Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-61/2023 13.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Bakı şəhər Suraxanı Rayon Prokurorluğunun nümayəndəsi X2, İnzibati xəta törətmiş şəxs Şəxs, Ərizəçi Şahid iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Tərtər rayonu, Sarıcalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Tərtər rayonu, Sarıcalı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsində ünvanını bilmədiyi, doqquzmərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən mənzildə kirayə yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Bakı şəhəri Suraxanı rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: 20 yanvar 2019-cu il tarixdə Şəxs X1 nahiyəsinə yumruqla vuraraq ona alın və sağ gözaltı nayihənin əzilmiş yaraları kimi sağlamlığa vurmadığı üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirmişdir. Buna görə də barəsində Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraat materialları aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Suraxanı rayon Prokurorluğunun nümayəndəsi X4 izahat verərək bildirdi ki, 20 yanvar 2019-cu il tarixdə Şəxs X1 nahiyəsinə yumruqla vuraraq ona alın və sağ gözaltı nahiyənin əzilmiş yaraları kimi sağlamlığa vurmadığı üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirmişdir. ********* saylı cinayət işi üzrə məhkəmə-tibb ekspertizasının xx.xx.2019-cu il tarixli, 44 saylı rəyi ilə Ozal Əliyevin bədən səthində bərkküt əşya və ya əşyaların təsirindən yaranmış alın və sağ gözaltı nayihənin əzilmiş yaraları, iti kənarlı əşya və ya əşyaların təsirindən yaranmış boynun, döş qəfəsi və qarın nayihələrinin kəsilmiş yaraları xəsarətləri aşkar edilmişdir. Həmin xəsarətlər həm ayrıayrılıqda, həm də ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. O.Əliyevin bədən səthində müəyyən edilmiş xəsarətlərdən boynun, döş qəfəsi və qarın nayihələrinin kəsilmiş yaraları xəsarətləri onun özü tərəfindən yetirilməyə uyğun gəlsə də, digər xəsarətlərin onun özü tərəfindən yetirilməsi az inandırıcı olduğu müəyyən edilmişdir. Araşdırma zamanı Şəxs 20 yanvar 2019-cu il tarixdə X10 alın nahiyəsində vuraraq xəsarət yetirməsi faktı öz təqsdiqini tapmışdır. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində həbslə bağlı olmayan inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 2019-cu ilin yanvar ayının 20-də saat təxminən 11 radələrində o, qaynatası Cəlil Hacıyevə məxsus ünvan 2 ünvanında yatdığı vaxt qışqırıq, söyüş səsinə oyanaraq küçəyə çıxmış və görmüşdür ki, bir nəfər həmin vaxt tanımadığı, sonradan adının Ozal olduğunu öyrəndiyi cavan oğlanla taksi sürücüsü kimi tanıdığı Vahid Əsədov əlbəyaxa dalaşırlar. O, ətrafda olan başqa şəxslərlə birlikdə onları ayırmış, daha sonra qaynatasına məxsus avtoyuma məntəqəsində işləyən Aydın adlı şəxs Ozalı aralayıb, aparmışdır. O da həmin vaxt əynində şortik olduğundan paltarını dəyişmək üçün evə girmişdir. Evə girdikdən dərhaı sonra qışqırıq səsi eşitmiş, tez küçəyə çıxmış və görmüşdür ki, Vahid yerə yıxılıb Ozal da onun üzərində əlində bıçaq onu bıçaqlamışdır. Ətrafda olan şəxslər Ozalı Vahiddən ayırmağa çalışsalar da, nail ola bilməmişlər, daha sonra Ozal Vahiddən aralamaq üçün Aydın onun üzərinə təzyiqli su vurmuş, bundan sonra Ozal hadisə yerindən qaçıb getmişdir. O, Ozalı vurmamışdır. O, evə girib yenidən küçəyə çıxanda Ozal əlində bıçaqla Vahid Əsədovu artıq bıçaqlamışdı. Sonda o, özünün heç bir günahı olmadığını, bu səbəbə görə də inzibati məsuliyyətdən azad edilməsi barədə məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi Şahid izahatında göstərdi ki, o, Ozal Əliyevin anasıdır. Ozal 1992-ci təvəllüddür. 2010-cu ildən Ozal psixi xəstəlikdən əziyyət çəkir, əsəbləri normal deyildir. Bundan başqa Ozal daim psixi xəstəliyi ilə bağlı dərmanlar qəbul edib, heç Ozalı gözündən kənar buraxmırdı. Bu xəstəliyinə görə hətta Ozal həqiqi hərbi xidmətə də aparılmayıb. Bundan başqa 20 yanvar 2019-cu il tarixdə isə Ozal telefonla danışa-danışa Əmircan qəsəbəsində yerləşən maşın yuma məntəqəsinin yanından keçəndə Ozal telefonda kiməsə söyüş söyüb və moykanın yanında dayanmış X13 söyüş söyməməsini deyərək, Vahid Ozala şillə vurub. Həmin vaxtı Ozal Vahid arasında mübahisə yaranıb və onları aralayıb, barışdırıblar. Bundan sonra Ozal oradan uzaqlaşmaq istəyəndə orada olan Elgün adlı oğlan qaça-qaça gələrək Ozalı arxadan təpiklə və əli ilə alnından vurub, Ozala ana-bacı söyüşü söymüşdür. Bundan sonra Ozal əsəbiləşib və yaxınlıqda olan maqazinə qaçaraq oradan iki bıçaq götürüb geri qayıdıb və Elgünün dalına düşüb. Bu vaxta kimi artıq Elgün yaxınlıqda yaşayan qayınatasının evinə qaçıb gizlənib. Ozalın Vahidi vurmaq fikri olmayıb Vahid Ozalı sakitləşdirmək istəyəndə, Vahidin ayağı şlanqa ilişib yerə yıxılıb, vaxtı İsmayıl Ozalı təpiklə vurub, Ozal Vahidin üstünə yıxılıb. Yerə yıxılandan sonra Vahid Ozalın altında qalıb, İsmayıl da Ozalın üstünə düşdüyü üçün bıçaq təsadüfi Vahidə batıb. Həmin gün saat 12 radələrində Ozal evə gəldi. Üstü-başı qan içində idi. Ozal ayaq üstə dura bilmədiyi üçün onu sürüyə-sürüyə içəri aparmış, şalvarı suyun içində idi. Ozaldan nə baş verdiyini soruşanda dedi ki, onu döyüblər. Əynindəki şalvarını çıxaran kimi qapı döyüldü, polis əməkdaşları gəldi. Polislər içəri daxil olanda gördü ki, Ozalın əlində lezviya var və polisləri görən kimi Ozal başladı, özünə lezviya ilə xəsarətlər yetirməyə. Bundan sonra polislər həyətə düşdü və həyətdə Ozal özünə lezviya ilə xəsarətlər yetirirdi. Daha sonra Ozalı qonşularla birlikdə xəstəxanaya aparmışlar, orada Ozala 35 tikiş vurmuşdular. Hadisə baş verən günü yəni, 20 yanvar 2019-cu il tarixdə o, tanışı Akif və müstəntiqlər X9 hadisə yerinə getdilər. O, hadisə yerinə ilk olaraq kameralara diqqət yetirdi, kameralar işləyirdi. Müstəntiqlər mağazaya girdilər. Onunla Akif isə avtoyuma məntəqəsinin qarşısına keçdilər. Orada İsmayıl adlı şəxs ona hadisəni danışıb dedi ki, Ozal ilk olaraq telefonla danışanda kiməsə söyüş söyüb, taksi sürücüsü Vahid ona irad tutub ki, “söyüş söymə”. Ozal isə ona deyib ki, “sizə söymürəm”. Vahid isə Ozalın xəstə olduğunu bilmədən, Ozala bir sillə vurub. Bundan sonra orada olan şəxslərdən kimsə Ozalı orada vurublar. Bundan sonra Ozalı Vahidlə barışdırıblar. Aydın adlı şəxs Ozalı sakitləşdirib «Elşən» marketə aparıb, Ozala siqaret, alışqan, su alıb və evə yola salıb. Ozal evə gedən vaxtı avtoyumanın sahibinin yeznəsi Elgün adlı şəxs gəlib Ozalı alın nahiyyəsindən əli ilə, ayağı ilə arxasından vurub, ana-bacı söyüşü edib və Ozal yerə yıxılıb, Elgün isə qaçıb evə girib. Ozal əsəbi xəstə olduğu üçün başına aldığı zərbələrdən təsirlənib və həmin marketdən İsmayılın ona deməsinə görə iki bıçaq götürüb, Elgünün dalınca qaçıb ki, Elgünü vursun. Bu məqamdə taksi sürücüsü Vahid Ozalın qarşısına çıxıb, Ozala getməsini, Elgünlə özü danışıcağını deyib. Ozal onun işi Elgünlədir deyib, Vahid isə «sənə dedim get, özüm Elgünlə danışacam» deyib və Vahidin ayağı orada olan şlanqa ilişib kürəyi üstə yerə yıxılıb. Vahid yerə yıxılan anda İsmayıl arxadan Ozala təpik vurub və Ozal Vahidin üzərinə yıxılıb. İsmayıl Ozahn əlindən bıçağı almaq istəyəndə, bıçaq İsmayılın əlinin kiçik barmağını balaca kəsib. Bundan sonra kənarda olanlar onların üzərinə təzyiqlə su vurublar və Ozal evə gəlib. Vahid yerdən duraraq İsmayıla «deyəsən bu məni bıçaqla vurdu» deyib. Vahid dialez və şəkər xəstəsi olduğu üçün İsmayıl əvvəl Vahidi təcili tibbi yardıma aparıb, oradan isə 3 saylı xəstəxanaya aparıblar. Daha sonra həkim əməliyyatdan çıxaraq müstəntiqə Vahidə bir bıçaq vurulduğunu, əməliyyatda olduğunu və ölmə ehtimalının az olduğunu deyib. Şahid Akif Səlimov və Etibarın sözlərindən belə bilir ki, onun oğlunun fikri Elgünü vurmaq imiş, Vahidi vurmaq fikri olmayıb. Bundan başqa Ozal prokurorluqda Elgünün şəkilini göstərərək alnına və arxadan təpiklə onu Elgünün vurduğunu deyib Odur ki, X3 vurmasına görə məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında göstərmişdir ki, o, Şahid təxminən 2017-ci ildən tanıyır. xx.xx.2019-cu il tarixdə saat təxminən 11 radələrində o, Şahid yaşadığı evə getmək üçün avtobusla hərəkət edərkən Qaraçuxur qəsəbəsi, Z.Zeynalov küçəsində yerləşən avtoyuma məntəqəsinin qarşısında iki nəfər şəxsin aralarında mübahisə yarandığını görmüş və avtobusdan düşmüşdür. O, həmin vaxt mübahisə edən şəxslərdən birinin Şahid oğlu Ozal olduğunu bilməmişdir. O, görmüşdür ki, sonradan Ozal olduğunu bildiyi cavan oğlanla sonradan adının Vahid olduğunu bildiyi bir kişi əlbəyaxa olmuşlar, ətrafda olan şəxslər onları ayırmağa çalışırlar. Daha sonra bir nəfər şəxs onları aralamış və Ozalı yaxınlıqda yerləşən marketə aparmışdır. Bir qədər sonra Ozal marketdən əlində siqaret qutusu çıxaraq hadisə yerindən uzaqlaşmışdır. Həmin vaxt arxadan sonradan adının Elgün olduğunu bildiyi bir nəfər cavan oğlan qaça-qaça Ozalın arxasınca gəlmiş və Ozalı söyərək təhqir etmiş, Ozal arxaya çevrildikdə Elgün onun sifət nayihəsindən yumruqla vurmuşdur. Bundan sonra Ozal qaçaraq yaxınlıqda yerləşən marketə daxil olmuş və oradan əlində bıçaqlarla çıxmışdır. Həmin vaxt Elgün artıq oradan qaçıb uzaqlaşmışdır. Vahid Ozalın qarşısını kəsərək ona “rədd ol, get” demiş, Ozal isə onun üzərinə getmiş, Vahid ayağı ilişərək yerə yıxılmış, Ozal da onun üzərinə yıxılaraq onu bıçaqla vurmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, təhqiqat orqanı tərəfindən düzgün olaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 29 dekabr 2022-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna göndərilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ********* saylı cinayət işi üzrə məhkəmə-tibb ekspertizasının xx.xx.2019-cu il tarixli, 44 saylı rəyi ilə Ozal Əliyevin bədən səthində bərk-küt əşya və ya əşyaların təsirindən yaranmış alın və sağ gözaltı nayihənin əzilmiş yaraları, iti kənarlı əşya və ya əşyaların təsirindən yaranmış boynun, döş qəfəsi və qarın nayihələrinin kəsilmiş yaraları xəsarətləri aşkar edilmişdir. Həmin xəsarətlər həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. O.Əliyevin bədən səthində müəyyən edilmiş xəsarətlərdən boynun, döş qəfəsi və qarın nayihələrinin kəsilmiş yaraları xəsarətləri onun özü tərəfindən yetirilməyə uyğun gəlsə də, digər xəsarətlərin onun özü tərəfindən yetirilməsi az inandırıcıdır. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməsi ərizəçi Şahid, X5 izahatları, məhkəmə-tibb ekspertizasının xx.xx.2019-cu il tarixli, 44 saylı rəyi ilə öz təsdiqini tapmışdır. İnzibati xətanı törətməsi özünün etirafedici izahatı və işdə olan digər sübutlarla tam sübuta yetirildi. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri inasan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 32.1 və 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən haldır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və yaşını nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək, 17 (on yeddi) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixindən, saat 11:00dan hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın icrası Müvəqqəti Saxlanılanların saxlama yerinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-61/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-61/2023
13.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver