Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-604/2021 16.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elşən Mirzəyevin, Borclu Şəxs, X1 iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Suraxanı rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Suraxanı rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(010)-7960/2016 saylı icra vərəqəsinə əsasən X4 ilə Şəxs arasında Bakı şəhəri 52 saylı notariat kontorunda bağlanmış xx.xx.2016-cı il tarixli borc müqaviləsi ləğv edilməsi, cavabdeh Şəxs 4472 (dörd min dörd yüz yetmiş iki dollar) ABŞ dolları və 2858 (iki min səkkiz yüz əlli səkkiz) manat məbləğində pul vəsaiti alınması və iddiaçı X3 verilməsi qət edilmişdir. Borclu Şəxs dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra vərəqəsinin icrasından yayınmışdır. Məhkəmədə izahat verən Suraxanı rayon İcra şöbəsinin icra məmuru Elşən Mirzəyev göstərmişdir ki, Suraxanı rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(010)- 7960/2016 saylı icra vərəqəsinə əsasən X4 ilə Şəxs arasında Bakı şəhəri 52 saylı notariat kontorunda bağlanmış xx.xx.2016-cı il tarixli borc müqaviləsi ləğv edilməsi, cavabdeh Şəxs 4472 (dörd min dörd yüz yetmiş iki dollar) ABŞ dolları və 2858 (iki min səkkiz yüz əlli səkkiz) manat məbləğində pul vəsaiti alınması və iddiaçı X3 verilməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə ilə təqsirli bilinərək, 600 (altı yüz) manat miqdarında cərimə edilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hökmünə əsasən Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinərək, ona qəti olaraq 1 (bir) il 5 (beş) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Borclu Şəxs məhkəmə hökmü ilə ona təyin olunmuş jəzasını çəkib qurtardıqdan sonra, sonunjuya yenidən dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra vərəqəsinin icrasından yenə də yayınmışdır. Belə ki, borclu qətnamə qəbul edildiyi gündən bu günə qədər tələbkara olan borcundan 500 ABŞ dolları və 600 manat ödəniş etmişdir. Hal-hazırda borclunun 3872 manat və 2358 ABŞ dolları borcu vardır. Borjlunun hərəkətləri nətijəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi hələ də ijra olunmadan qalmaqdadır. Məhkəmədə izahat verən Şəxs törətdiyi inzibati xətanı etiraf edərək bildirmişdir ki, Suraxanı rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(010)-7960/2016 saylı icra vərəqəsinə əsasən X4 ilə onun arasında Bakı şəhəri 52 saylı notariat kontorunda bağlanmış xx.xx.2016-cı il tarixli borc müqaviləsi ləğv edilməsi, ondan 4472 (dörd min dörd yüz yetmiş iki dollar) ABŞ dolları və 2858 (iki min səkkiz yüz əlli səkkiz) manat məbləğində pul vəsaiti alınması və iddiaçı X3 verilməsi qət edilmişdir. O, X3 500 ABŞ dolları və 600 manat ödəniş etmişdir. Maddi imkanı qənaətbəxş olmadığından, qalan borcunu ödəyə bilməyib. Məhkəmədə izahat verən tələbkar X4 göstərmişdir ki, Suraxanı rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(010)-7960/2016 saylı icra vərəqəsinə əsasən onunla Şəxs arasında Bakı şəhəri 52 saylı notariat kontorunda bağlanmış xx.xx.2016-cı il tarixli borc müqaviləsi ləğv edilməsi, cavabdeh Şəxs 4472 (dörd min dörd yüz yetmiş iki dollar) ABŞ dolları və 2858 (iki min səkkiz yüz əlli səkkiz) manat məbləğində pul vəsaiti alınması və ona verilməsi qət edilmişdir. Borclu qətnamə qəbul edildiyi gündən bu günə qədər ona olan borcundan 500 ABŞ dolları və 600 manat ödəniş etmişdir. Hal-hazırda borclunun 3872 manat və 2358 ABŞ dolları borcu vardır. İş materiallarından müəyyən olunur ki, Suraxanı rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(010)-7960/2016 saylı icra vərəqəsinə əsasən X4 ilə Şəxs arasında Bakı şəhəri 52 saylı notariat kontorunda bağlanmış xx.xx.2016-cı il tarixli borc müqaviləsi ləğv edilməsi, cavabdeh Şəxs 4472 (dörd min dörd yüz yetmiş iki dollar) ABŞ dolları və 2858 (iki min səkkiz yüz əlli səkkiz) manat məbləğində pul vəsaiti alınması və iddiaçı X3 verilməsi qət edilmişdir. İş materiallarından müəyyən olunur ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə ilə təqsirli bilinərək, 600 (altı yüz) manat miqdarında cərimə edilmişdir. İş materiallarından müəyyən olunur ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hökmünə əsasən Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinərək ona qəti 1 (bir) il 5 (beş) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İş materiallarından müəyyən olunur ki, xx.xx.2021-ci il tarixli, MN ******* saylı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Borclu Şəxs dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra vərəqəsinin icrasından yayınmışdır. Şəxsnun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və tərtib edilmiş iş materialları ilə sübuta yetir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında» Avropa konnvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, onun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hüquqi cəhətdən dəyərləndirilməsi vacib olan məsələlərdən biri də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmamasıdır. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Homsbi Yunanıstana qarşı işdə” (xx xxxx 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasın və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışına hüquq" xəyali xarakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə (x xxx 2002-ci il) eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanın faydalılıq qüvvəsindən məhrum etmiş olur. Məhkəmə həmin fikirlərini ««xxxx» MMC Rusiya Federasiyasına qarşı» işdə (xx xxxx 2005-ci il) də təkrarlamış, cavabdehin dövlətin məhkəmə qətnaməsinin icra olunmamasında vəsait çatışmazlığına istinad etməsini əsaslı hesab etməmişdir. "xxxx» ASC Rusiya Federasiyasma qarşı" (xx xxxx 2005-ci il) işdə məhkəmə belə nəticəyə gəlmişdir ki, ağlabatan müddətdə ədalətli, açıq məhkəmə baxışının keçirilməsini nəzərdə tutan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məhkəmə qətnaməsinin icrasına təminat verməməsini təsəvvür etmək çətindir Məhkəmə, Şəxs cəza təyin edərkən, onun törətdiyi inzibati xətanı etiraf etdiyini, qadın olduğunu məsuliyyətini yüngülləşdirən hallar kimi və məsuliyyətini ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, barəsində inzibati cərimə tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43-48, 106- 115 və 117-ci maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə Qərara a l d ı: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 1000 (min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-604/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-604/2021
16.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver