Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5905/2024 26.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, məhkəmə iclas katibi X9 qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin sahə rəisi, polis mayoru X4, müdafiəçi – 09 saylı Vəkil Bürosunun vəkili X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1962-ci il tarixdə Astara rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta ixtisas təhsilli, "xxxx" ASC-də usta işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs istifadəsində olan ***-***-**-** nömrəsilə DİN-in 102 xidmətinə zəng vuraraq DİNin ünvanına qeyri-etik ifadələr işlətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin sahə rəisi, polis mayoru X7 protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərdi ki, Mahirə Ağayeva adlı şəxslə sosial şəbəkədə tanış olmuş, Mahirə özünü ona Türk Səfirliyinin vəkili kimi təqdim etmişdir. O və Mahirə arasında onu vəkil kimi təmsil etmək üçün razılıq əldə olunmuşdur. Mahirə ondan ümumilikdə 1400 manat pul istəmiş, o, imkanı olmadığını bildirərək başqa şəxslərdən borc alaraq ümumilikdə Mahirəyə 1100 manat pul ödəmiş, əlavə yol pulu üçün 100 manat ödəmişdir. Mahirə məhkəmə iclaslarında iştirak etmədiyindən o, aldadıldığı başa düşmüş, DİN-in 102 xidmətinə zəng etmiş, onu polis idarəsinə yönəltmişlər. Bundan sonra onun işinə baxılmadığından o, bir neçə dəfə DİN-in 102 xidmətinə zəng etmiş və polis idarələrinə getmişdir. Sonuncu dəfə DİN-in 102 xidmətinə zəng edərkən əsəbi olmuşdur, əməlindən peşmandır. O, iki dəfə infarkt keçirmişdir, şəkər xəstəsidir, açıq ürək əməliyyatı olmuşdur, normal qaydada gəzə bilmir. Göstərilənlərə əsasən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs müdafiəçisi X1 Bəhram Əhməd oğlunun göstərdiyi xüsusatları müdafiə edərək bildirdi ki, Şəxs qeyd etdiklərindən görünür ki, onun özünə qarşı haqsızlıq, yəni süründürməçilik olub, o, qeyri-qanuni hərəkətlərin qurbanı olub. Şəxs yaşı çoxdur, xəstədir. Poliklinikanın verdiyi kitabçadan görünür ki, Şəxs sağ üz siniri neyropatiyası var, yəni əsəb pozğunluğu var. Göstərilənlərə əsasən Şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs istifadəsində olan ***-***-**-** nömrəsilə DİN-in 102 xidmətinə zəng vuraraq DİNin ünvanına qeyri-etik ifadələr işlətmişdir. Bu səbəbdən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; inzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli, AZA 022512 saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 16:30-da inzibati qaydada tutulmuşdur; iş materiallarına AR DİN 102 Xidməti-Zəng mərkəzi sistemi vasitəsilə aparılan telefon danışığına dair bir ədəd disk əlavə olunmuşdur; iş materiallarına əlavə edilmiş xəstəliyə dair sənədlərdən görünür ki, Şəxs sağ üz siniri neyropatiyası, ürəyin işemik xəstəliyi, şəkər xəstəliyi vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs istifadəsində olan nömrə ilə DİN-in 102 xidmətinə zəng vuraraq DİN-in ünvanına qeyri-etik ifadələr işlətmişdir. Bununla da, Şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən hal kimi Şəxs əməlindən peşman olması və xəstəliyi olması nəzərə alınır. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları, ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli 25 dekabr 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 193-cü maddəsinə uyğun olaraq Şəxs hüquqlarını Vəkillər Kolegiyasının üzvü X6 müdafiə etmişdir. Həmçinin, məhkəmə hesab edir ki, vəkil X3 Şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 4 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 24 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN **********) ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 05 (beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 25 dekabr 2024-cü il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Vəkil X3 Şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 4 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 24 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN **********) ödənilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(010)-5905/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5905/2024
26.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver