Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5871/2024 28.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ X6 İmamverdi oğlunun sədrliyi Məhkəmə iclasının katibi X5 qızının katibliyi X1 iştirakı ilə X2 barəsində tərtib edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokol əsasında tərtib edilmiş xx.xx.2024cü il tarixli inzibati tənbeh haqqında qərarından verilmiş şikayətinə baxaraq, müəyyən etdi: X2 barəsində tərtib edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokol əsasında tərtib edilmiş xx.xx.2024cü il tarixli inzibati tənbeh haqqında qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şikayətçi X3 şikayəti müdafiə edərək, izahatında bildirmişdir ki, o, 18 dekabr 2024-cü il tarixdə idarə etdiyi «HYUNDAİ ELANTRA MİNİK» markalı, ** DY *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri Neftçilər pr-ti ərazisində hərəkdə olan zaman DYP əməkdaşları avtomobilini saxlayaraq nəqliyyat vasitəsinə vizual baxış keçirdilər. Onlar avtomobilin konstruksiyasında (asqı sistemində) dəyişiklik olduğunu bildirərək, avtomobilin arxa oturacaqlarında ona məxsus bəzi əşyalarını belə götürməyinə icazə vermədən cərimə meydançasına apardılar. O, onlara avtomobilinin konstruksiyasında heç bir dəyişiklik etmədiyini, 3 ildir ki, həmin avtomobili zavoddan əldə etdiyi qaydada istifadə etdiyini bildirərək, avtomobilə lazımi orqan tərəfindən baxış keçirilməsini xahiş etmişdir. Lakin polis əməkdaşları onun bildirdiklərinə və xahişinə heç bir məhəl qoymamışdırlar. Hal-hazırda o cərimə meydançasına yaxınlaşdıqda ona avtomobilinin asqı sistemindəki bəzi detalı dəyişməyini, ancaq o təqdirdə avtomobili meydançadan çıxara biləcəyini bildirirlər. O, avtomobili 2022-ci il tarixdə, Amerikadan sifarişlə almışdır və hal-hazıradək də onun konstruksiyasında heç bir detalı dəyişdirilməmiş, avtomobil hazırda zavod istehsalından əldə edildiyi qaydadadır. Nəzərə çatdırır ki, artıq 3 ildir ki, onun avtomobili texniki baxışdan keçirilir. Əgər avtomobilin konstruksiyasında dəyişikliklər olmuş olsa idi, texniki baxış zamanı müəyyən edilə bilərdi. O polis əməkdaşlarından dəfələrlə avtomobilinə lazımi qaydada dövlət tərəfindən və yaxud da müəyyən servislərdə baxış keçirilməsini və bu məsələnin aydınlaşdırılmasını xahiş etmişdir. Lakin, polis əməkdaşları onun bildirdiklərinə məhəl qoymadan həmin detalın dəyişdirməyini tələb edirlər. Onlar nəzərə almırlar ki, həmin detalın dəyişdirilməsi onun avtomobilində nasazlıqlara yol açacaqdır. Odur ki, onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu və həmin protokol əsasında qəbul edilmiş qərarı tamamilə qanunsuz və əsassız hesab edir. Bakı şəhər DYPŞ-nin əməkdaşları onun tərəfindən avtomobilinin konstruksiyasında heç bir dəyişiklik olmadığı halda barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmədən işə ədalətlə baxılaraq, ədalətin və pozulmuş hüquqlarının bərpa edilməsini xahiş edir. Barəsində aparılan inzibati xəta haqqında işin halları hərtərəfli tam və obyektiv araşdırılmamış, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır.Bütün bunları nəzərə alaraq, barəsində tərtib edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokol əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Səlahiyyətli orqan-Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin nümayəndəsi işə baxılmasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə səlahiyyətli orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokol əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh haqqında qərardan görünür ki, X3 18.12. 2024-cü il tarixdə saat 10:39-də Bakı şəhəri, Neftçilər prospektində Hyundai Elantra minik markalı 90DY 017 nişanlı nəqliyyat vasitəsini idarə edərkən, konstruksiyanın digər ünsürləri nasaz olan və belə nişanlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi, X2 barəsində tərtib edilmiş qərarda onun konstruksiyanın digər ünsürləri nasaz olan və belə nişanlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı əsas götürülsə də, qərarda onun konkret olaraq hansı konstruksiyanın ünsürləri nasaz olması dəqiq göstərilməmiş, eyni zamanada ondan bu barədə izahatı da alınmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin məcəllənin 84.1-ci madəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin məcəllənin 106.0, 106.5-ci madələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanma məsələsini həll edir. Həmin məcəllənin 100.1, 100.1.7-ci madələrinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.6-1-cı maddəsinə əsasən bu məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir Həmin məcəllənin 120-ci maddəsinə əsasən bu Məcəllənin 327- 356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb, sübutlara hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsaslanaraq, hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinməsi sübut olunmadığından, barəsində tərtib edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokol əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: X2 şikayəti təmin edilsin. X2 barəsində tərtib edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokol əsasında tərtib edilmiş xx.xx.2024cü il tarixli inzibati tənbeh haqqında qərar ləğv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Suraxanı Rayon Мəhkəməsinin hakimi Samir Əliyev
Məhkəmə qərarları › İş №3(010)-5871/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5871/2024
28.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver