Məhkəmə qərarları › İş №3(010)-5866/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5866/2024

20.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5866/2024 20.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim: Əliyev Samir İmamverdi oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X12 qızının katibliyi, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin böyük icra məmuru: X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs, Zərərçəkmiş şəxslər: X5 və X1 iştirakları ilə, xx xxxxxxx 1981-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, "xxxx" MMC-də əczaçı vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Suraxanı rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Suraxanı rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xataya dair 20 dekabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru X7 protokolu onunla əsaslandırmışdır ki, şöbənin icraatına daxil olmuş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli icra sənədinə əsasən, Şəxs X5 xeyrinə ümumilikdə 26168 manat məbləğində pul vəsaiti tutulmalıdır. İcra vərəqəsinə müvafiq olaraq icraata başlanılmış, Şəxs icra şöbəsinə dəvət olunmuş, ona qərar və bildiriş təqdim edilmişdir. Borclu təyin olunmuş borcdan indiyədək heç bir vəsait ödəməmişdir. Suraxanı Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli digər icra vərəqəsinə əsasən borclu Şəxs 9312 manat məbləğində pul vəsaiti tutularaq X1 xeyrinə ödənilməlidir. Hər iki icra sənədi üzrə borcludan izahat alınmış və borclunun əmək haqqına yönəldilərək, halhazırda tutulmaqdadır. Həmçinin borclu barəsində 08 avqust 2024-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati protokol verilmiş, məhkəmə tərəfindən 500 manat məbləğində inzibati cərimə tətbiq olunmuşdur. İcra sənədi üzrə borclu Şəxs X6 olan 26168 manat borc məbləğindən indiyədək heç bir vəsait ödəməmişdir. X2 isə hazırda olan borcu 8800 manat təşkil edir. Borclu barəsində protokol tərtib olunmuşdur. Məhkəmədə izahat vermiş borclu Şəxs bildirdi ki, borclarını etiraf edir. X2 2 ay davamlı olaraq 200 manat ödəniş edir. X6 zəng eləmiş və borcun müəyyən qismini hissəhissə ödəmək istəmiş, lakin şəxs onunla razılaşmamışdır. Aylıq 320 manat əməkhaqqından 160 manatın kredit borcuna tutulur, 2 uşağı ilə birlikdə kirayədə yaşayır və maddi imkanı zəifdir. Həmçinin əməlindən peşmandır. Qeyd olunanların nəzərə alınaraq, ona yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə izahat vermiş zərərçəkmiş şəxs X3 bildirdi ki, Şəxs etibar edilərək, ona verilmiş borcdan 8800 manat məbləğində pul vəsaiti geri qaytarmamışdır. Məhkəmədə izahat vermiş zərərçəkmiş X10 bildirdi ki, onun tərəfindən Şəxs iş qurmaq məqsədilə 40000 manat məbləğində pul vəsaiti borc olaraq verilmişdir. Borcdan müəyyən məbləğ geri qaytarılmış, 26168 manat isə borc olaraq qalmışdır. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 dekabr 2023cü il tarixli e-2(010)-4400/2023 nömrəli icra vərəqəsinə əsasən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(010)-4400/2023 saylı qətnaməsi əsasında cavabdeh Şəxs 26000 manat məbləğində pul iddiaçı X5 xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 noyabr 2023cü il tarixli e-2(010)-3637/2023 nömrəli icra vərəqəsinə əsasən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(010)-3637/2023 saylı qətnaməsi əsasında cavabdeh Şəxs 9200 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı X1 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Suraxanı rayon icra şöbəsinin icra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında qərara əsasən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(010)-3637/2023 nömrəli icra sənədi və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(010)-4400/2023 nömrəli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon İcra şöbəsinin 20 dekabr 2024cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, borclu Şəxs Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-4400/2023 saylı və xx.xx.2023-cü il tarixli, 2(010)-3637/2023 saylı icra vərəqələrinə əsasən onun qanunu tələblərini icra etmir. Şəxs qərar və bildiriş rəsmi qaydada təqdim olunmuş, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə heç bir ödəniş etməməsi, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 8800 manat borcu olması təsdiq edilir. Şəxsin müxtəlif vaxtlarda izahatı alınaraq qərarın icrası barədə xəbərdarlıq olunsada, qərarın icrasını tam icra etməmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 avqust 2024cü il tarixli 3(010)-3472/2024 nömrəli icra vərəqəsinə əsasən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(010)-3472/2024 saylı qərarı əsasında Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 500 manat məbləğində cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Göründüyü kimi Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa konnvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, onun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hüquqi cəhətdən dəyərləndirilməsi vacib olan məsələlərdən biri də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmamasıdır. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Homsbi Yunanıstana qarşı» işdə (19 mart 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasın və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışına hüquq" xəyali xarakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1ci bəndində ifadəsini tapmış müddəanın faydalılıq qüvvəsindən məhrum etmiş olur. Məhkəmə həmin fikirlərini «"xxxx" MMC Rusiya Federasiyasına qarşı» işdə (14 iyun 2005-ci il) də təkrarlamış, cavabdehin dövlətin məhkəmə qətnaməsinin icra olunmamasında vəsait çatışmazlığına istinad etməsini əsaslı hesab etməmişdir. "Roseltrans» ASC Rusiya Federasiyasma qarşı" (21 iyul 2005-ci il) işdə məhkəmə belə nəticəyə gəlmişdir ki, ağlabatan müddətdə ədalətli, açıq məhkəmə baxışının keçirilməsini nəzərdə tutan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məhkəmə qətnaməsinin icrasına təminat verməməsini təsəvvür etmək çətindir. Məhkəmə, Şəxs cəza təyin edərkən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını məsuliyyətini yüngülləşdirən hallar kimi və məsuliyyətini ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, barəsində inzibati cərimə tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə onu da nəzərə alır ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı Protokolun (Konvensiyaya və ona dair Birinci Protokola artıq daxil edilənlərdən başqa, bəzi hüquq və azadlıqların təmin olunması haqqında) 1-ci maddəsinə əsasən heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1000 (min) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar