Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-594/2021 14.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Suraxanı rayon DYPŞ Yol patrul xidmətinin inspektoru, polis serjantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Suraxanı rayon DYPŞ Yol patrul xidmətinin Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsi ilə tərtib etdiyi inzibati xəta haqqında protokola baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Suraxanı rayon DYPŞ Yol patrul xidmətinin inspektoru polis serjantı X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair İXP seriyalı 13.04.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə ijlasında izahat vermiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilməyərək göstərmişdir ki, o, 13.04.2021-ci il tarixdə idarə etdiyi “Opel Astra” minik markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli küçəsi ilə hərəkətdə olarkən, Suraxanı rayon Polis İdarəsinin YPX-nin əməkdaşının “saxla” əmrinə tabe olmayaraq yayınmağa çalışmışdır. Bu əmələ görə o, Suraxanın rayon Məhkəməsinin qərarı ilə AR İXM-nin 535.1-ji maddəsi ilə təqsirli bilinərək, barəsində inzibati jərimə tənbeh növü təyin edilmişdir. Lakin o, nəqliyat vasitəsini idarə edərkən, AR İXM-nin 511.1-ji maddəsinin tərkibini yaradan heç bir hərəkətlərə yol verməmişdir. Məhkəmə ijlasında izahat vermiş Suraxanı rayon DYPŞ Yol patrul xidmətinin inspektoru, polis serjantı X3 göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 13.04.2021-ci il tarixdə idarə etdiyi “Opel Astra” minik markalı, **-SO- *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli küçəsi ilə hərəkətdə olarkən, Suraxanı rayon Polis İdarəsinin YPX-nin əməkdaşının “saxla” əmrinə tabe olmayaraq yayınmağa çalışmışdır. Bu zaman sürüjü ötmə qaydalarını pozaraq, digər nəqliyat vasitəsini ötüb keçmiş və qəsəbəyə daxil olmuş, daha sonra isə yenə də ötmə qaydalarını pozaraq, hərəkətdə olan avtobusu ötüb keçmiş, bundan sonra isə onların təkidi nətijəsində nəqliyyat vasitəsini saxlamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ötmə qaydalarını pozarkən, aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə, mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə və ya mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına yönəlmiş hərəkətlərə yol verməmişdir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs ona istinad edilən inzibati xətanı törətməsi faktı aşağıdakılara əsasən sübut olunmur. X1 Xətalar Məjəlləsinin 511.1-ji maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: 511.1.1. aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə; 511.1.2. mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə; 511.1.3. mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə inzibati məsuliyyətə səbəb olur. Lakin məhkəmə ijlasında dindirilmiş proses iştirakçılarının izahatlarından, həmçinin, məhkəmə ijlasında baxılaraq tədqiq edilmiş videogörüntülərdən Şəxs nəqliyyat vasitəsini idarə edərkən, aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsi, mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsi və ya mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması müəyyən olunmur. Bu səbəbdən onun əməlində Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan inzibati xətanın əlamətləri aşkar olunmur. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; 53.0.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.0.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.0.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.0.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.0.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.0.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.0.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda. Məhkəmə hesab edir ki, məhkəmə araşdırmasının nəticəsi olaraq barəsində inzibati protokol tərtib edilmiş Şəxs ona istinad edilən inzibati xətanı törətməsi qənaətinə gəlmək olmaz. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs qeyd olunan inzibati xətanı törətməsi faktı sübuta yetmədiyindən, onun barəsində inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası İXM-nin 43-48, 106- 115 və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-in 511.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı sübuta yetmədiyindən, onun barəsində olan inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-594/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-594/2021
14.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver