Məhkəmə qərarları › İş №3(010)-59/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-59/2025

07.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-59/2025 07.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş Suraxanı rayon Polis İdarəsinin 30-cü Polis bölməsinin sahə rəisi X5, Zərərçəkmiş şəxs X2 iştirakı ilə, Şəxs, xx.xx.1960-cı ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Lerik Rayonu, Şingədulan Ərazi Dairəsi, Şingədulan kəndində qeydiiyatda olan, ünvan 1 ünvanında yaşayan, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi 30-cu Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan qəsəbəsi, Südçülük Sovxozu ərazisində X3 döyərək dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Bununla da o, İXM-İn 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi 30-cu Polis Bölməsi tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında sürücü olduqlarını, eyni yolda işlədiklərini, sərnişin daşıdıqlarını, hadisənin küçədə olduğunu və həmin yerdə də kameraların olduğunu, zərərçəkmiş şəxsə heç bir xəsarət yetirmədiyini, sadəcə olaraq aralarında vaxt məsələsinə görə mübahisə yaranmış olduğunu, ona heç bir fiziki güc və yaxud zərbə yetirmədiyini, həmçinin də zərərçəkmiş şəxsin ona xəsarət yetirmədiyini, zərərçəkmişı şəxsin yalan danışdığını və ona şər atdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X6 izahatında X1 RPİ-nin 30-cu PŞ-nə vermiş olduğu ərizə və izahatında bildirmişdir ki, təqribən 6 aydır ki, etibarnamə ilə idarə etdiyi Mercedes markalı 10-M-798 dövlət qeydiyyat nişanlı avtomobilə qəsəbə arası sərnişin daşıyır. xx.xx.2024-cü il tarixdə onunla eyni ərazindən sərnişin daşıyan **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Xalidlə aralarında sərnişin daşımağa görə mübahisə yaranmışdır. O avtomobilə maneçilik yaratmış ona bildirmişdir ki, “ağllı ol” çıx get. Xalid isə “mənə kim nə edə bilər” demişdir. Xalidə onun barəsində dövlətə şikayət edəcəyini tədbir görüləcəyini istəyəcəyini qeyd etmişdir. Bu səbəbdən aralarında yaranmış mübahisə zamanı Xalid bir dəfə yumruqla onun çənəsindən, sonra isə baş nahiyəsindən vurmuş, ünvanına nalayiq ifadələr işlədərək təhqir etmiş, o da dərhal DİN-in 102 zəng mərkəzinə zəng edərək döyülməsi barədə şikayət vermişdir. Odur ki, o, Şəxs barəsində qanunmüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi 30-cu Polis Bölməsin sahə rəisi X8 protokola uyğun izahat verərək, inzibati protokol tərtib edilmiş şəxsin inzibati qaydada həbs edilmısini xahiş etdi. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 09 dekabr 2024-cü il qərardan görünür ki, vətəndaş X2 DİN-in 102 «Xidməti-Zəng» mərkəzi sisteminə etdiyi müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilməsi, hadisəni törətmiş Şəxs Azərbayca Respublikas İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün toplanmış rədd materialı qəbul edilmiş qərarın surəti ilə birlikdə icra edilməsindən ötrü inzibati ərazidə xidmət aparan sahə inspektoruna həvalə olunması, qəbul edilmiş qərarın surəti məlumat üçün qanunla müəyyən edilmiş maraqlı tərəflərə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna göndərilməsi qərara alınmışdır. İş materiallarında olan MTE və PA ETT Birliyinin xx.xx.2024-cü il tarixli 962 saylı ekspert rəyindən müəyyən edilmişdir ki, X2 bədən səthində təpə nahiyyəsinin sıyrığı, qulağın selikli qişasının qansızması xəsarətləri aşkar edilmiş, qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd edilən müddətdə, yəni 27.141.2024-cü il tarixdə əmələ gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətlərin lokalizasıyasına və xüsusuyiiyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin digər şəxslər tərəfindən vurulma nəticəsində alınmaları inkar olunmur. Lakin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inkar olunur. İXM-İn 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol zərərçəkmiş şəxsin izahatı və məhkəmə tibbi-ekspertizasının rəyi ilə sübuta yetirilmiş, inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdiklərini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmiş, zərərçəkmiş şəxsin dediklərini böhtan adlandırsa belə, onu təkzib edən hər hansı sübut və ya dəlil gətirməmiş, Xalid İsgəndərovun inzibati məsuliyyətini istisna edən və icraatı rədd edən halllar müəyyən edilməmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və yaşını nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək, 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2025-cü il tarixindən, saat 16:35dən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar