Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-6/2021 14.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş vəzifəli şəxs X1 iştirakı ilə, X1, 24 iyun 1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 0T0NXTQ, evli, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi, 26 nömrəli evin 54 nömrəli mənzilində qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinin rəisi X7 tərəfindən qəbul edilmiş 22 may 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinin baş əmək müfəttişi X4 tərəfindən X1 barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 15 may 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Həmin protokol əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinin rəisi X7 tərəfindən qəbul edilmiş 22 may 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarla M.S.Mənsurov Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirili bilinərək 1.000 manat məbləğində inzibati cərimə olunmuşdur. 03 iyun 2020-ci il tarixdə X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinin rəisi X7 tərəfindən qəbul edilmiş 22 may 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayəti məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 3(010)-538/2020 nömrəli qərarı ilə X1 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinib 1.000 manat miqdarında cərimə olunmasına dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinin rəisi X2 22 may 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarı ləğv edilmiş və qərar inzibati xəta haqqında işə yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinə göndərilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 3(010)-538/2020 nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinin rəisi X7 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin 14 avqust 2020-ci il tarixli, 3(103)-1259/2020 nömrəli qərarı ilə baxılmadan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə qaytarılmışdır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli, 3(010)- 538/2020 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinin rəisi X2 Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 3(010)-538/2020 nömrəli qərarından şikayət verilməsi müddətinin bərpa edilməsinə dair vəsatəti təmin edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinin rəisi X2 şikayəti əsasında Bakı Apelyasiya Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli, 3(103)-1849/2020 nömrəli qərardadı ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli, 3(010)-538/2020 nömrəli qərardadı ləğv edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 3(010)- 538/2020 nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsi tərəfindən apellyasiya şikayəti verilməsi müddəti bərpa edilmişdir. Habelə Bakı Apelyasiya Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli, 3(103)-1849/2020 nömrəli qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinin rəisi X2 şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 3(010)-538/2020 nömrəli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş materialları yenidən baxılması üçün Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş vəzifəli şəxs X3 şikayətini müdafiə edərək, əvvəlki izahatlarına uyğun ifadə verərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinin rəisi X7 tərəfindən qəbul edilmiş 22 may 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. 10 mart 2021-ci il tarixdə məhkəmə iclasında verdiyi izahatında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X5 göstərmişdir ki, zərəçəkmiş şəxs Ş.Quliyevin və digərlərinin əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə və Birinci Vitse-prezidentinə ünvanladıqları 02 mart 2020-ci il tarixli müraciətləri baxılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə göndərilmiş və həmin müraciət əsasında X6 Xidməti Bakı şəhər İdarəsi tərəfindən müvafiq araşdırma aparılmışdır. İş materiallarındakı sənədlərə əsasən araşdırılmanın aparılması zamanı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru M.S.Mənsurov dəfələrlə idarəyə dəvət olunmuş, lakin onun qeyd edilən dəvətlərə olan səhlənkar münasibəti səbəbindən inzibati icraat onun iştirakı olmadan aparılmışıdr. Araşdırma zamanı isə Azərbaycan Respublikasının Əmək Məcəiiəsinin 164-cü maddəsinin 1-ci hissəsinin təiəbiərinin pozulması səbəbindən M.S.Mənsurov barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə 22 may 2020-ci il tarixli MN seriyalı 04619726 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Zərərçəkmiş şəxs S.Quliyevlə olan əmək müqaviləsinə 25 dekabr 2019-cu il tarixdə xitam verilməsinə baxmayaraq, mqavilədə nəzərdə tutulmuş istirahət və iş günü hesab edilməyən bayram günləri üçün ödənilməli olan əmək haqqı inzibati tənbeh vermə haqqında qərar qəbul edilən günədək ödənilməmişdir. Azərbaycan Respublikası İXM-nin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.2-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Belə olan halda, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş vəzifəli şəxs X3 şikayətində əsas gətirdiyi dəlillərə, o cümlədən inzibati məsuliyyətə cəlb etmə müddətinin ötürülməsi ilə bağl irəli sürülmüş dəlillərinə əsaslanaraq 22 may 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın ləğv edilməsi yol verilməzdir. Buna görə də E.D.Aslanov, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinin rəisi X7 tərəfindən qəbul edilmiş 22 may 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın dəyişdirilmədən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş vəzifəli şəxs X1 şikayətinin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış vəzifəli şəxsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsini dinləyərək, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 60.1-ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İşin faktiki hallarından, yəni Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 16 iyun 2020ci il tarixli, 3(010)-538/2020 nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinin rəisi X7 tərəfindən verilmiş apellyasiya şikayətindən, o cümlədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsinin məhkəmədə verdiyi izahatından müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinin rəisi X2 inzibati xəta haqqında iş üzrə 22 may 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarı S.M.Mənsurovun iştirakı olmadan qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Həmin Məcəllənin 57.5.1-57.5.21-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə sənəd bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan, bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda, ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan rəsmi qaydada verilmiş hesab edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi isə məhkəmədə verdiyi izahatında “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru M.S.Mənsurovun barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan zaman onun dəfələrlə idarəyə dəvət olunduğunu, sonuncunun çağırış üzrə gəlmədiyini bildirsə də, lakin sonuncuya, inzibati xəta haqqında işə baxılmasının yeri və müddəti barədə rəsmi qaydada məlumat verilməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası İXM-nin 61.1, 61.1.1, 61.1.2, 61.1.3, 61.1.4 və 61.1.5-ci maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək və işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüquqları var. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinin rəisi X7 tərəfindən inzibati xəta haqqında iş üzrə 22 may 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərar S.M.Mənsurovun iştirakı təmin edilmədən qəbul edildiyindən, sonuncu faktiki olaraq Azərbaycan Respublikası İXM-nin 61.1, 61.1.1, 61.1.2, 61.1.3, 61.1.4 və 61.1.5-ci maddələri ilə nəzərdə tutulmuş huquqlarını həyata keçirməkdən məhrum edilmişdir. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinin rəisi X7 tərəfindən qəbul edilmiş 22 may 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərar, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduğuna görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinin rəisi X7 tərəfindən qəbul edilmiş 22 may 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli nömrəli qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinin rəisi X7 tərəfindən qəbul edilmiş 22 may 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-6/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-6/2021
14.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver