Məhkəmə qərarları › İş №3(010)-5872/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5872/2024

28.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5872/2024 28.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ X7 İmamverdi oğlunun sədrliyi Məhkəmə iclasının katibi X5 qızının katibliyi X1 iştirakı ilə X2 barəsində tərtib edilmiş Bakı şəhəri Suraxanı rayon DYPŞ-nin xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokol əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh haqqında qərarından verilmiş şikayətinə baxaraq, müəyyən etdi: X2 barəsində tərtib edilmiş Bakı şəhəri Suraxanı rayon DYPŞ-nin xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokol əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh haqqında qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında X3 İsa oğlu şikayəti müdafiə edərək, izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Suraxanı DYPS-nin İXP6673604 saylı qərarına əsasən o, AR İXM-nin 327.2-ci maddəsi ilə 100 manat cərimə edilmişdir. O yuxarıda yaşadığı ünvanda daimi qeydiyyatdadır və orada da yaşayır. İdarə etdiyi **-DO-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi də elə həmin ünvanda qeydiyyatdadır. xx.xx.2024-cü il tarixdə ünvan 1rəkətdə olanda YPX avtomobili ona «saxla» əmri vermişdir. O qanuna əsasən, onun «saxla» əmrinə riayət etmişdir. YPX inspektoru ona bildirmişdir ki, guya o dairədə hərəkətdə olan nəqliyyat vasitəsinə yol verməmişdir. O isə öz növbəsində ona etiraz edərək, nəqliyyat vasitələrinə yol verdikdən sonra hərəkətə davam etdiyini bildirmişdir. Onun inzibati pozuntunu etdiyini tam sübut etmədən, inspektor ona İXP ******* saylı inzibati protokol tərtib etmişdir. Bu inzibati pozuntunu törətmədiyini nəzərə alaraq, xahiş edir ki, onun haqqında tərtib olunmuş protokola yenidən obyektiv şəraitdə baxılsın və YPX inspektorunun avtomobilində yerləşdirilmiş kameraların görüntülərinə onun iştirakı ilə baxılmasına şərait yaradılsın. Əgər nəqliyyat vasitələrinə yol vermədiyi sübut olunarsa, o inzibati məsuliyyət daşımağa hazırdır. Əks halda, inzibati xəta haqqında qərarın ləğv olunmasına köməklik göstərilməsini xahiş edir. Bu məsələ ilə bağlı iki dəfə Aspay üzərindən müraciət (№ 3-13-16/1-B-1886xx/xx/2024 və № 3-13-16/1- B-188647/2-11/2024), bir dəfə də Bakı şəhəri BDYP idarəsinə müraciət (3-13-16/1-B-188647/3-11/2024) qaldırsa da müraciətinə baxılmayıb. Əlavə olaraq 5 dəfə də Suraxanı RPİ-nə (3-cü, 4-cü otaq) yaxınlaşmağına baxmayaraq onun müraciətinə baxılmır. Onu müxtəlif vaxtlarda dəvət edirlər və gəldikdə yenə vaxtı dəyişirdilər. Gah da get məhkəmiyə müraciət et deyiblər. Bütün bunları nəzərə alaraq, barəsində tərtib edilmiş Bakı şəhəri Suraxanı rayon DYPŞ-nin xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokol əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Səlahiyyətli orqan-Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin nümayəndəsi işə baxılmasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə səlahiyyətli orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokoldan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı rayon DYPŞ-nin xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokol əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh haqqında qərarla X4 xx.xx.2024-cü il tarixdə saat 21:41-də Bakı şəhəri, C.Qurbanov küçəsi(Qaraçuxur,4.GPS **********99763792 ərazidə X9 minik markalı ** DO *** nişanlı nəqliyyat vasitəsini idarə edərkən, yol ayrıcını keçmə qaydalarını riayət etməməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi, X2 barəsində tərtib edilmiş qərarda onun “yol ayrıcını keçmə qaydalarını riayət etməməsi” əsas götürülsə də, qərarda onun konkret olaraq hansı yol ayrıcı dəqiq göstərilməmiş, eyni zamanada ondan bu barədə izahatı da alınmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin məcəllənin 84.1-ci madəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin məcəllənin 106.0, 106.5-ci madələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanma məsələsini həll edir. Həmin məcəllənin 100.1, 100.1.7-ci madələrinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.6-1-cı maddəsinə əsasən bu məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir Həmin məcəllənin 120-ci maddəsinə əsasən bu Məcəllənin 327- 356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb, sübutlara hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsaslanaraq, hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinməsi sübut olunmadığından, barəsində tərtib edilmiş Bakı şəhəri Suraxanı rayon DYPŞ-nin xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokol əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: X2 şikayəti təmin edilsin. X2 barəsində tərtib edilmiş Bakı şəhəri Suraxanı rayon DYPŞ-nin xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokol əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh haqqında qərar ləğv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Suraxanı Rayon Мəhkəməsinin hakimi Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar