Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-605/2021 16.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Rəşad Dövlətovun, Borclu Şəxs iştirakı ilə, xx.xx.1976-cı ildə Ermənistan Respublikasının Ararat rayonunda anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şahbuz rayon Məhkəməsinin 02.03.2018-ci il tarixli, 2(090)-65/2018 saylı icra vərəqəsinə əsasən 23.01.2018-ci il tarixdən hesablanmaqla 25.08.2003-cü ildə anadan olmuş X3 və 23.08.2009-cu ildə anadan olmuş X1 üçün Şahbuz rayon Məhkəməsinin 30.10.2013-cü il tarixli qətnaməsi ilə təyin olunmuş 140 manat alimentin məbləği dəyişdirilərək, X3 və X4 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Şəxs ayda 200 manat məbləğində alimentin alınaraq X2 verilməsi qət edilmişdir. Məhkəmədə izahat vermiş borclu Şəxs izahatında göstərmişdir ki, Şahbuz rayon Məhkəməsinin 02.03.2018-ci il tarixli, 2(090)-65/2018 saylı icra vərəqəsi üzrə 2080 manat məbləğində ödənilməmiş aliment borcu vardı. Lakin məhkəmə baxışı gedişində aliment borcundan 1600 manat məbləğində ödəniş etmişdir. Qalan 480 manat məbləğindəki aliment borcunu isə 1 həftə ərzində ödəyəcək. Qeyd olunanlara əsasən, inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə izahat vermiş Bakı şəhər Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Rəşad Dövlətov göstərmişdir ki, borclu Şəxs Şahbuz rayon Məhkəməsinin 02.03.2018-ci il tarixli, 2(090)-65/2018 saylı icra vərəqəsi üzrə 2080 manat məbləğində ödənilməmiş aliment borcu vardı. Lakin məhkəmə baxışı gedişində borclu aliment borcundan 1600 manat məbləğində ödəniş etmişdir. Qalan 480 manat məbləğindəki aliment borcunu isə 1 həftə ərzində ödəyəcək. Qeyd olunanlara əsasən, inzibati xəta haqqında icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə icra məmurunu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, icra işini və hazırkı işin materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən yalnız o, halda yarana bilər ki, şəxs məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs işə məhkəmədə baxılması zamanı tələbkarın xeyrinə 1600 manat məbləğində ödəniş etmişdir. Borclunun daha artıq miqdarda ödəniş etmək imkanına malik olması, lakin borcunu üzrsüz səbəbdən ödəməməsi halları işin məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, borclu Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən mövcud deyil. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən «bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda» inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-605/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-605/2021
16.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver