Məhkəmə qərarları › İş №3(010)-610/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-610/2020

24.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-610/2020 24.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi X9 oğlunun katibliyi ilə, barəsində inzibati qərar çıxarılmış şəxs X3 iştirakı ilə, X3, xx xxxxx 1987-ci il Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 2Y3VNX6, evli, “TTŞ İnşaat” X2 mühafizəçi işləyən, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şimal yaşayış sahəsi, 14-cü döngə, 9B nömrəli evdə qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin polis polkovnik leytenantı X7 tərəfindən qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: xx xxxxx 2020-ci il tarixdə X3 barəsində Azərbaycan Respublikası İXM-nin 211ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin inzibati xəta haqqında protokol əsasında Bakı şəhəri Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin polis polkovnik leytenantı X7 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx xxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarla M.F.Hüseynov Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. xx xxxx 2020-ci il tarixdə X3 Bakı şəhəri Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin polis polkovnik leytenantı X6 inzibati xəta haqqında xx xxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarından verdiyi şikayət məhkəməyə daxil olmuşdur. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə X3 şikayəti geri qaytarılmışdır. xx xxxx 2020-ci il tarixdə X3 Bakı şəhəri Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin polis polkovnik leytenantı X7 tərəfindən qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayəti təkrarən məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X5 şikayətini müdafiə edərək göstərdi ki, xx xxxxx 2020-ci il tarixdə **- UN-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkəti ilə bağlı AZE 14554387 seriya və nömrəli şəxsiyyət vəsiqəsi üzrə elektron qaydada müvafiq icazə almış və avtomobil sözügedən icazə əsasında tərəfindən idarə edilmişdir. AZE 14554387 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdiyinə görə xx xxxxx 2020-ci il tarixdə **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkəti ilə bağlı ona məxsus AA1707120 seriya və nömrəli biometrik şəxsiyyət vəsiqəsi üzrə elektron qaydada yenidən icazə alınmışdır. xx xxxxx 2020-ci il tarixdə Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin inspektorları tərəfindən idarə etdiyi **-UN-*** dövlət qeydiyyat nişanlı avotomobil saxlanılaraq elektron icazənin olubolmaması yoxlanılmış və həyata keçirilən yoxlama zamanı elektron sistemdə yalnız etibarlılıq müddəti bitmiş şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi üzrə axtarış aparılaraq elektron qaydada icazənin alınmadığı bildirilmişdir. Bu zaman yol patrul xidməti inspektorlarından elektron sistemdə yalnız şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi üzrə deyil, idarə etdiyi avtomobilin dövlət qeydiyyat nişanı üzrə də axtarış aparılmasını, göstərilən meyar üzrə aparılacaq axtarış zamanı, elektron qaydada müvafiq icazənin alınmasının müəyyən ediləcəyini bildirməsinə baxmayaraq, sonuncular qərəzli mövqe nümayiş etdirməklə elektron sistemdə idarə etdiyi avtomobilin dövlət qeydiyyat nişanı üzrə axtarış aparmamış və nəticədə barəsində qanunsuz və əsassız inzibati xəta haqqında protokol tərtib etmişdirlər. Göstərilən xüsusatlar Bakı şəhəri Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin polis polkovnik leytenantı X7 tərəfindən də araşdırılmamış və barəsində qanunsuz və əsassız şəkildə inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilmişdir. Sonda M.F.Hüseynov Bakı şəhəri Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin polis polkovnik leytenantı X7 tərəfindən qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Bakı şəhəri Suraxanı rayon Polisi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində qərar çıxarılmış şəxsi dinləyərək, məhkəmə hesab edir ki, şikayət əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, şikayətə əlavə edilmiş “my.gov.az” internet portalından çıxarışdan görünür ki, “TTŞ İnşaat” X2 mühafizəçi işləyən X4 xx xxxxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək ** UN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə ölkə ərazisi və Bakı şəhəri üzrə hərəkətinə icazə verilmiş və həmin xidməti buraxılış portalda təsdiqlənmişdir. “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli, 120 saylı qərarının 1-ci bəndinə əsasən, koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət xx xxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək dayandırılması qərara alınmışdır. “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli, 124 saylı qərarının 1.2 və 1.2.2-ci bəndlərinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarı ilə müəyyən edilmiş istiqamətlərdə fəaliyyətlərinin davam etdirilməsinə icazə verilmiş özəl hüquqi şəxslərin əməkdaşları və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs və onun işçiləri barəsində məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir. Beləliklə işdə olan sübutlarla təsdiq olunur ki, “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının tələblərinə əsasən “TTŞ İnşaat” X2 mühafizəçi işləyən X1 rejimi dövründə xx xxxxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək ** UN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə ölkə ərazisi və Bakı şəhəri üzrə hərəkətinə icazə verilməsinə və həmin xidməti buraxılışın portalda təsdiqlənməsinə baxmayaraq, xx xxxxx 2020-ci il tarixdə M.F.Hüseynovun barəsində Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və həmin inzibati xəta haqqında protokol əsasında Bakı şəhəri Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin polis polkovnik leytenantı X7 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx xxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarla M.F.Hüseynov Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə olunmuşdur. Halbuki, Azərbaycan Respublikası İXM-nin 75.0, 75.0.1, 75.0.6 və 75.0.7-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-nin 76.1-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 114.1, 114.1.1-114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi, inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2, 114.2.1-114.2.4-cü maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə, inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə, bu Məcəllənin 16.2-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında iş yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya (kollegial orqana) göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Lakin xx xxxxx 2020-ci il tarixdə inzibati xəta haqqında işə baxarkən, M.F.Hüseynovun hazırda məhkəməyə təqdim etdiyi sübutlara, yəni inzibati xətanın olmamasına və işin düzgün həlli üçün əhəmiyyətli olan məlumatlara malik olan Bakı şəhəri Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin polis polkovnik leytenantı X7 qanunvericiliyin yuxarıda qeyd tələblərinə əsasən sübutları obyektiv surətdə qiymətləndirmək və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarmaq əvəzinə hər hansı bir əsas olmadan, M.F.Hüseynovun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Göründüyü kimi X3 əməlində inzibati xəta tərkibi olmadığı halda onun barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq inzibati məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Buna görə də məhkəmə hesab edir ki, X3 əməlində inzibati xəta tərkibi olmadığına görə Bakı şəhəri Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin polis polkovnik leytenantı X7 tərəfindən qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133 - 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X3 şikayəti təmin edilsin. X3 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinib 100 manat məbləğində inzibati cərimə edilməsinə dair Bakı şəhəri Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin polis polkovnik leytenantı X7 tərəfindən qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta tərkibi olmadığına görə X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin Hakimi Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar