Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-598/2020 24.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayonu İcra və probasiya şöbəsinin icra məmuru Dövlətov Rəşad Əlizaman oğlunun, tələbkar X4 iştirakı ilə xx xxx 1979-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 103 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, bina 4, ev 14 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru Dövlətov Rəşad Əlizaman oğlunun tərtib etdiyi xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən xx xxxxxx 2018-ci ildə verilmiş xx xxxxxx 2018-ci il tarixli 2(010)-3295/2018 nömrəli icra vərəqəsinə əsasən xx xxxxxx 2007-ci il təvəllüdlü X6 və xx xxxxxx 2013-cü il təvəllüdlü X5 boşanmadan sonra cavabdeh Kərimova (Mustafayeva) Nuranə İlqar qızının yanında qalmaları müəyyən edilmiş, xx xxxxxx 2007-ci il təvəllüdlü X6 və xx xxxxxx 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay hər bir uşağa görə 154 (yüz əlli dörd) manat olmaqla sabit pul məbləğində alimentin tutularaq iddiaçı Kərimova (Mustafayeva) Nuranə İlqar qızına ödənilməsi, alimentin hesablanmasının və ödənilməsinin xx xxxxxx 2018-ci ildən etibarən həyata keçirilməsi qət edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 2(010)-3542/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019cu il tarixli qətnaməsi ilə xx xxxxxx 2007-ci il təvəllüdlü X6 anası X2 alınaraq atası Şəxs verilməsi, Şəxs həmin uşağa görə aliment ödəməkdən 2019-cu ilin may ayından etibarən azad olunması qət edilmişdir. İcra vərəqəsi icra olunmadığından icra məmuru tərəfindən məhkəməyə müraciət olunmuş, Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 3(010)-598/2020 nömrəli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Tələbkar X1 Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 3(010)-598/2020 nömrəli qərarından apellyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 3(010)-598/2020 nömrəli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan, icra işindən və icra məmurunun məhkəməyə bildirdiklərindən həmçinin görünür ki, müvafiq icra sənədi üzrə xx.xx.2018-ci il tarixdə icraata başlamaq haqqında qərar verilmiş, borcun 10 gün müddətində könüllü ödənilməsi ilə bağlı borclu Şəxs bildirişlər göndərilmişdir. Borclu şöbəyə gələrək uşaqlardan birinin onun yanında yaşamasını, alimenti ödəməkdən imtina etmədiyini bildirmişdir. buna baxmayaraq, borclunun bu gün üçün aliment borcu Suraxanı Rayon Məhkəməsinin 2(010)-3542/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi də nəzərə alınmaqla 2.459 manat təşkil edir. Borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədilə müxtəlif orqanlara sorğular göndərilmiş və borclunun adına icra sənədinin icrasına yönəldilə biləcək başqa əmlak aşkar edilməmişdir. İcra məmuru hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Göstərilənlərə əsasən ona qanunla nəzərdə tutulan inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs aliment borcuna tam ödəyə bilmədiyini maddi imkansızlığı ilə izah etmişdir. Həmçinin qeyd edir ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-3542/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən sonra oğlu – xx xxxxxx 2007-ci il təvəllüdlü X11 bir müddət onun yanında qalıb. Həmin dövrdə uşağa onunla yanaşı anası, bacıları və bacısının qızları baxırdılar. Lakin xeyli müddətdir ki, X11 yenidən anası X3 yanına gedib və onunla qalır. Beləliklə, hazırda uşaqlarından heç biri onun yanında faktik qalmırlar. Alimenti bir müddət ödəməməsi uşaqlardan birinin müəyyən müddət ərzində onun yanında qalması ilə bağlı olub. Tələbkar X8 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, borclunun məhkəmə qətnaməsi ilə təyin olunmuş alimenti ödəmək üçün kifayət qədər imkanı var. Alimenti ödəməməsi isə onu incitmək məqsədi güdür. Həqiqətən də məhkəmə qərarı ilə uşaqlardan biri barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin himayəsinə verilmiş, lakin o, uşağa yaxşı baxmadığına görə uşaq xeyli müddətdir ki, yenidən onun (tələbkarın) yanına gəlmişdir. Hazırda isə uşağı X11 atası Şəxs yanına qayıtmaq istəmir. Ona görə də sənədlər hazırlayır ki, həmin uşağın onun himayəsinə qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırsın. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla müəyyən edilmiş tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə tərəfindən müəyyən edilmiş alimenti üzrsüz səbəbdən ödəməmişdir. Göstərilənlərə əsasənŞəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli xx xxxxxxxx 2020-ci il saat 12.50-dən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-598/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-598/2020
24.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver