Məhkəmə qərarları › İş №3(010)-608/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-608/2021

07.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-608/2021 07.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X3 iştirakı ilə, X3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər DYPİ-nin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında 09.02.2021-ci il tarixli TP4187130 saylı qərarından X3 şikayətinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : X8 29.01.2021-ci ildə «RENAULT MEGANE» minik markalı **-OR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsı ilə təqsirli bilinərək, 60 manat məbləğində cərimə olunmuşdur. Bakı şəhəri DYPİ-nin vəzifəli şəxsi tərəfindən 09.02.2021-ci il tarixli qərar qəbul edilmişdir. X1 rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhər DYP Yol Patrul inspektoru polis kiçik serjantı X4 09.02.2021-cu il tarixli İXP ******* seriyalı qərarın ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. X2 ərizə ilə müraciət edərək, Bakı şəhər DYP Yol Patrul inspektorunun 09.02.2021cu il tarixli İXP ******* saylı qərarından şikayət verilməsi müddətinin bərpa olunmasını xahiş etmişdir. Məhkəmə iclasında X8 izahat verərək bildirmişdir ki, o, 29 yanvar 2021-ci il tarixdə, YPX-nin əməkdaşı idarə etdiyi **-OR-*** dövlət qeydiyyat nişanlı “Renault Megane” markalı avtomobilini saxlayaraq, Bakı şəhəri,Nəsimi 25 küçəsində yol hərəkət qaydasını pozduğu üçün, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən barəsində protokol tərtib etmişdir. Halbuki həmin anda hərəkətdə olan zaman işıqforun hərəkəti qadağan edici işığı olmamışdır. Etirazını bildirdikdən sonra Bakı şəhər Baş Polis İdarəsinin X12 İdarəsində onun hadisə yerini göstərmək əvəzinə hər hansı başqa bir svetoforun işıqları göstərilmiş və onun hərəkətdə olduğu işıqforla paralel olduğunu bildirmişlər. Lakin onun hərəkətdə olduğu işıqforla heç bir əlaqəsi yoxdur.İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir.Halbuki polis əməkdaşının ona sübut kimi göstərdiyi kamera görüntülırində göxtərdiyi işıqfor onun hərəkətdə olduğu svetoforla əlaqəsi yoxdur. Bu başqa istiqamətdir. Bundan əlavə inzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.Maddədə göstərilənlər yəni sübutlardan biri olmalıdır ki, polis əməkdaşının hesab etdiyi hazırki qeyd olunan inzibati xəta hadisəsində hər hansı biri yoxdur, sadəcə polis əməkdaşının protokolu vardır. Odur ki, məhkəmədən Bakı şəhər DYP Yol Patrul inspektorunun 09.02.2021-cu il tarixli İXP ******* saylı qərarından verdiyi şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən X3 şikayət ərizəsinə baxılması 07.05.2021-ci il tarixə saat 00 10 -a təyin edilməsi barədə və iş üzrə bütün sübutların məhkəməyə təqdim edilməsi barədə Bakı şəhər BPİ-nin DYPİ-nə rəsmi məhkəmə bildirişi göndərilmişdir. Lakin Bakı şəhər BPİ-nin DYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməməmiş və iclasda iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmiş və iş üzrə bütün sübutların məhkəməyə təqdim edilməmişdir. Məhkəmə ərizəyə Bakı şəhər BPİ-nin DYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X5 dinləyib, iş materiallarını nəzərdən keçirərək, məhkəmə belə qənaətə gəlir ki, şikayət qismən təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri DYPİ-nin vəzifəli şəxsinin 09.02.2021-ci il tarixli qərarından görünür ki, X8 29.01.2021-ci ildə «RENAULT MEGANE» minik markalı **-OR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsı ilə təqsirli bilinərək, 60 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İXM-nin təqsirsizlik prezumpsiyası prinsipi məsələlərini tənzimləyən 8-ci maddəsinə əsasən «8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir». Göründüyü kimi, şəxsin təqsirli olması halını sübuta yetirmək vəzifəsi müvafiq səlahiyyətə malik orqanın (vəzifəli şəxsin) üzərinə düşür. Məsələ ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi «Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə» məsuliyyət nəzərdə tutur. İnzibati tənbeh vermə haqqında 09 fevral 2021-ci il tarixli qərarda X6 istinad olunan əməl aşağıdakı kimi qeyd edilib: «svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi». «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin İV hissəsinə əsasən «Svetoforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan bu maddənin ikinci və üçüncü hissələrində müəyyən edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir…». Bakı şəhər BPİ-nin DYPİ məhkəməyə hadisənin videogörüntüsünü təqdim etməyib. Beləliklə, mövcud vəziyyətdə X3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi halı sübuta yetirilmir. Belə ki, əgər hadisə həqiqətən də X3 bildirdiyi kimi baş vermişdisə, o, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin İV hissəsinin qüvvəsinə görə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli sayıla bilməz. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, X3 dəlillərinin aidiyyəti sübutlarla (videogörüntü ilə) əlaqəli şəkildə araşdırılmaması iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması anlamına gəlir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134 – 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şikayət qismən təmin olunsun. X3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat miqdarında cərimə edilməsi ilə bağlı Bakı şəhər DYPİ-nin vəzifəli şəxsinin 09 fevral 2021-ci il tarixli TP ******* saylı qərarı ləğv edilsin və hazırkı qərarın surəti müvafiq inzibati xəta haqqında işə yenidən baxılması üçün Bakı şəhər DYPİ-nə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar