Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-606/2020 21.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi X7 oğlunun katibliyi ilə, barəsində inzibati qərar çıxarılmış şəxs X3 iştirakı ilə, X3, xx xxxxx 1970-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 2EMC00H, evli, Qaraçuxur qəbirstanlığında nəzarətçi işləyən, Bakı şəhəri, Binəqədi rayonu, R.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, 9 nömrəli evdə qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsi, 3 nömrəli evdə yaşayan, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti inspektoru X4 tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: xx xxxx 2020-ci il tarixdə X3 barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin inzibati xəta haqqında protokol əsasında Bakı şəhəri Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti inspektoru X4 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx xxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarla E.E.Camalov Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. X3 Bakı şəhəri Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti inspektoru X2 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx xxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərardan şikayəti xx xxxx 2020-ci il tarixdə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X6 şikayətini müdafiə edərək göstərdi ki, Qaraçuxur qəbirstanlığında işləyir. xx xxxx 2020ci il tarixdə yol patrul xidməti inspektoru tərəfindən sənədləri yoxlanılarkən, Bakı şəhəri üzrə hərəkətinə izazə verilməsinə və həmin icazəsinin qanunvericiliyə müvafiq qaydada “icaze.e-gov.az” internet portalında təsdiqlənməsinə baxmayaraq adı bort kompyuterdən çıxmadığı üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında qəbul edilmiş eyni tarixli qərarla inzibati cərimə olunmuşdur. O, elektron icazəni təsdiq edən sənədi kağız daşıyıcıda yol patrul xidmti inspektoruna təqdim etsə də sonuncu dediklərinə və təqdim etdiyi sənədlərə məhəl qoymamışdır. Sonda E.E.Camalov Bakı şəhəri Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti inspektoru X4 tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində qərar çıxarılmış şəxsi dinləyərək, məhkəmə hesab edir ki, şikayət əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, şikayətə əlavə edilmiş Elektron Hökümətin İnkişafı Mərkəzinin “icaze.egov.az” portalından çıxarışdan görünür ki, Qaraçuxur qəbirstanlığında nəzarətçi işləyən X5 xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək ** LB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Bakı şəhəri üzrə hərəkətinə icazə verilmiş və həmin xidməti buraxılış portalda təsdiqlənmişdir. “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikasının Baş Nazirinin xx xxxx 2020-ci il tarixli, 191 nömrəli qərarının 1-ci bəndinə, 1.1, 1.1.1-1.1.13-cü yarımbənlərinə əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların fəaliyyəti, xəstəxanalar və təcili tibbi yardım müəssisələrinin fəaliyyəti, sosial xidmət müəssisələrinin fəaliyyəti, o cümlədən əqli və hissiyyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti, kommunal xidmətlər (su təchizatı və kanalizasiya, qaz təchizatı, istilik təchizatı, enerji paylanması, məişət tullantılarının yığılması və utilizasiyası), elektrik enerjisinin istehsalı və təchizatı, meliorasiya və su təsərrüfatı, rabitə xidmətləri, teleradio yayımçılarının (televiziya və radio kanalları, kabel televiziyaları) fəaliyyəti, dəmir yolu, avtomobil, dəniz, hava nəqliyyatı ilə yük daşımaları, boru kəmərləri ilə nəqliyyatın təmin edilməsi fəaliyyəti, fasiləsiz istehsalat fəaliyyəti (istehsalat-texniki şərtlərə görə fəaliyyətinin dayandırılması mümkün olmayan müəssisələr), neft və qazın hasilatı, emalı, saxlanması və satışı, fəaliyyəti dayandırılmış iş və xidmət sahələrinin mühafizə və texniki təhlükəsizliyinin təmin edilməsi üzrə xidmətlər istisna olmaqla, bütün iş, xidmət, o cümlədən ticarət sahələri üzrə fəaliyyət 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək dayandırılmışdır. Həmin Qərarın 4-cü bəndinə əsasən bu Qərarın 1.1.1-1.1.13-cü yarımbəndləri ilə fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslərin hərəkətinə işəgötürən tərəfindən həmin şəxslər barədə məlumatlar elektron imzadan istifadə edilməklə “icaze.egov.az” portalına daxil edildikdən sonra yol verilir. Beləliklə işdə olan sübutlarla təsdiq olunur ki, X1 xüsusi karantin rejimi dövründə xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək ** LB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Bakı şəhəri üzrə hərəkətinə icazə verilməsinə və həmin xidməti buraxılışın portalda təsdiqlənməsinə baxmayaraq, xx xxxx 2020-ci il tarixdə E.E.Camalovun barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və həmin inzibati xəta haqqında protokol əsasında Bakı şəhəri Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti inspektoru X4 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx xxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarla E.E.Camalov Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə olunmuşdur. Halbuki, Azərbaycan Respublikası İXM-nin 75.0, 75.0.1, 75.0.6 və 75.0.7-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-nin 76.1-cı maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 114.1, 114.1.1-114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi, inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2, 114.2.1-114.2.4-cü maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə, inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə, bu Məcəllənin 16.2-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında iş yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya (kollegial orqana) göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Lakin xx xxxx 2020-ci il tarixdə inzibati xəta haqqında işə baxarkən, E.E.Camalovun hazırda məhkəməyə təqdim etdiyi sübutlara, yəni inzibati xətanın olmamasına və işin düzgün həlli üçün əhəmiyyətli olan məlumatlara malik olan Bakı şəhəri Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti inspektoru X4 qanunvericiliyin yuxarıda qeyd tələblərinə əsasən sübutları obyektiv surətdə qiymətləndirmək və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarmaq əvəzinə hər hansı bir əsas olmadan, E.E.Camalovun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Göründüyü kimi X3 əməlində inzibati xəta tərkibi olmadığı halda onun barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq inzibati məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Buna görə də məhkəmə hesab edir ki, X3 əməlində inzibati xəta tərkibi olmadığına görə Bakı şəhəri Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti inspektoru X4 tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133 - 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X3 şikayəti təmin edilsin. X3 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinib 100 manat məbləğində inzibati cərimə edilməsinə dair Bakı şəhəri Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti inspektoru X2 xx xxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. İnzibati xəta tərkibi olmadığına görə X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin Hakimi Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-606/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-606/2020
21.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver