Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-606/2021 07.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər DYPİ-nin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında 18.01.2021-ci il tarixli TP4145254 saylı qərarından X2 şikayətinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : X7 25.09.2020-ci ildə «VOLKSWAGEN PASSAT» minik markalı **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsı ilə təqsirli bilinərək, 60 manat məbləğində cərimə olunmuşdur. X7 həmin qərardan Suraxanı rayon Məhkəməsinə şikayət vermişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 3(010)-1590/2020 saylı 10.12.2020-ci il tarixli qərarına əsasən şikayət qismən təmin olunmuşdur. X2 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat miqdarında cərimə edilməsi ilə bağlı Bakı şəhər DYPİ-nin vəzifəli şəxsinin 06 oktyabr 2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı ləğv edilmış və hazırkı qərarın surəti müvafiq inzibati xəta haqqında işə yenidən baxılması üçün Bakı şəhər DYPİ-nə göndərilməsi qərara alınmışdır. Bakı şəhər DYPİ-nin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında 18 yanvar 2021-ci il tarixli qərarı ilə X7 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat miqdarında cərimə edilmişdir. X1 rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri DYPİ tərəfindən çıxarılmış 18 yanvar 2021-ci il tarixli TP4145254 saylı qərarın ləğv edilməsi, həmçinin cərimənin silinməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X7 izahat verərək bildirmişdir ki, o, 25 sentyabr 2020-ci il tarixində Moskva prospektindən Tbilisi prospekti istiqamətində İST petrolun yanında ona məxsus Volkswagen Passat avtomobili ilə hərəkət edərkən saat 20:50 radələrində DYP əməkdaşı, X9 onu saxlamış və İXP3553248 saylı protokolu tərtib etmişdir. Daha sonra Bakı şəhəri DYPİ X14 Salman barəsində inzibati tənbeh vermə qərarını təsdiq etmişdir.Protokolda onun inzibati xətalar məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş tələblərin pozulması qeyd olunaraq törətmiş olduğu xətaya görə məsuliyyət qeyd edilmişdir. O, bu protokolun tərtib olunmasına etiraz etsə də, inspektor razılaşmamış və get hara istəyirsən şikayət elə deyərək vəzifəsindən sui istifadə etmişdir. Tblisi prospektində İST petrolun qaşısında bir-birinə cox yaxın məsafədə yerləşən birinci svetaforun yaşıl işığının hərəkətə icazə verdiyi bir halda bu svetaforıı keçərək digər svetaforun sarı işığının yanması üzərinə svetaforun hərəkəti qadağan edən 327.2 İXP tərtib olunaraq 60km/saaat surətlə hərəkət edən avtomobilimin DYP nin 60-cı maddəsinin 4-cti hissəsində istisna hallar bölməsində nəzərdə tutulan qanuna əsasən hərəkətin davam etdirilməsinə icazə verildiyi bir halda, bu zaman hec bir qəza şəraiti yaratmadan, digər avtomobilin hərəkətinə mane olmadan, hərəkət sürətinin ani tormozlanma üçün xarakterik olmadığını DYP əməkdaşına bildirərək barəsində tərtib etmək istədiyi protokolun qanunsuz olduğunu və vətəndaşın hüquqlarını pozduğunu ona bildirmişdir. Lakin DYP əməkdaşı buradada vecsizliyini nümayiş ederək barəsində İXP tərtib etmişdir. Protokola etirazını bildirdiyi zaman X5 327.2-ci maddəsinin məsələsinə aidiyyatı olmadığı bir halda onun aidliyini istinad edən X8 qiymətləndirmə apararkən DYP 60-cı maddəsində nəzərdə tutulan halın mövcudluğunu təkzib edərək barəsində protokol tərtib etmiş və vergi ödəyicisi olan bir vətəndaşın hüquqlarını kobudcasına pozmuşdur. Onun etirazı haqqında çıxarılan qərarın hüquqi əsaslarının olmamasıdır.Belə ki, '‘X13” AR Qanununun 60-cı maddəsinin 4-cü hissəsinə görə svetaforun sarı işığı yandıqda nəqliyyat vasitəsinin kəskin tormozlamadan müəyyən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir.Göründüyü kimi 327.2-ci maddənin tələbləri pozulmuş deyildir.Həmçinin bunun üçün onun təqsirinin olması sübut olunmalıdır. AR İXM-nin 8.2.-ci maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məhkəməyə ilkin müraciətindən sonra hakim Ceyhun Qədimovun çıxardığı qərara əsasən Elçin Qasımovun TP3981542 qərarına xitam verilmiş və məsələ yenidən araşdırılmağa göndərilmişdir. Lakin barəsində tərtib olunmuş İXP nun yenidən araşdırılması haqqında heç bir irəliləyiş qeydə alınmamışdır və yalnız dəbbə məbləği silinərək Elçin Qasımovun yeniden TP4145254 nömrəli qərarı qüvvəyə saxlanılmışdır. Qeyd etmək istəyir ki məsələnin yenidən araşdırılmasında ona yenə hec bir video,foto material və digər sübutlar da təqdim olunmadı və bunun üçün onun bu məsələdə yaxından iştrakı üçün heç bir şərait yaradılmadı. O, Bakı şəhəri DYPİ tərəfindən çıxarılmış 18 yanvar 2021-ci il tarixli TP4145254 saylı qərarından Suraxanı rayon Məhkəməsinə şikayət müraciət etmişdir. Lakin Suraxanı rayon Məhkəməsinin 12.04.2021-ci il tarixli qərardadına əsasən onun tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Odur ki, məhkəmədən şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən X2 şikayət ərizəsinə baxılması 07.05.2021-ci il tarixə saat 1030-a təyin edilməsi barədə və iş üzrə bütün sübutların məhkəməyə təqdim edilməsi barədə Bakı şəhər BPİ-nin DYPİ -nə rəsmi məhkəmə bildirişi göndərilmişdir. Lakin Bakı şəhər BPİ-nin DYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməməmiş və iclasda iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmiş və iş üzrə bütün sübutların məhkəməyə təqdim edilməmişdir. Məhkəmə ərizəyə Bakı şəhər BPİ-nin DYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X3 dinləyib, iş materiallarını nəzərdən keçirərək məhkəmə belə qənaətə gəlir ki, şikayət qismən təmin olunmalıdır. İş materiallarından müəyyən olunur ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 3(010)-1590/2020 saylı 10.12.2020-ci il tarixli qərarına əsasən X2 şikayəti qismən təmin olunmuşdur. X2 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat miqdarında cərimə edilməsi ilə bağlı Bakı şəhər DYPİ-nin vəzifəli şəxsinin 06 oktyabr 2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı ləğv edilmış və hazırkı qərarın surəti müvafiq inzibati xəta haqqında işə yenidən baxılması üçün Bakı şəhər DYPİ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 18 yanvar 2021-ci il tarixli TP4145254 saylı qərardan görünür ki, X7 25.09.2020-ci ildə «VOLKSWAGEN PASSAT» minik markalı **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXMnin 327.2-ci maddəsı ilə təqsirli bilinərək, 60 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İXM-nin təqsirsizlik prezumpsiyası prinsipi məsələlərini tənzimləyən 8-ci maddəsinə əsasən «8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir». Göründüyü kimi, şəxsin təqsirli olması halını sübuta yetirmək vəzifəsi müvafiq səlahiyyətə malik orqanın (vəzifəli şəxsin) üzərinə düşür. Məsələ ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi «Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə» məsuliyyət nəzərdə tutur. İnzibati tənbeh vermə haqqında 18 yanvar 2021-ci il tarixli qərarda X4 istinad olunan əməl aşağıdakı kimi qeyd edilib: «svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi». «X13» Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin İV hissəsinə əsasən «Svetoforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan bu maddənin ikinci və üçüncü hissələrində müəyyən edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir…». Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X7 bildirir ki, saatda 60 km sürətlə hərəkət etdiyi yolda quraşdırılmış birinci svetoforun yaşıl işığına keçmiş, ikinci svetofora çatdıqda sarı işığın yandığını görmüş, lakin kəskin əyləcləyəcəyi təqdirdə arxadan gələn avtomobillər üçün qəza şəraiti yarada biləcəyini düşünüb hərəkətini davam etdirmiş, yəni svetoforun sarı işığına keçmişdir. Bakı şəhər BPİ-nin DYPİ məhkəməyə hadisənin videogörüntüsünü təqdim etməyib. Beləliklə, mövcud vəziyyətdə X2 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi halı sübuta yetirilmir. Belə ki, əgər hadisə həqiqətən də X2 bildirdiyi kimi baş vermişdisə, o, «X13» Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin İV hissəsinin qüvvəsinə görə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli sayıla bilməz. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, X2 dəlillərinin aidiyyəti sübutlarla (videogörüntü ilə) əlaqəli şəkildə araşdırılmaması iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması anlamına gəlir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134 – 137-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şikayət qismən təmin olunsun. X2 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat miqdarında cərimə edilməsi ilə bağlı Bakı şəhər DYPİ-nin vəzifəli şəxsinin 18 yanvar 2021-ci il tarixli TP ******* saylı qərarı ləğv edilsin və hazırkı qərarın surəti müvafiq inzibati xəta haqqında işə yenidən baxılması üçün Bakı şəhər DYPİ-nə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-606/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-606/2021
07.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver