Məhkəmə qərarları › İş №3(010)-605/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-605/2020

06.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-605/2020 06.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X1 iştirakı ilə Bakı şəhər DYPİ-nin vəzifəli şəxsinin xx xxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarından X2 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhər DYPİ-nin vəzifəli şəxsinin xx xxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı ilə X2 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinib 100 manat miqdarında cərimə edilmişdir. Həmin qərar inzibati xəta haqqında iş üzrə xx xxxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol əsasında verilib. Qərara əsasən X2 xx.xx.2020-ci ildə saat 14:51-də Xətai prospekti ərazisində «Toyota Prado» minik markalı 10UR550 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsində (xx xxxx 2020-ci il tarixinədək olan redaksiyada) nəzərdə tutulan inzibati xətanı törətmiş, yəni epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2 işin məhkəmə baxışı zamanı şikayətində göstərilənlərə uyğun məzmunlu izahat verərək həmçinin bildirmişdir ki, xx.xx.2020-ci ildə özünə məxsus «Toyota Prado» minik markalı 10UR550 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Yol Patrul Xidmətinin əməkdaşı tərəfindən saxlanılmış və barəsində İXM-nin 211-ci maddəsini pozduğu bildirilərək İXP seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. O, Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçir. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş xüsusi karantin rejimində vəzifə səlahiyyətlərini həyata keçirmək üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyi MOİK-in rəisi tərəfindən ona verilmiş 10 saylı buraxılış əsasında hərəkət etmişdir. Lakin YPX əməkdaşı ona verilmiş icazə və digər sənədlərini nəzərə almayaraq və kobudcasına rəftar edərək barəsində İXP seriyalı ******* nömrəli protokol tərtib etmişdir. Göstərilənlərə əsasən şikayətinin təmin olunmasını xahiş edir. Şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Bakı şəhər DYPİ nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Göstərilənlərə əsasən məhkəmə şikayətə Bakı şəhər DYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi dinləyib iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, şikayət təmin olunmalıdır. «Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli 124 nömrəli Qərarı ilə xx xxxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək ölkə ərazisində hərəkət məhdudiyyətləri müəyyən edilmişdir («Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli 144 nömrəli Qərarının 5-ci bəndi ilə yuxarıda qeyd olunan müddət xx xxx 2020-ci il tarixinədək, «Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması və həmin rejimlə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli 163 nömrəli Qərarının 6.1-ci bəndi ilə isə xx xxx 2020-ci il tarixinədək uzadılmış, «Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli 176 nömrəli Qərarının 1-ci, 1.1.1ci və 4-cü bəndləri ilə xx xxx 2020-ci il saat 00.00-dan etibarən «yaşayış yerini SMS icazə sistemi ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi», həmçinin «Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli 124 nömrəli Qərarı ləğv edilmişdir). Beləliklə, Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq «yaşayış yerini SMS icazə sistemi ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi» xx xxxxx 2020-ci il saat 00.00dan xx xxx 2020-ci il saat 00.00-dək qüvvədə olub. Bununla yanaşı, iş materialları ilə müəyyən olunur ki, X2 Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Ordu İdman Klubu tərəfindən ona 6 nömrəli daimi buraxılış vərəqəsi verilmişdir. Göstərilənlərə əsasən X2 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən «inzibati xəta hadisəsi olmadıqda», «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə şikayətə baxan hakim «bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında» qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət təmin olunsun. X1 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinib 100 manat miqdarında cərimə olunması ilə bağlı Bakı şəhər DYPİ-nin vəzifəli şəxsinin xx xxxxx 2020ci il tarixli TP seriyalı ******* nömrəli qərarı ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar