Məhkəmə qərarları › İş №3(010)-597/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-597/2021

15.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-597/2021 15.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, xx xxxx 1997-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsi Aşıq Ah küçəsi ev 10 mənzil 43-də qeydiyyatda olan, Bakı şəhəri Sabunçu rayonu Savalan qəsəbəsi Yeni tikili nömrəsiz evdə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsi, ev 10, məzil 43-də yaşayan Şəxs narkotik maddələrin isitafadəsində şübhəli bilindiyi üçün Suraxanı RPİ-nin 32-ci PBnə dəvət olunmuş, və 08.04.2021-ci il tarixli 1066 saylı tibbi ekspert rəyinə əsasən narkotik maddələrin istifadəçisi olması müəyyən edilmişdir Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək bildirmişdir ki, 18.04.2021-ci il tarixdə saat 08:30 radələrində Qaraçuxur qəsəbəsi Aura şadlıq sarayının yaxınlığında olarkən polis əməkdaşı ona yaxınlaşaraq narkotik vasitə istifadə etməkdə şübhəli olduğunu bildirmiş və onu bu səbəbdən PB-nə dəvət etmişdir. O, polis əməkdaşı ilə razılaşıb polis bölməsinə gəlmişdir. Orada ondan narkotik istifadə edib etmədiyi soruşulduqda o, narkotik maddə istifadə etdiyini etiraf etmişdir, lakin üzərində olmadığını bildirmişdir. Bu səbəbdən onun razılığı ilə əməkdaşlar onu Maştağa qəsəbəsində yerləşən Narkoloji Mərkəzə aparmışlar, orada analizidə narkotik istifadə etdiyi öz əksini tapmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı onun özünün səmimi etirafı ilə yanaşı, iş materialları təsdiq olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X1-Narkoloji tibbi yoxlamanın 14.04.2021-ci il tarixli 1093 №-li rəyindən görünür ki, vət. Şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metanfetamində sui-istifadə edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. İşin faktik hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati həbs tətbiq edilməlidir. Həmçinin qeyd olunur ki, Azərbaycan Respublikası İXM-nin 37.1, 37.3, 37.4, 37.5, 37.7-ci maddələrinə əsasən «İnzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur», «Barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar», «Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir», «Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir», «İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 133-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 14.04.2021-ci il saat 21.10-dan hesablansın. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, inzibati həbs növündə inzibati tənbehi çəkib qurtardıqdan sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində narkomaniyadan məcburi müalicəyə cəlb olunmaqla, inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Qərarın bu hissədə icrası və icrasına nəzarət öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsinə, inzibati həbs yerinə və Şəxs yaşayış yeri üzrə probasiya qurumuna həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar