında qərara əsasən, Xətai rayon Məhkəməsinin 2(011)-8598/18 saylı xx.xx.2018-ci il tarixli və 2(011)-5084/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon İcra şöbəsinin 19 dekabr 2024cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, borclu Şəxs Xətai rayon Məhkəməsinin 2(011)-8598/18 saylı xx.xx.2018-ci il tarixli və 2(011)- 5084/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqələrinə əsasən onun qanunu tələblərini icra etmir.Şəxs qərar və bildiriş rəsmi qaydada təqdim olunsada bu günə kimi aliment borcunu tam ödəməmiş,müxtəlif vaxtlarda izahatı alınaraq qərarın icrası barədə xəbərdarlıq olunsada qərarın icrasını tam icra etməmişdir. Göründüyü kimi Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında» Avropa konnvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, onun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hüquqi cəhətdən dəyərləndirilməsi vacib olan məsələlərdən biri də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmamasıdır. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Homsbi Yunanıstana qarşı» işdə (19 mart 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasın və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışına hüquq" xəyali xarakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1ci bəndində ifadəsini tapmış müddəanın faydalılıq qüvvəsindən məhrum etmiş olur. Məhkəmə həmin fikirlərini «"xxxx" MMC Rusiya Federasiyasına qarşı» işdə (14 iyun 2005-ci il) də təkrarlamış, cavabdehin dövlətin məhkəmə qətnaməsinin icra olunmamasında vəsait çatışmazlığına istinad etməsini əsaslı hesab etməmişdir. "Roseltrans» ASC Rusiya Federasiyasma qarşı" (21 iyul 2005-ci il) işdə məhkəmə belə nəticəyə gəlmişdir ki, ağlabatan müddətdə ədalətli, açıq məhkəmə baxışının keçirilməsini nəzərdə tutan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məhkəmə qətnaməsinin icrasına təminat verməməsini təsəvvür etmək çətindir Məhkəmə, Şəxs cəza təyin edərkən, onun ilk dəfə olaraq inzibati xəta törətdiyini məsuliyyətini yüngülləşdirən hallar kimi və məsuliyyətini ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, barəsində inzibati cərimə tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə onu da nəzərə alır ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı Protokolun (Konvensiyaya və ona dair Birinci Protokola artıq daxil edilənlərdən başqa, bəzi hüquq və azadlıqların təmin olunması haqqında) 1-ci maddəsinə əsasən heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərb. Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Suraxanı rayon мəhkəməsinin hakimi Samir Əliyev
Məhkəmə qərarları › İş №3(010)-5856/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5856/2024
19.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver