Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5957/2025 08.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X9 qızının katibliyi, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru X4, zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Suraxanı rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, borclu Şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2866/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədini qərəzli olaraq icra etməmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru X7 məhkəmənin əvvəlki iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək qeyd etdi ki, icra sənədi icraata daxil olduqdan sonra borclu icra şöbəsinə dəvət edilmiş, qərar və bildirişlə tanış olmuş, izahatı alınmışdır. Borclu izahatında borcu tam ödəmək imkanının olmadığını bidirmişdir. Borclu barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə təqdim olunmuş və o, 500 manat məbləğində cərimə olunmuşdur. Bugün Şəxs 400 manat ödəniş etmişdir. X7 məhkəmənin sonuncu iclasında bildirmişdir ki, hazırda Şəxs 2843 manat borcu ödənilməmiş qalmışdır. Beləliklə, borclu şəxs Şəxs barəsində qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmənin əvvəlki iclasında zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi X2 izahatında göstərmişdir ki, borclular az miqdarda hissə-hissə ödəniş edirlər, bugün isə Müslüm ona 400 manat ödəyəcəyini demiş, o, razı olmamışdır. Məhkəmənin sonuncu iclasında X2 bildirmişdir ki, O, borcun tam olaraq birdəfəlik ödənilməsini, əks halda Şəxs inzibati qaydada həbs edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, işində problem olduğundan borcu tam ödəyə bilməmişdir. Borcu hissə-hissə ödəyir, bugün isə 400 manat ödəmişdir. Məhkəmənin sonuncu iclasında Şəxs bildirmişdir ki, ödəniş etmək istəsə də, tələbkar kartı ləğv etdiyindən ödəyə bilməmişdir. Ümumilikdə borcun ona düşən hissəsindən məhkəmə dekabr ayında 1200 manat ödəniş etmişdir. Hazırda 200 manat ödəniş edə bilər. Göstərilənlərə nəzərə alaraq ona vaxt verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2866/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin surətindən görünür ki, iddia təmin edilmiş, cavabdehlər X5, Şəxs və X3 müştərək qaydada 13500 (on üç min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməli, iş üzrə ödənilmiş 131 manat məbləğində dövlət rüsumu və hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş 300 manat məbləğində pul vəsaiti cavabdehlər X5, Şəxs və X3 müştərək qaydada tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir; icraata başlama haqqında xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2866/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən iş üzrə icraata başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs təqdim olunmuşdur; Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-2302/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inibati xətanın törədilməsində təqsirli bilinmiş və onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir; ödəniş qəbzlərindən görünür ki, xx.xx.2025-ci il tarixdə YU*** MU********in kart hesabına 400 manat; xx.xx.2025-ci il tarixdə YU*** MU********in kart hesabına 400 manat məbləğində pul vəsaiti mədaxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 110.1-ci maddəsinə əasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun, zərərçəkmiş şəxsin nümayəndəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2866/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu tərəfindən ödənişlər edilmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin dispozisiyasına əsasən həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən icra sənədi üzrə borcdan ödənişlər edilməsi qismən təmin olunmaqla icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan, Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Məhkəmə borclunun daha artıq miqdarda ödəniş etmək imkanına malik olması, lakin borcunu üzrsüz səbəbdən ödəməməsi halları işin məhkəmə baxış zamanı müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(010)-5957/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5957/2025
08.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver