Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5925/2023 14.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, X4 katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs, Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin sahə inspektoru polis kapitanı X1 iştirakı ilə, xx.xx.1980-ci ildə Fizuli rayonu, Qaraxanlar kəndində anadan olmuş, orta təhsilli, subay, işləməyən, Fizuli rayonu, ünvan 1 ünvanında yaşayan, Şəxs barəsində Suraxanı rayon Polis İdarəsinin 30-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏNETDİ İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 14 dekabr 2023-cü il tarixli protokola əsasən xx.xx.2023-cü il tarixdə saat 23:11-də, Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayan Şəxs ***-***-**-** saylı mobil nömrə ilə DİN-nin 102 xidmətinə zəng edib, DİN-nin rəhbərliyinin ünvanına nalayiq ifadələr işlətməklə ictimai qaydanı kobudcasına pozmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə iclasında Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin sahə inspektoru polis kapitanı X2 izahatında protokola uyğun izahat verərək, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan əməli törətdiyinə görə inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onun içki içməsinə görə Suraxanı rayon Polis İdarəsinin 30-ci Bölməsi şikayətlərinə baxmır, belə ki, dostu ilə yaranmış problemlə əlaqəli olaraq şikayət etmiş, həmin şəxsin ifadəsini alaraq evə buraxmışlar, bundan əlavə ailə problemləri də olmuş, DİN-nin 102-xidmətinə zəng etməsinin səbəbi Hövsan qəsəbəsi polis əməkdaşlarının ona köməklik göstərməsi ilə bağlı olmuşdur. Sonda o, həbslə bağlı olmayan qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Azərbaycan Respublikası İXM-nin 101.3 və 102.5-ci maddələrinə əsasən inzibati araşdırma aparıldığı halda inzibati xəta haqqında protokol bir aydan artıq olmayan müddətdə tərtib olunur. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halllarını müəyyən etməmişdir. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halını və ağırlaşdıran halının olmamasını nəzərə alıb hesab edir ki, onun barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğun deyil və o, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh olunmalıdır. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan müəyyən olunur ki, Şəxs xx.xx.2023-cü il tarixdən saat 17:20-dən tutulmuşdur. Məhkəmə hesab edir ki, tutmanın əvvəli həmin vaxtdan hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38.3, 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 05 (beş) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin başlanğıcı, inzibati qaydada tutulduğu tarixdən, yəni xx.xx.2023-cü il tarixdən saat 17:20-dən hesablansın. İnzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi hissəsində qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və alındığı gündən 10 (on) gün müddətində qərardadn Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-5925/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5925/2023
14.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver