Məhkəmə qərarları › İş №3(010)-59/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-59/2023

17.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-59/2023 17.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X6 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında MN ******* saylı, 15 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsinə dair X6 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X6 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli MN ******* № li qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, DƏMX-nin Bakı şəhər İdarəsi xx.xx.2022-ci il tarixli MN ******* № li qərarı ilə X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli hesab edərək 1700 (bir min yeddi yüz) manat məbləğində cərimə edilməyi haqqında qərar çıxarmışdır. DƏMX-nin Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli MN ******* № li qərarını tamamilə qeyri-qanuni və əsassızdır. Belə ki, DƏMX-nin Bakı şəhər İdarəsi həmin qərarı çıxararkən X11 tərəfindən təqdim edilmiş şübutlara heç bir əhəmiyyət verməmiş və buna görə də qeyri-qanuni və əsassız qərar çıxarmaqla hüquqlarını kobud şəkildə pozmuşdur. Əvvəla, DƏMX-nin Bakı şəhər İdarəsi xx.xx.2022-ci il tarixli MN ******* № li qərarını AR İXM-nin 115.1.4-cü maddəsinin tələblərini pozmaqla çıxarılmışdır. Çünki həmin qərardan inzibati xətanın və X6 həmin inzibati xətanı törətməkdə təqsirinin konkret olaraq nədən ibarət olmasını müəyyən etmək mümkün deyil. Belə ki, DƏMX- nin Bakı şəhər İdarəsi çıxardığı qərarda yalnız Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “b” bəndinin tələblərinin pozulması qeyd etməklə kifayətlənmişdir. Lakin qeyd edilən pozuntunun mahiyyəti və nədən ibarət olması barədə heç bir məlumat verilməmişdir. Bununla da DƏMX-nin Bakı şəhər İdarəsi həm Azərbaycan Respublikası İXM-nin tələblərini həm də hüquqlarını kobud şəkildə pozmuşdur. DƏMX-nin Bakı şəhər İdarəsinin törədilməsinə istinad etdiyi inzibati xəta pozuntusu X6 direktoru olduğu "xxxx" MMC ilə bağlıdır, "xxxx" MMC-nin faktiki ünvanı, yəni fəaliyyət göstərdiyi ünvan ünvan 1in Bakı səhər İdarəsi törədilməsinə istinad etdiyi inzibati xətanın törədilmə yerinin "xxxx" MMC-nin ofisi, yəni Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İlqar Məmmədov küçəsi, ev 30A-a olmasını baxımından inzibati xətanın törədilmə yeri kimi Suraxanı rayon məhkəməsinə müraciət etmişdir. Həmçinin DƏMX-nin Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli MN ******* № li qərarı 19 dekabr 2022-ci il tarixində X10 əlbə-əl verilmişdir. Odur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli MN ******* № li qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X6 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil şikayəti müdafiə edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli MN ******* № li qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi xahiş etmişdir. Məhkəmənin 09 yanvar 2023-cü il tarixli iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X6 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, protokolda 70-ci maddənin B bəndi yazılmış, ancaq davamında heç bir şey yoxdur, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 bildirir ki, ixtisar qaydasını pozulmuşdur. Lakin səbəbini bildirmiyiblər. O ərəfədə iki müəssisə bir ərazidə birləşdirildiyindən, bəzi parallel ixtisas bitirən işçiləri ixtisar elədilər. İxtisar olunmuş işçiyə son haqq-hesab, müavinəti, əmək kitabçası verilmiş, hətta əmri hamısında da ixtisar olunduğu yazılıb. İxtisar olunmuş işçi əmrin sürətini alıb, gedib məşğulluqda qeydiyyata durub və müavinət alır. Xəbərdarlıq hətta əlbə-əl verilmişdir. İşçi özü şikayət etmir, öz razılığı ilə müavinəti almışdır. Əmək Müfəttişliyində bununla bağlı qeyd olmalıdır. İşçinin şikayəti qeyri-iş günlərində işləməsi ilə bağlıdır, o deyir ki, onun ödənişini tələb edir. Sadaladıqları hallar işçinin məlumatlı olduğunu bildirir. Əmək Müfəttişliyi göndəriş göndərir ki, “bu adamı bərpa et”, lakin bu şəxs başqa bir yerdə saat 09.00-dan 18.00-dək işləyir, onu bərpa etmək artıq qeyri-mümkündür. Vətəndaşa son müavinəti çıxarılıb, vətəndaş iki gündən sonra yaxınlaşaraq ona əskik müavinət verildiyini bildirmişdir. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, texniki səhv olmuş və baza olan, sənəd də tapılmamışdır. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati tənbeh vermə haqqında qərardan şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X11 barəsində qəbul edilmiş inzibati xəta haqqında qərar ləğv edilməlidir. Belə ki, iş materiallarında olan MN ******* saylı, 15 dekabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 və X2 əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Nəticədə, X11 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və o,1500 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli əmrdən görünür ki, "xxxx" ММC tərəfindən X4 əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 (b) – işçilərin sayı və ya ştatları ixtisar edildikdə əsası ilə 06 sentyabr 2022-ci il tarixdə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli əmrdən görünür ki, "xxxx" ММC tərəfindən X2 əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 (b) – işçilərin sayı və ya ştatları ixtisar edildikdə əsası ilə 30 sentyabr 2022-ci il tarixdə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ММC tərəfindən "xxxx" ММC-nin satış şöbəsində sahə üzrə satış meneceri vəzifəsində çalışan X7 və X3 verilmiş xəbərdarlığa əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin strukturunda müvafiq dəyişikliklər həyata keçirilmiş və xx.xx.2022-ci il tarixli 01 nömrəli ştat cədvəlinə əsasən tutduğu Sahə üzrə satış meneceri vəzifəsi ştatın ixtisar olunduğu, bununla əlaqədar, bu xəbərdarlığı aldığı gündən 6 (altı) təqvim həftəsindən sonra bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən xitam veriləcəyi, sözügedən xəbərdarlıq müddəti ərzində iradəyə uyğun olaraq əvvəlcədən razılaşdırılmış gündə əmək haqqı saxlanılmaqla hər iş həftəsində bir iş günü müddətində əmək funksiyalarınızın icrasından azad edilərək iş axtarmağa imkan yaradılması, xəbərdarlıq müddəti ərzində ixtisasınıza (peşənizə) uyğun olan vakant ştat vahidləri müəyyən edilərsə, bu barədə Sizə əlavə məlumat veriləcəyi, eyni zamanda qeyd olunur ki, yazılı razılıq olduğu təqdirdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinin tələbinə uyğun olaraq, hazırkı xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 1,4 misli miqdarında bir dəfəlik ödəniş edilməklə onunla bağlanılmış əmək müqaviləsinə həmin Məcəllənin 70-ci maddəsinin "b" bəndinə əsasən xitam verilə biəcəyi və bu xəbərdarlıq xx.xx.2022-ci il tarixində qüvvəyə minəcəyi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş əmək haqqı üzrə çıxarışa əsasən, X3 30 sentyabr 2022-ci il tarixi üzrə 11677,21 manat və 03 oktyabr 2022-ci il tarixə 1374,87 manat məbləğində əmək haqqı ödənilmişdir. İş materiallarına əlavə edilmiş əmək haqqı üzrə çıxarışa əsasən, X1 2022-ci il tarixi üzrə 9800,84 manat və 983,77 manat məbləğində əmək haqqı ödənilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən X7 əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi xx.xx.2022-ci il tarixində sistemə daxil edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən X7 əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmr xx.xx.2022-ci il tarixində verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı məddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Bundan əlavə İXM-nin 192.6-cı maddəsi ilə bağlı tərtib edilən qərarda göstərilən xəta ilə bağlı hər hansı bir pozuntunun o cümlədən əmək qanunvericiliyinin müdəallarının işçiyə qarşı pozulmamasına dair sübutları (əmək müqaviləsinə xitam verilməsi ilə bağlı elektron bildirişi, əmək haqqı üzrə çıxarışlar, həmçinin əmək müqaviləsinə xitam verilməsinə dair əmr) təqdim etmişdir. Şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş protokol əsasında, səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini, törədildiyi təqdirdə təqsirin mövcud olubolmadığıı müəyyən etmək üçün əlavə sübut toplamadan, həmin protokolla kifayətlənib, inzibati tənbeh qərarı çıxarmışdır. Şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X5 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-nin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXM- nin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. İnzibati xətalar məcəlləsinin məqsədi inzibati xəta hadisələrinin qarşısının alınması və şəxsləri inzibati xəta törətməkdən çəkindirmək məqsədi daşıyır. Məhkəmə hesab edir ki, səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Həmin protokoldakı əməlin şəxs tərəfindən törədilməsini təsdiq edən İXM-nin 76-cı maddəsində sadalanmış digər sübut növləri mövcud olmalıdır. Lakin iş üzrə məhkəməyə belə bir sübut səlahiyyətli orqan tərəfindən təqdim edilməmişdir. Çünki məhkəmə hazırkı işə baxılması ilə əlaqədar şəxsin təqsirini müəyyən edən sübutları qərar qəbul etmiş səlahiyyətli orqandan tələb etmiş, lakin məhkəməyə əlavə hər hansı bir sübut təqdim edilməmişdir. Ona görə də əməlin mövcudluğu ilə razılaşmadığı şəraitdə tərtib edilmiş mübahisəli protokol əsasında, digər hər hansı bir sübut olmadığı şəraitdə şəxsin inzibati xəta törətməsində aradan qaldırılmamış şübhələr mövcud olmaqdadır. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Yuxarıda sadalananları tətbiq edərək məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında MN ******* saylı, 15 dekabr 2022-ci il tarixli qərarı ləğv olunmalı, X11 barəsində aparılmış inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51,53.1.6-cı, 115, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında MN ******* saylı, 15 dekabr 2022-ci il tarixli qərarı ləğv olunsun. X11 barəsində aparılmış inzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar