Məhkəmə qərarları › İş №3(010)-5865/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5865/2025

11.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5865/2025 11.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X6 qızının katibliyi, X1nun iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EQ 32070755 nömrəli protokol əsasında tərtib olunmuş xx.xx.2025ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 32070755 nömrəli protokol əsasında tərtib olunmuş xx.xx.2025ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, DYP-nin xx.xx.2025-ci il tarixli EQ 32070755 saylı elektron protokolun qərarı ilə onun barəsində İXM-in 327.2-ci maddəsi ilə əsassız olaraq 3 balla qiymətləndirilərək 100 manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Belə ki, yuxarıda qeyd edilən qərara **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsi ilə “1.1 üfüqi nişanlanma xəttinin tələblərini pozaraq sola dönmə qaydasını pozduğu iddia edilərək” barəsində tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd olunan inzibati protokol Suraxanı rayonu, Qaraçuxur məscidinin qarşısında (TŞ10-038 koordinatlı ərazi), xx.xx.2025 tarixində saat 11:34-də tərtib olunmuşdur. Qərara əsas kimi təqdim olunmuş foto və video materiallar göstərir ki, o, avtomobili yaşayış məntəqəsindən əsas yola çıxarkən mövcud qaydalara uyğun şəkildə idarə etmişdir. Çıxış nöqtəsində 1.1 üfüqi nişanlanma xətti sürücünün baxış bucağında görünmədiyi üçün onun sola dönməyi həmin anda qayda pozuntusu kimi dəyərləndirilə bilməz. Həmçinin “Yol nişanları və siqnalları haqqında” 1968-ci il Vyana Konvensiyası Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2010-cu il tarixli, № 29-İVQ Qanunu ilə təsdiq edilmişdir. Konvensiyanın tələblərinə əsasən, yol nişanları və nişanlanma xətləri sürücüyə əvvəlcədən və aydın şəkildə görünməli, hərəkətin təşkili isə sürücülərin manevr imkanlarını məhdudlaşdırmayacaq şəkildə təmin edilməlidir. Lakin mövcud yol sahəsində 1.1 üfüqi nişanlanma xəttinin yaşayış məntəqəsindən çıxış bucağında görünməməsi və məcburi istiqamət nişanlarının quraşdırılmaması Konvensiyanın bu tələblərinə uyğun deyil və onun manevri təhlükəsiz və qanuna uyğun qiymətləndirməyini obyektiv şəkildə çətinləşdirmişdir. Bundan əlavə, “Yol nişanları və siqnalları haqqında” Vyana Konvensiyasının 3-cü fəslinin maddə 29-un tələblərinə əsasən, hərəkətdə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulan nişanlanma sürücülər tərəfindən gündüz və gecə vaxtı aydın görünməli, vaxtında fərqləndirilə bilməli və hərəkət istiqamətində sürücünün baxış bucağında asanlıqla seçilməlidir. Lakin qeyd olunan yol sahəsində 1.1 nişanlanma xətti yaşayış məntəqəsindən çıxış anında sürücü üçün görünmədiyindən nişanlanmanın Konvensiyanın müəyyən etdiyi görünmə və vaxtında anlaşıla bilmə tələblərinə cavab vermədiyi aşkar şəkildə görünür. Bu isə onun hərəkətinin hüquqa zidd olduğunu əvvəlcədən dərk etməyini mümkünsüz etmişdir. Yaşayış məntəqəsindən çıxarkən sola dönməyi ilə bağlı tətbiq edilən cərimə aşağıdakı səbəblərə görə qanuni əsasdan məhrumdur: 1. YHQ-yə əsasən yol nişanları və xəttlər sürücüyə aydın görünməlidir, nişanlanmanın sıradan çıxması, yol nişanlarının natamamlığı və nişanlanma xətlərinin vaxtında yenilənməməsi səbəbindən və çıxış nöqtəsində 1.1 düz xətti günəş-kölgə səbəbindən görünmür. 2. “Qanunvericiliyə əsasən, sola dönmənin qadağan olunması yalnız “Sola dönmək qadağandır” nişanı və hərəkət hissəsində aydın görünən üfüqi düz xətt vasitəsilə tətbiq oluna bilər. Lakin qeyd olunan ərazidə qadağanedici nişan quraşdırılmamış, üfüqi nişanlanma xətti isə faktiki olaraq görünmədiyindən sürücünün mövcud tələbi aşkar şəkildə görməsi və ona uyğun davranması mümkün olmamışdır. Yaşayış məntəqəsindən çıxan sürücü qarşısında aydın şəkildə görünən tələblərə əməl etməli olduğu halda, həmin çıxış nöqtəsində nə qadağanedici nişan mövcuddur, nə də yol xətti görünür. Bu səbəbdən, sürücünün qadağanın mövcudluğunu əvvəlcədən bilməsi və ona uyğun manevr etməsi obyektiv olaraq mümkün deyil. 3. İXM 75-76-cı maddələrinə əsasən pozuntu şübhəsiz sübuta yetirilməlidir. Videoqeydiyyatçıda xətt yalnız yola çıxdıqdan sonra görünür, lakin tətbiq olunan inzibati protokolda pozuntu anının vizual olaraq aydın şəkildə görünmədiyi müşahidə olunur. İXM-in 327.2-ci maddəsində təsbit olunmuş inzibati xəta qəsdən törədildikdə inzibati məsuliyyətə səbəb olur. Lakin onun tərəfindən həmin hərəkət qəsdən törədilməmişdir. Belə ki, yaşayış məntəqəsindən yola çıxarkən 1.1 üfüqi nişanlanma xətti sürücünün baxış bucağında görünmədiyindən, sola dönməyin hər hansı qayda pozuntusu yaratdığını obyektiv olaraq dərk etmək mümkün olmamışdır. Xətt yalnız yola çıxdıqdan və irəlilədikdən sonra görünür ki, bu da pozuntu niyyəti və ya qəsdin olmadığını açıq şəkildə göstərir. Həmçinin, sözügedən yol sahəsində 4.1.2 “Məcburi hərəkət istiqaməti” nişanı və 2.5 “Dayanmadan keçmək qadağandır” nişanı (üstünlük nişanları qrupuna aid) quraşdırılmamışdır. Bu nişanların olmaması sürücünün yol şəraitini əvvəlcədən düzgün qiymətləndirməsini çətinləşdirmiş və həmin manevrin qanuna zidd olduğunu dərk etməməyinə səbəb olmuşdur. Yuxarıda göstərilən halları nəzərə alaraq bildirilir ki, nişanlanmanın sıradan çıxması, yol nişanlarının natamamlığı və nişanlanma xətlərinin vaxtında yenilənməməsi səbəbindən onun hərəkətini obyektiv şəkildə qiymətləndirmək mümkün olmamış, bu isə onun manevri qaydalara uyğun planlaşdırmağını real olaraq mümkünsüz etmiş və nəticə etibarilə onun əməlində inzibati xətanın olmasının obyektiv qiymətləndirilməsi mümkün deyil. Məhkəmə iclasında iştirak edən X1 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, EQ 32070755 nömrəli protokol əsasında tərtib olunmuş xx.xx.2025ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2025-ci il tarixdə saat 13:43-də Suraxanı-Qaraçuxur məscidinin qarşısında Toyota Corolla hibrid minik markalı, 77XG505 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarının pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir; iş materiallarına iki ədəd disk əlavə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixli, EQ 32070755 nömrəli protokol əsasında tərtib olunmuş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla X3 xx.xx.2025-ci il tarixdə saat 13:43-də Suraxanı-Qaraçuxur məscidinin qarşısında Toyota Corolla hibrid minik markalı, 77XG505 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarının pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. X1 ərizəsində qeyd etmişdir ki, qərara əsas kimi təqdim olunmuş foto və video materiallar göstərir ki, o, avtomobili yaşayış məntəqəsindən əsas yola çıxarkən mövcud qaydalara uyğun şəkildə idarə etmişdir. Çıxış nöqtəsində 1.1 üfüqi nişanlanma xətti sürücünün baxış bucağında görünmədiyi üçün onun sola dönməyi həmin anda qayda pozuntusu kimi dəyərləndirilə bilməz. Həmçinin “Yol nişanları və siqnalları haqqında” 1968-ci il Vyana Konvensiyası Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2010-cu il tarixli, № 29-İVQ Qanunu ilə təsdiq edilmişdir. Konvensiyanın tələblərinə əsasən, yol nişanları və nişanlanma xətləri sürücüyə əvvəlcədən və aydın şəkildə görünməli, hərəkətin təşkili isə sürücülərin manevr imkanlarını məhdudlaşdırmayacaq şəkildə təmin edilməlidir. Lakin mövcud yol sahəsində 1.1 üfüqi nişanlanma xəttinin yaşayış məntəqəsindən çıxış bucağında görünməməsi və məcburi istiqamət nişanlarının quraşdırılmaması Konvensiyanın bu tələblərinə uyğun deyil və onun manevri təhlükəsiz və qanuna uyğun qiymətləndirməyini obyektiv şəkildə çətinləşdirmişdir. Bundan əlavə, “Yol nişanları və siqnalları haqqında” Vyana Konvensiyasının 3-cü fəslinin maddə 29-un tələblərinə əsasən, hərəkətdə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulan nişanlanma sürücülər tərəfindən gündüz və gecə vaxtı aydın görünməli, vaxtında fərqləndirilə bilməli və hərəkət istiqamətində sürücünün baxış bucağında asanlıqla seçilməlidir. Lakin qeyd olunan yol sahəsində 1.1 nişanlanma xətti yaşayış məntəqəsindən çıxış anında sürücü üçün görünmədiyindən nişanlanmanın Konvensiyanın müəyyən etdiyi görünmə və vaxtında anlaşıla bilmə tələblərinə cavab vermədiyi aşkar şəkildə görünür. Bu isə onun hərəkətinin hüquqa zidd olduğunu əvvəlcədən dərk etməyini mümkünsüz etmişdir. Yaşayış məntəqəsindən çıxarkən sola dönməyi ilə bağlı tətbiq edilən cərimə aşağıdakı səbəblərə görə qanuni əsasdan məhrumdur: 1. YHQ-yə əsasən yol nişanları və xəttlər sürücüyə aydın görünməlidir, nişanlanmanın sıradan çıxması, yol nişanlarının natamamlığı və nişanlanma xətlərinin vaxtında yenilənməməsi səbəbindən və çıxış nöqtəsində 1.1 düz xətti günəş-kölgə səbəbindən görünmür. 2. “Qanunvericiliyə əsasən, sola dönmənin qadağan olunması yalnız “Sola dönmək qadağandır” nişanı və hərəkət hissəsində aydın görünən üfüqi düz xətt vasitəsilə tətbiq oluna bilər. Lakin qeyd olunan ərazidə qadağanedici nişan quraşdırılmamış, üfüqi nişanlanma xətti isə faktiki olaraq görünmədiyindən sürücünün mövcud tələbi aşkar şəkildə görməsi və ona uyğun davranması mümkün olmamışdır. Yaşayış məntəqəsindən çıxan sürücü qarşısında aydın şəkildə görünən tələblərə əməl etməli olduğu halda, həmin çıxış nöqtəsində nə qadağanedici nişan mövcuddur, nə də yol xətti görünür. Bu səbəbdən, sürücünün qadağanın mövcudluğunu əvvəlcədən bilməsi və ona uyğun manevr etməsi obyektiv olaraq mümkün deyil. 3. İXM 75-76-cı maddələrinə əsasən pozuntu şübhəsiz sübuta yetirilməlidir. Videoqeydiyyatçıda xətt yalnız yola çıxdıqdan sonra görünür, lakin tətbiq olunan inzibati protokolda pozuntu anının vizual olaraq aydın şəkildə görünmədiyi müşahidə olunur. İXM-in 327.2-ci maddəsində təsbit olunmuş inzibati xəta qəsdən törədildikdə inzibati məsuliyyətə səbəb olur. Lakin onun tərəfindən həmin hərəkət qəsdən törədilməmişdir. Belə ki, yaşayış məntəqəsindən yola çıxarkən 1.1 üfüqi nişanlanma xətti sürücünün baxış bucağında görünmədiyindən, sola dönməyin hər hansı qayda pozuntusu yaratdığını obyektiv olaraq dərk etmək mümkün olmamışdır. Xətt yalnız yola çıxdıqdan və irəlilədikdən sonra görünür ki, bu da pozuntu niyyəti və ya qəsdin olmadığını açıq şəkildə göstərir. Həmçinin, sözügedən yol sahəsində 4.1.2 “Məcburi hərəkət istiqaməti” nişanı və 2.5 “Dayanmadan keçmək qadağandır” nişanı (üstünlük nişanları qrupuna aid) quraşdırılmamışdır. Bu nişanların olmaması sürücünün yol şəraitini əvvəlcədən düzgün qiymətləndirməsini çətinləşdirmiş və həmin manevrin qanuna zidd olduğunu dərk etməməyinə səbəb olmuşdur. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2025-ci il tarixli, EQ 32070755 nömrəli protokol əsasında tərtib olunmuş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarda inzibati xətanın törədilməsini təsdiq edən hər hansı bir sübuta istinad edilmədiyindən, beləliklə qərar araşdırma aparılmadan, sübutlara qiymət verilmədən qəbul edildiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli, EQ 32070755 nömrəli protokol əsasında tərtib olunmuş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla X2 İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam aydınlaşdırılmamış, qərar qəbul edilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Məhkəmə hesab edir ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər onun iştirakı ilə ətraflı yoxlanılmalı, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti qismən təmin edilməli, xx.xx.2025-ci il tarixli, EQ 32070755 nömrəli protokol əsasında tərtib olunmuş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Məhkəmə, X2 inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair xahişinə münasibətdə isə qeyd edir ki, hazırkı halda məhkəmə araşdırması zamanı İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməsi hissəsində şikayət təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X2 şikayəti qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair xx.xx.2025-ci il tarixli, EQ 32070755 nömrəli protokol əsasında tərtib olunmuş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə qaytarılsın. Qalan hissədə şikayət təmin edilməsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar